Emil Səməndərov tərəfindən aldadılan vətəndaşlar Prezidentə MÜRACİƏT ETDİLƏR - NARAZILIQ!

Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, Xirdalan şəhər Icra Hakimiyyətinin yanında “Proqress-2016” MMC-nin rəhbəri Emil Səməndərovun inşa etdirdiyi 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan bir qrup vətəndaş tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Dövlət Təhsükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbov və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının sədri Samir Nuriyev cənablarına şikayət məktubu ünvanlanıb.Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsi, Xirdalan şəhər İcra Hakimiyyətinin yanında “Proqress - 2016” MMC-nin rəhbəri Emil Səməndərovun inşa etdirdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binada ev alan bir qrup vətəndaşın şikayət məktubunun bir nüsxəsi də AMİA.az saytının redaksiyasına ünvanlayıblar. Zərərçəkmiş vətəndaşların şikayət məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

Biz bir qrup vətəndaş müxtəlif illərdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində M.Ə.Rəsulzadə 1A küçəsi, Xirdalan şəhər Icra Hakimiyyətinin yanında “Proqress- 2016” MMC-nin inşa etdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan mənzillər almaq üçün MMC-nin rəhbəri Emil Səməndərova və MTK-nin keçmiş rəhbərlərinə müxtəlif məbləğlərdə ödənişlər etmişik.

Ancaq bir neçə ildir ki, “Proqress- 2016” MMC-nin rəhbəri Emil Səməndərov inşa etdirdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binasının tikintisi dayanıb. Tikinti şirkətinin rəhbəri Emil Səməndərov nə binanı tikib mənzillərimizi vermir, nə də mənzillərə görə ödədiyimiz pullar qaytarılmır.

Hətta, bu azmış kimi “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərov Abşeron rayonu, Xırdalan şəhəri ərazisində M.Ə.Rəsulzadə 1A küçəsi, Xirdalan şəhər Icra Hakimiyyətinin yanında inşa etdirdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binada bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb.


Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

“Proqress-2016” MTK-nın hazırki sahibi Emil Səməndərov yüzlərlə insanın etibarından istifadə edərək, onları aldatmış və haqqında Cinayət Məcəlləsinin 178.2.4 maddəsi üzrə açılmış cinayət işi bu günə qədər yekunlaşmamışdır. Emil Səməndərov 2014-cü ildə dələduzluq əməli törətmiş Sabunçu rayon polisi tərəfindən tutulmuş və daha sonra sərbəst buraxılmışdır.

Emil Səməndərov 2015, 2016, 2017, 2018 və 2019-cu illərdə Şirvan rayon Məhkəməsində, Sabunçu, Sumqayıt , Binəqədi və s. rayon məhkəmələrində bir neçə dələduzluq maddəsi üzrə, habelə, 22.10.2018-ci ildə Səməndərov Emil Tofiq oğlunun AR CM-nin 178.2.4-cü maddəsi ilə (178.2.4 üzrə Dələduzluq və etibardan sui-istifadə, küllü miqdarda pulun mənimsənilməsi) təqsirli bilinib, Binəqədi rayon məhkəməsində məhkum edilməsinə dair qərar verilib.

Nəzərinizə çatdırmaq istərdik ki, 2005-ci ilin mayından tikilən bu bina hələ də tam hazır deyil. Indinin özündə də “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun bildirdiyinə görə tikinti işləri davam edir. Əslində cəmi 5 blokdan ibarət binanın inşası uzun müddət və böyük qüvvə, vəsait tələb eləmir.

Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

Biz sakinlər binaya gedəndə bildirilir ki, guya binanın tikintisinin gecikməsi daha əvvəl olan problemlər və hal hazırda ölkədə olan vəziyyətlə bağlıdır. Bu vəziyyətə etiraz edən insanlar isə müxtəlif vədlərlə aldadılır, hədə-qorxu gəlinir, müqavimət göstərənlər isə özünü binanın vəkili kimi təqdim edən Adəm Orucov tərəfindən məhkəməyə verilməsi insanların mənzillərinin əlindən alınması ilə qorxudulur.

Adəm Orucovun tələsinə indiyə qədər təxminən yüz nəfərə yaxın sakin düşmüşdür. Saxta sənədlər tərtib edən vəkil Adəm Orucov müqavimət göstərən sakinə guya onun mənzilinin ikinci alıcısı olduğunu əsas gətirərək, onu məhkəmə çəkişmələrinə cəlb edir.

Hesablamaya görə, beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binada 1200 “dvoynik” var. Yəni, 1200 ailə evsiz qalıb. Çox güman ki, aldadılan vətəndaşların sayı daha çoxdur və Emil Səməndərovun cinayətinin üstü açıla-açıla məsələdən xəbərdar olanlar isə “Proqress- 2016” MMC-nin ofisinə üz tuturlar.

Biz sakinlər “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovdan mənzili olan sakinlərin siyahısını binaya vurulmasın tələb etsəkdə, hələ də bu tələbimiz yerinə yetirilmir. Siyahını verməyən rəhbərliyi görən biz sakinlər öz aramızda qruplar təşkil etmiş və beləliklə təxmini siyahı tərtib etmişik.

Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində M.Ə.Rəsulzadə 1A küçəsi, Xirdalan şəhər Icra Hakimiyyətinin yanında “Proqress-2016” MTK-nın apardığı tikintinin bu ilin yanvar ayında təhvil veriləcəyini söz verən Emil Səməndərov tikintini neçə illərdir yubadır və hələ də binada tikinti getmir.

“Proqress-2016” MTK-dan mənzil alan biz sakinlər özləri arasında komisiya yaradaraq binanı öz hesablarına tikmək istəsəkdə, buna Emil Səməndərov və onun "quldur dəstəsi" maneçilik törədib.

Biz sakinlər “Proqress-2016” MTK-dan mənzillər alarkən Emil Səməndərov bizləri aldadaraq tikintinin sürətli aparılaraq, 1-2 aya başa çatacağını deyirdi.

Həmçinin, bildirmək istərdik ki, zərərçəkmişlərə dəymiş 10 milyondan artıq pula Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başqa istənilən şəhər və rayonunun 1/3 hissəsini almaq mümkündür.

Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

Onu da qeyd edək ki, Emil Səməndəov 2017-ci ildə insanların etibarından sui-istifadə edərək, "Proqress-2016" MMC-ni ələ kecirmişdir. Emil Səməndərov bu vaxta kimi ən azı iki dəfə dələduzluq əməllərinə görə məhkum olunmuşdur.

Lakin, çox təəssüflər olsun ki, Emil Səməndərovun törətdiyi dələduzluq əməllərinə görə, bu günə qədər hüquq-mühafizə orqanları heç bir tədbir görməmişdi.

Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

Hələ bu azmış kimi Emil Səməndərov Prezident Adminstrasiyasında çalışan yüksək vəzifəli şəxslərin adından istifadə etmişdir.

Hətta, Emil Səməndərov “qürrələnərək” aldadılmış şəxslərə acıq verməklə bildirir ki, əgər onu törətdiyi ağır cinayət əməllərinə görə “gözü üstə qaşı var” deyən yox idisə, deməli ona qarşı aldadılmış şəxslər tərəfindən verilən şikayətlərə də baxılmayacaqdı.

Emil Səməndərovun bu özbaşınalıqları Möhtərəm Prezident, Müzəffər Ordunun Ali Baş Komandanı, hörmətli İlham Əliyev cənablarının, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqın, dövlətin yolunda yorulmadan çalışmalarını heçə endirməklə vətəndaşların arasında inamsızlıq yaradır.

Hörmətli, Prezident İlham Əliyev,

Hörmətli, Mehriban xanım Əliyeva,

Biz sakinlər inanmaq istərdik ki, bu məktubumuzu alıb, tanış olduqdan sonra Emil Səməndərovun dələduzluq əməllərinin ətraflı araşdırılması üçün göstəriş verməklə onun məsuliyyətə cəlb edilməsi, aldadılmış vətəndaşların ziyanlarını qaytarması üçün tədbirlər görülməsini aidiyyatı qurumlara tapşırıqlar verəcəksiniz.

Yuxarıda şərh edilənlərə əsasən bizə bütün görülən tədbirlərlə əlaqədar rəsmi şəkildə əsaslı, obyektiv, ədalətli, dolğun və hüquqi cavab verilməsini artıq dərəcədə Sizdən xahiş edirik.
AMİA.AZ

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay