Azərbaycan Ordusunun martın 24-dən etibarən start götürən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi nəticəsində Xocalı rayonunun Fərrux kəndi və onun ətrafındakı yüksəkliklər erməni terrorçularından təmizlənib.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayaraq, heç bir mövqedən geri çəkilmədiklərini bəyan edib.

Bildirək ki, dünən Rusiya Müdafiə Nazirliyi bununla bağlı açıqlama verərək, guya, Ordumuzun geri çəkildiyini bildirmişdi. Lakin elə həmin gün Fərrux kəndinə Azərbaycan Bayrağının sancılması səhnəsini əks etdirən video yayılıb. Bundan başqa, Rusiya MN özünün yaydığı məlumatı rəsmi səhifəsindən silib.

Qeyd edək ki, erməni tərəfi rusların verdiyi açıqlamadan xeyli xoşhal olmuşdular. Hətta bunu "qələbə” kimi təqdim etməyə çalışırdılar. Lakin günün sonunda şok yaşamalı olublar. Vəziyyət o həddədir ki, həm Qarabağda, həm də Ermənistanda etirazlar başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi Azərbaycan Ordusunun Fərrxu kəndi və ətraf yüksəkliklərdən çıxmadığı xəbəri yayıladan sonra yenidən haray-həşir salmağa başlayıblar. Bundan əlavə, Qarabağın özündə də vəziyyət yaxşı deyil. Belə ki, orada yaşayan ermənilər davamlı olaraq aksiya keçirməyə başlayıblar. Hətta iş o yerə çatıb ki, separatçıların rəhbəri Arayik Harutyunyan davamlı olaraq 5 gündür qondarma "təhlükəsizlik şurası”nın iclasını keçirərək, narazıları sakitləşdirməyə çalışır. Amma buna nail ola bilməyib.

Onu da bildirək ki, artıq Qarabağdakı erməni separatçıları vəziyyəti sakitləşdirmək, ermənilərin köçünün qarşısını almaq üçün yeni-yeni nağıllar da uydurmağa başlayıblar. Belə ki, onlar guya, razılaşma əldə olunduğu, tərəflər arasında hələ də danışıqların getdiyi barədə xəbərlər yayırlar.

JAMAZ.İNFO xəbər verir ki, özünü Qarabağın "deputatı” kimi təqdim edən və "müxlifət” kimi göstərən Metaxe Akopyan NEWS.am saytına deyib ki, guya, Azərbaycan tərəfi ilə Rusiya sülhməramlıları arasında Daşbaşı yükəskliyi istiqamətində atəşkəs rejiminin pozulmayacağına dair razılaşma əldə olunub. "Həll yolu daha yüksək səviyyədə qərarlaşana qədər atəşkəs rejiminin pozulmayacağına dair razılaşma var. Bu müddət ərzində siyasi həll yolu tapılacaq və onların orada qalıb-qalmadıqlarını, yoxsa geri dönmələrini anlamaq imkanımız olacaq”.

Akopyan bildirib ki, danışıqlar aparan tərəf Azərbaycan və Rusiyadır. Onun sözlərinə görə, hər iki tərəf Ermənistanı prosesə qatmaq və ya onu tərəf olaraq danışıqlara dəvət etmək fikrində deyil. "Həmin danışıqların tərəfləri Azərbaycan və Rusiyadır ki, bu da Ermənistanın həmin üçtərəfli sazişdən çıxdığını sübut edir”.

Xatırladaq ki, Metaxe və onun kimilərin bu canfəşanlığı, müxtəlif nağıllar uydurmaları səbəbsiz deyil. Onsuz da Qarabağda yaşayan ermənilərin vəziyyəti yaxşı deyil. Bir tərəfdən qazın və elektrikin olmaması, digər tərəfdən su korluğu çəkmələri, bir başqa yandan da evsizlik, işsizlik, sosial problemlər girdabında boğulmalar onların Qarabağdan kütləvi köçünə start verib. Belə olan vəziyyətdə separatçıların əsas dayaq nöqtəsi olan ermənilərin köç etməsi, onların da lazımsız bir şey olmasına gətirib çıxaracaq. Ona görə də, Metaxe kimi nağıllar uyduraraq, köçün qarşısını almağa, prosesi önləməyə və özlərinin "siyasi ömürlərini” uzatmağa çalışırlar.

Bildirək ki, Azərbaycan Qarabağda atəşkəs rejimini pozmaqda maraqlı deyil və buna heç vaxt can atmayıb. Rəsmi Bakının mövqeyi konkretdir: Qarabağdakı qanunsuz erməni silahlı dəstələri ərazilərimizi tərk etməlidir. Əks təqdirdə, bunu güc yolu ilə həyata keçirəcəklər.

Hazırda gedən proses də bununla bağlıdır. Belə ki, Azərbaycan bir müddətdir rəsmi olaraq qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxmasını tələb edir. Bu xəbərdarlıqlara məhəl qoyulmadığını gördükdə isə konkret addımlar ataraq, onların zorla çıxarılmasını təmin edir. Ermənilərin bu gün "Azərbaycan atəşkəs rejimini pozur” deməsi isə öz cinayətlərini bizim üzərimizə atmaq cəhdindən başqa bir şey deyil. Bunu Qərbdəki siyasi dairələr də, bölgədəki rus sülhməramlıları da yaxşı bilirlər. Lakin özlərini o yerə qoymurlar.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay