Gündəm / Siyasət
7.03.2022, 19:30
TƏCİLİ! “Ukrayna bunları etsin, müharibəni dərhal dayandıraq” – Peskovun "dili acıldı"
“Kiyev öhdəliyinə düşənləri etsə, Rusiya Ukraynadakı hərbi əməliyyatları dərhal dayandıracaq”.
Gundem.az-ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Kreml rəsmisi Rusiyanın şərtlərini açıqlayıb.
“Krım Rusiya ərazisi kimi tanınmalıdır. Eyni zamanda Donbassda Donetsk və Luqansk respublikalarının müstəqilliyi qəbul edilməlidir. Ukrayna konstitusiyasına NATO üzvlüyünü hədəfləyən düzəliş edilməli və Kiyev hər hansı bloka üzv olmaq iddiasından imtina etməlidir”,- deyə Peksov bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay