İradə Gülmmədova deyir ki, Sumqayıt, Abşeron, Xızı birləşir, oluram icra başçısı...

İradə xanım, sənin yolunu Kürdəxanıda gözləyirlər...


Bir müddət əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Almaniyada açıq ürək əməliyyatı keçirdiyi və koronavirusdan sonra onun ürəyində ciddi problemlər olduğu barədə yazaraq ona şəfa diləmişdik.
İradə Gülməmmədova xeyli vaxtdır adətinə uyğun olaraq öz kabinetində keçirdiyi qapalı iclasları Gündəlik-Bakıda onun barəsində dərc olunan yazılarla başlayır.
Sonuncu iclasda da belə olub.
Belə ki, icra başçısı İradə Gülməmmədova iclası açaraq deyib ki, Gündəlik-Bakı mənim xəstələnməyim barədə yazıb, amma mən Almaniyada həkim kimi çalışan qohumumun yanına müayinə üçün getmişdim, indi maşallah sapsağlamam, turp kimiyəm və yeni mühüm vəzifəyə getməyə hazırlaşıram. Amma...
Hamı susaraq gözləyib ki, icra başçısının qəbahəti nədir...
Qəbahətinin yekəliyini gec də olsa, başa düşən İradə Gülməmmədova deyib ki, Almaniyaya gedəndə ali rəhbərlikdən icazə almamağım məni təşvişə saldı, çünki belə çətin, qarışıq dövrdə ölkəni icazəsiz tərk etməyim mənə baha başa gələ bilərdi, şükür ki, xata sovuşdu...
İclasda oturanlar İradə Gülməmmədovanın hansı mühüm vəzifəyə gedəcəyi barədə düşünəndə, icra başçısı özündən razı halda deyib ki, bilirsiniz də rayonlar birləşdirilir, yeni inzibati idarəetmə sistemi yaradılır, paytaxt Bakının rayonları 2 böyük rayonda birləşəcək, yəni belə demək mümkündürsə, Bakının 2 “meri” olacaq, yəqin ki, inşallah onlardan biri də mən olacam...
Bunu eşidən iclasdakılar təəccüblə baxıblar ki, bu nə danışır...
Bəli, sözünə davam edən İradə Gülməmmədova deyib ki, ikinci variant da odur ki, Sumqayıt, Abşeron, Xızı bir inzibati vahiddə birləşir və mən də oluram icra başçısı...
Bu məqamda iclasda oturanlardan biri pıqqıltıyla gülərək yanındakına deyib ki, bu xanım deyəsən olan-qalan ağlını da Almaniyada qoyub gəlib, buna orada nəsə vurublar, bu başa düşmür ki, Kürdəxanıda oturanlar onun yolunu səbrsizliklə gözləyirlər, bu isə təzə vəzifə eşqinə düşüb...
Nə isə, iclas beləcə yekunlaşıb.
Doğrudan da deyəsən bu xanım icra başçısı ağlını Almaniyada qoyub gəlib.
Necə ola bilər ki, icra başçısı ali rəhbərliyə xəbər vermədən ölkəni tərk etsin. Bu harada görünüb, ay İradə Gülmmədova ?
Bəlkə yığdığın milyonları da götürüb ölkədən çıxardın, bəzi səfirlər kimi geri qayıtmazdın və s.
İradə Gülmmədova, deyirsən ki, şükür xata sovuşub. Sən hardan bilirsən ki, sənin bu heç bir əndazəyə sığmayan, dövlət idarəçiliyinə yaraşmayan hərəkətini sənə bağışlayacaqlar ?
Nə bilirsən ki, bu məsələni araşdırmırlar ?
Sən nə yemisən, ay İradə xanım ?
Sənə Almaniyada nə vurublar ?
Hələ üstəlik deyirsən ki, mühüm vəzifəyə gedirəm.
Hansı vəzifədən söhbət gedə bilər ?
Ki, 7 il icra başçısı işlədiyin Abşeronda özündən, Krasnodardakı erməni qohumlarından başqa bir vətəndaşın yarasına da pambıq qoymadın.
And olsun Krasnodardakı erməni qohumlarının goruna ki, Kürdəxanıya çatan kimi səni növbəyə qoyub sorğu-sual edəcəklər. Bilirsən kimlər ?
Sənin güdazına gedən, başını yediyin məmurlar, Kürdəxanıda cəza çəkənlər...
Bəli, Abşeronun baş memarı, hazırda Kürdəxanıda cəza çəkən Akif Əliyev sənin yolunu elə gözləyir...çatan kimi...
İradə Gülməmmədova öz qohum-əqrəbanı həbsdən azad elədin, günahsız Akif Əliyev və başqalarının anasını ağlar qoydun.
İradə Gülməmmədova, Akif Əliyevin qardaşı deyir ki, hər gün İcra Hakimiyyətinə gedirik, İradə Gülməmmədovanı gördüm deyən tapılmır, onsuzda tapıb sözümüzü deyəcəyik.
İradə Gülməmmədova içəridə çürütdüyün məmurların anaları, bacıları, övladları sənə Allahdan cəza diləyir.
Həmin şəxslərin qohumları deyirlər ki, sən nə qədər qorxunc, tamahkar, hiyləgər, rüşvətxor, korrupsioner qadın imişsən...Sənə qadın deməyə də adamın dili gəlmir..
Bütün bunları sənə zülm verdiyin insanlar deyir, İradə Gülməmmədova...
İndi özün nəticə çıxart...
P.S Hörmətli cənab başçı, iclaslarda bizim haqqımızda azca danışın. Biz yaddan çıxardırıq, siz yadimıza salırsınız. Apardığınız iclaslarda bizim haqqımızda danışmasanız olmur?

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay