2,5 milyon manatlıq dələduzluqda təqsirləndirilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin atası Elçin Həşimov oğluna qarşı ittihamları qəbul etmir.

QAYNAR.MEDİA xəbər verir ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi olan E.Həşimov bildirib ki, oğlunun biznes şəriki Möhkəm Səmədov ona qarşı əsassız ittiham səsləndirir.

Qeyd edək ki, M.Səmədovun şikayəti əsasında E.Həşimli barəsində cinayət işi başlanılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

E.Həşimov oğlunun Möhkəm Səmədovdan aldığı pulların hamısını artıqlaması ilə qaytardığını iddia edir: "Elvinin öz obyektləri var idi. Sonra dostu Cavidlə şərikə əlavə bir dükan da götürdü. Cavid Möhkəmin bacısı oğludur. Möhkəm də görüb ki, bunların alveri yaxşı gedir. Özü Elvinə təklif edib ki, onu da bu işə qoşsun. Amma deyib ki, heç kim bilməsin. Sonra oğlum Möhkəmi biznesinə şərik edib. Birlikdə siqaret, "zapçast” və telefon biznesi ilə məşğul olublar. Qeyd edim ki, Möhkəm hələ mənim yanıma ilk dəfə 2019-cu ildə gəlib. Nərimanov rayonunda torpaq almaq istədiyini deyib. Mən də ona demişəm ki, torpaq almağa yox, amma torpağın varsa, sənədləşmə işinə kömək edə bilərəm. Hər hansı məbləğ söhbəti etməmişik.

Bir gün isə Möhkəm yanıma gəldi ki, guya oğlumun ona 900 min dollar borcu var. Bu pulu bir neçə dəfəyə verdiyini dedi. Elvinlə danışdım, dedi ki, "ata, mən o pulu artıqlaması ilə qaytarmışam”. Möhkəm Səmədov üçüncü dəfə gələndə dedi ki, borc 1 milyon dollardır. Növbəti dəfə isə 1,5 milyon dollar (2,5 milyon manat) olduğunu dedi. Məbləğin hər dəfə belə dəyişməsi məndə şübhə yaratdı. Mənə borc qeydlərinin şəkillərini göndərdi. Həmin qeydlərə baxanda anlamaq olur ki, Elvin bütün pulları qaytarıb. İstintaqa dəfələrlə demişəm ki, o qeydləri işə əlavə edin, amma edilməyib. Vərəqləri istintaqa mən təqdim etmişəm”.

Elçin Həşimov şahidlər dindiriləndən sonra hər şeyin üzə çıxacağını bildirib: "Möhkəm deyir ki, Elvin pulu Gürcüstanda qumarda uduzub. Elvin həyatında Gürcüstana getməyib. Amma onun öz bacısı oğlunun pasportunda dəfələrlə Gürcüstana gedib gəlməsini təsdiq edən möhür var. Qeyd edim ki, Möhkəm əvvəl öz bacısıoğlunu da şikayət etmişdi. Bildiyimə görə, orada 700-800 min dollar söhbəti olub. Amma sonra nə baş verdisə, şikayətini geri çəkdi. Möhkəm Səmədov başqa yerdə itirdiyi pulları bizdən çıxarmaq istəyir. Borc Möhkəmin yaxın adamlarının yanında ona qaytarılıb. O, bir ifadədə deyir ki, Elvin 330 min dollar qaytarıb, birində 660 min, digərində 480 min. Üstəlik, bir insanın bu qədər pulu hardandır ki, bu məbləğdə borclar versin? İşin içində başqa hallar da var, amma mən onları açıqlamaq istəmirəm”.

Elçin Həşimov Möhkəm Səmədova məxsus çay evinə polislər tərəfindən edilən basqının oğlu ilə heç bir əlaqəsi olmadığını bildirib. O, oğlunun sahibkarlıqla məşğul olduğu üçün daxili işlər orqanlarından xaric edildiyini təsdiqləyib.

Qeyd edək ki, E.Həşimli həm də Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir./qafqazinfo

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay