Son vaxtlar mediada ölkədə ekologiyanı əhatə edən bütün sahələrdə ciddi problemlərin oldığına dair kifayət qədər faktlar dərc olunub. Qeyd olunan problemlər konkret olaraq harada, hansı ərazidə baş verir kimi sualların yaranmasına imkan vermir. Çünki baş verənlər o qədər şəffaf, o qədər açıqdır ki, bunu dərk edə bilməmək mümkünsüzdür. Sual yaranır, bəs belə oldugu şəraitdə Nazirlikdə nə baş verir? Yəni, ekologiya sahəsində cərəyan edən proseslər birbaşa Nazirlik tərəfindən himayə və kordinasiya olunur. Meşələrin qırılması, qanunsuz kömür istehsalı, meşə təsərrüfatı mərkəzlərinin ərazilərinin məhv olunaraq işbazlara ayrı-ayrı məqsədlər üçün verilməsi və sair qanunsuz əməlləri durdura biləcək bir şəxs, "stop" deyəcək bir təşkilat tapılmır. Belə təsəvvür yaranır ki, Ekologiya və təbii sərvətlər nazirliyinin rəhbər şəxsləri açıq şəkildə ölkə təbiətinə qənim kəsilib. Nazir müavinləri, departament rəhbərləri və sairlərin adları müxtəlif maxinasiyalarda hallanır. Hətta deyilənlərin həqiqiliyinə kölgə salacaq bir fakt belə tapmaq mümkün deyil. Başqa bir fakt budur ki, regional ekologiya və meşə təsərrüfatı mərkəzlərinə qohum-əqrəba mafiyasının fəaliyyəti üçün münbit şərait yaradılıb. Eyni zamanda həm nazirlik səviyyəsində, həm də yerlərdə təhsilsiz və qeyri-ixtisaslı şəxslərin meşə və ekologiya sahəsinə yerləşdirilməsi elə gələcəkdə meşələrin daha maneəsiz talan olunmasına hesablanıb.


Ekologiya və təbii sərvətlər nazirliyinin meşələrin mühafizəsi və inkişafı xidməti departamentinin sabiq rəisi Namik Xıdırov bu vəzifəyə kənd təsərrüfatı nazirliyindən gətirilmişdi. Namik Xıdırov kənd təsərrüfatı nazirliyində işləyən zaman işində ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və açıq şəkildə desək bu dövlət qurumundan qovulub. Ancaq çox keçməyib ki, qeyd olunan şəxs ekologiya və təbii sərvətlər nazirliyində yeni, həm də daha yüksək bir posta təyinat alıb. Fikir verin, belə bir "kadr"a ölkə təbiətini etibar ediblər. Əlhəttə ki, nəticə də belə olacaq. Bu sahəyə uyğun olmayan, qeyri-ixtisaslı olan Namiq Xıdırov mühüm bir posta necə gətirilmişdi?.
Sabiq departament rəisi Namik Xıdırovun BAŞI DƏRDDƏ - İstintaq qarşısında CAVAB VERƏCƏK
Namiq Xıdırov regional ekologiya idarələrinə və meşə təsərrüfatı mərkəzlərinə öz dost-tanışlarıni və qohumlarını yerləşdirib.
Məsələn. 5 saylı regional ekologiya idarəsinin rəisi əmisi oğlu Qabbar Xıdırov. Buna görə ərazidə ekoloji vəziyyət gərgin olaraq qalır. Quba-Qusar meşələrinin talan olunmasına görə Qabbar Xıdırov da birbaşa məsuliyyət daşıyır.Onlar haqqında hansı tədbirlər görüləcək?

Baxın, Pərviz Amrullayev hərbidə müddətdən artıq hərbi xidmət sahəsində çalışıb, ancaq indi Quba meşə təsərrüfatı mərkəzinin Quba rayonu üzrə meşə mühafizəsi mühəndisidir.

Hüseyn Abdulhüseynov, Alpan, Quba obasının meşəbəyisidir.

Tərlan Rzayev əməyin mühafizəsi üzrə baş mütəxəssis və həmkarların sədridir.

Bu şəxslərin hamısı Elvin Baxışovun dostlarıdır və meşələri istədikləri kimi, istismar edirlər. Bu adamların hamısı qeyri-ixtisaslı və təhsili olmayan şəxslərdir. Bu adamlar Quba meşə təsərrüfatı mərkəzinin rəhbəri Şahların dostları olduğu üçün onlara "yaşıl işıq" yandırılıb.

Redaksiyamıza təqdim olunmuş, Namiq Xıdırovun təkcə Şabranda yeləşən idarəsində "məskunlaşmış" qohum-əqrabasının natamam siyahısını dərc edirik:

1. Şəmsi Allahverdiyev - direktor. Namiq Xıdırovun dayısı nəvəsidir.

2. Məmmədov Ramin Valeh oglu hec bir təhsili olmadıgı halda Siyəzən meşəbəyliyinə şöbə müdiri təyin olunub. Şəmsi Allahverdiyevin dogmaca dayısı ogludur.

3.Məhərrəmov Mahir Ləti oglu və Lətifli Vüsal Mahir oglu (ata-ogul). Məhərrəmov Mahir Lətif oglu Şabran Regionalın Giləzi şöbəsinə baş mütəxəssis, oglu Lətifli Vüsal Mahir oglu isə Şabran Regionala təsərrüfat üzrə baş mütəxəssis təyin edilmişlər. Şəmsi Allahverdiyevin qapı qonsusudur. Qərbi Azərbaycandan Xızıya yerləşmişlər, həmyerlisi və qohumlarıdır.

4. Samir Xıdırov - Namiq Xıdırovun əmisi ogludur. İsmayıllının Girdiman müşəbəyliyinə meşəbəyi təyin olunub.

5. Agayev Qafar Akif oglu - Namiq Xıdırovun əmisi Akif Xıdırovun ogludur. Babasının familiyası ilə güdir. 5 saylı Ekologiya idarəsində yüksək vəzifəyə təyin olunub.

6. Həşimov Hilal Cəlal oglu - Şəmsi Allahverdiyevin kirvəsidir, müavin vəzifəsinə namizəddir. Abaslı Orxan Rizvan oglunun atası Şəmsi Allahverdiyevin həmyerlisi və qohunudur. Meşə gözətcisidir. Orucov Anar Süleyman oglu Şəmsi Allahverdiyevin həmyerli-qhumluq zəmnində vəzifələrə təyin olunublar.

QEYD: Cox təəssüf ki, bunların arasında Şabrandan, Siyəzəndən, Giləzidən bir nəfər də olsun yoxdur.

Namiq Xıdırovun Lənkəran regional meşə təsərrüfatı mərkəzinin ərazisi olan Haftoni ərazisindəki meşələri məhv elətdirərək Beta-tea çay şirkətinə verməsində də kifayət qədər qanunsuz əməlləri ortaya çıxdı.

Lerik meşələrinin məhv olunması"Razvandoband" meşəbəyliyində baş verən qanunsuzluqları, kütləvi qırıntılar barədə bütün faktların ortaya qoyulmasına baxmayaraq heç bir tədbir görülmədi. Əksinə, Namiq Xıdırovun dostu "Razvandoband" meşəbəyliyinin baş meşəbəyisi Nazir Orucov ərazidə olan qanunsuz əməllərinə baxmayaraq vəzifədən azad olunmadı, əksinə ərazidə olan jurnalisti nazirliyin əməkdaşlarının gözü qarşısında döyərək təhqir etdi. Baxmayaraq ki, haqqında 3 dəfə DİN qaynar xətt 102-yə şikayət olundu, bu günə kimi araşdırılmamış saxlanıldı. Bütün bu qanunsuzluqların başında ekologiya və təbii sərvətlər nazirliyinin mötəbər şəxsləri dayanır, şəxsən Namiq Xıdırov ölkə boyunca meşələrin qırılmasına səbəb olur.

Namiq Xıdırovun əmisi Şəmistan Xıdırov İsmayıllı rayonunda Ruşan, Vəng meşəbəyliyində baş meşəbəyidir və həmin ərazidə artıq bir dənə də olsun böyük ağac tapmaq mümkün deyil. Çünki hamısı doğranılıb və qonşu rayonlara və sair satılıb.

Hazırad Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir. Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər vəzifələrindən azad olunublar. Mənbəmizin məlumatın görə nazirliyin departament rəhbəri Namiq Xıdırov da vəzifəcindən cıxarılıb. Bütün bu qanunsuzluqların başında dayanan nazir müavini Vüqar Kərimovun da vəziyyəti yaxşı deyil.

Məsələn, kecən saylarımızda göstərmişdik ki, Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, Xanmusa, Kamil və Ramin bir yerdə ianə adı ilə müəyyən hesablara qanunsuz cərimələr yazılmaqla sahibkarlara külli miqdarda ziyan vurublar. Bu işlərə birbaşa rəhbərlik edən Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun oldugu deyilir. Nazirliyin audit şöbəsinin hesablamasına görə 2 il ərzində Namiq Xıdırov müqavilə artırma, Qarabağa dəstək və ianə adı ilə ümumi hesablamaya görə 4 milyon yarım manat dələduzluqla sahibkarlara və dövlət əmlakına ziyan vurub. Onun Oğuz və Quba rayonlarında hər birinin dəyəri 1-1.5 milyon manat dəyərində Villaları var. Sual olunur: Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin aylıq müvacibi nə qədərdir ki, Namiq Xıdırov bogazına qənaət edib bu villaları "ərəsəyə" gətirib?! Səbəbi məlumdur, 2 il ərzində Namiq Xıdırov, Əfqan Qəribov Və Cabbar Qəribov bütün Ekologiya və təbii sərvətlər nazirliyinin ərazilərini, meşələri çətənə kolları ilə doldurublar.

Mənbəmiz bildirir ki, Əfqan Qəribov 2 il bunnan öncə beş ərəbi Milli Qoruğa ov etməyə buraxıb, onları narkotika ilə təmin edib və əvəzində onlardan 40.000 dollar pul alıb.

Hazırda Korrupsiyaya qarşı mübarizə idarəsində 2 fakt üzrə cinayət işi başlanıb, istintaq gedir Əfqan Qəribov, Namiq Xıdırov, müavini Kamil, meşə gözətçisi Xanmusa və Sabir barəsində cinayət işi başlanıb istintaq gedir. Bu şəxslər Şamaxı rayon Çıraqlı meşəsində 100.000 manat dəyərində qırmızı palıd agaclarının kütləvi kəsilib satıması faktı üzrə ittiham olunurlar.

Ümumiyyətlə, nazirlikdə bu sahədə ciddi qanun pozuntuları mövcuddur, ancaq rəhbərlik yerində olmadığı üçün tədbir görülmür. İdarə rəisləri və nazir müavinləri, nazir Muxtar Babayevi saxta məlumat və statistika ilə aldadırlar.

Qeyd olunan sahə ilə bağlı araşdırmalarımız davam edir.

Redaksiyadan:
Araşdırma mediya üzərindən aparılıb. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay