Gündəm / Siyasət
11.01.2022, 21:39
SON DƏQİQƏ! Kəlbəcər istiqamətində NƏ BAŞ VERİR? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Qaynar.media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay