Prokurorluqda “işə düzəltmək”, dövlətə xəyanət işini “bağlamaq”, Tibb Universitetinə “qəbul etdirmək - DƏLƏDUZLUQ...

Dələduzluqda ittiham olunan 74 yaşlı sabiq prokurorluq əməkdaşı Elbrus Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

O, azı üç nəfərin hərəsindən 50 min manat alaraq prokurorluq orqanlarında “işə düzəldəcəyinə”, dövlətə xəyanət maddəsi ilə ittiham olunan şəxsin “işini bağlatmağa” və Dövlət Tibb Universitetinə testdən kənar “qəbul etdirəcəyinə” söz verib.

Qaynar.media-ın virtualaz.org-a istinadən xəbərinə görə, 1974-cü ildən 2007-ci ilə qədər prokurorluq orqanlarında işləyən Elbrus Əliyev aldatdığı vətəndaşlara özünü Abşeron Rayon Prokurorluğunda “qeyri-rəsmi köməkçi” kimi təqdim edib, onlara müxtəlif məsələlərdə köməklik göstərəcəyi haqda vədlər verib. Üç nəfərə qarşı dələduzluq edərək onların cəmi 150 min manat pullarını alıb. Zərərçəkənlərin arasında Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və Psixologiya fakültəsinin müəllimi, sabiq kafedra müdiri Hüseyn Məmmədov da var. O, oğlunun prokurorluq orqanlarına işə düzəlməsi üçün E.Əliyevə 50 min manat verib.
Təqsirləndirilən Elbrus Əliyev ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib, şəxsi ehtiyaclarına görə bu yola əl atdığını deyib: “Həmin ərəfədə Abşeron Rayon Prokurorluğunda qeyri-rəsmi olaraq prokurorun köməkçisi kimi fəaliyyətimi davam etdirirdim. 2018-ci ilin iyununda Bakı Dövlət Universitetində müəllim işləyən Hüseyn Məmmədov dedi ki, oğlu prokurorluğun qəbul imtahanında test mərhələsindən keçib, lakin müsabiqədən kəsilib. Oğluna müsabiqədən keçmək üçün köməklik etməyimi istədi. Buna səlahiyyətim və bu işi görə bilmə imkanım olmasa da pula ehtiyacım olduğundan razılaşdım. Hüseyn müəllimdən 50 min manat aldım. Yalandan ona kömək edəcəyimi dedim. Bilirdim ki, bu, mümkün olan məsələ deyil. Pulu alandan üç-dörd ay keçdikdən sonra pulunu geri istədi. Müxtəlif bəhanələr gətirib pulu verməkdən yayındım. Ötən ilin əvvəlində 50 min manatı tam olaraq özünə qaytardım”.

Digər epizod üzrə E.Əliyev ifadəsində göstərib ki, 2016-cı ilin yay aylarında Asim adlı uzaq qohumu onunla əlaqə saxlayaraq kürəkəninin cinayət işi ilə bağlı köməklik istəyib: “İttiham aktı ilə tanış olanda gördüm ki, 274-cü (dövlətə xəyanət) maddə ilə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Ona kömək edə bilməyəcəyimi başa düşürdüm, işin halları buna əsas verirdi. Amma fikirləşirdim ki, bəlkə yeddi-səkkiz il cəza alar, Asim də məndən razı qalar. Asimdən 50 min manat pul almışdım. Sonradan məhkəməyə də gəlmədim. Asimin kürəkəninə 10 il iş verdilər. 2021-ci ilin iyulunda Asimin pulunu qaytarmışam”.

Sonuncu epizodla bağlı E.Əliyev deyib ki, tanışı Vəli Nəsibovdan oğlunu Tibb Universitetinə düzəldəcəyi adı ilə 50 min manat alıb: "Vəli müəllimlə“Dostluq” kinoteatrının yanındakı kafelərdən birində görüşdük. Mənə oğlu Əlinin Tibb Universitetində təhsili almasına kömək göstərməyimi xahiş etdi. Bu işə görə 50 min manat verəcəyini dedi, razılaşdım. Ondan 50 min manat aldım. Guya oğlunu testdən keçirəcəkdim. Əslində Dövlət İmtahan Mərkəzi ilə heç əlaqəm də yox idi. Pulu Vəlidən alıb şəxsi ehtiyaclarıma xərclədim. Vəli aldadıldığını bilib pulunu geri istədi. Hər dəfə bir bəhanə gətirirdim. O, da mənim barəmdə şikayət etdi”.

Təqsirləndirilən V.Nəsibovdan aldığı 50 min manatı da ötən ilin yayında ona geri qaytardığını bildirib.

Qeyd edək ki, həmin cinayət işi üzrə iki il əvvəl Eldar Yusifov təqsirləndirilərək məhkəmə önünə çıxarılıb. E.Yusifov məhkəmədə təqsirsiz olduğunu, pulları Elbrus Əliyevin aldığını deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Yusifov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirli bilinərək 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Zərərçəkmiş Hüseyn Məmmədov da E.Yusifovun günahsız olduğunu, pulu Elbrus Əliyevə verdiyini bildirib.

E. Yusifov mühakimə olunduğu zaman Elbrus Əliyev axtarışda olub. O, cinayət məsuliyyətinə cəlb edildiyi halda barəsində həbs qətimkan tədbiri seçilməyib və bundan sonra E.Əliyev qaçaraq istintaqdan yayınıb. Sonra tutularaq istintaqa təhvil verilsə də yenidən ev dustaqlığına buraxılıb.

Məhkəmənin hökmü ilə Elbrus Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını 2 il sınaq müddəti olmaqla şərti hesab edib.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay