ŞOK GƏLİŞMƏ: Nazirliyin vəzifəli şəxsləri həbs oluna bilər - Cinayət işi başlanıldı


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sahibkar Novruz Gülməmmədov Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilərdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. O, şikayətində həmin şəxslərin sahibkarlıq fəaliyyətinə mane olduqları, Basqal meşələrini şəxsi təsərrüfatları kimi idarə etdikləri, sahibkarlardan qeyri-qanuni olaraq haqq yığdıqlarını bildirib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə məsələyə operativ yanaşaraq, cinayət işi başlayıb. Novruz Gülməmmədov idarəyə çağırılaraq ifadəsi alınıb. Məlumatda bildirilir ki, sahibkar idarədə adıçəkilən şəxslər barəsində əlavə faktlar təqdim edib. O, bildirib ki, Əfqan Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan əmisi Cabbar Qəribova və nazirliyin departament rəhbəri Namiq Xıdırova güvənir. Şikayətçinin iddiasına görə, Əfqan Qəribov və işçilərinin qanunsuz əməllərinin arxasında məhz bu iki şəxs dayanır.

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün Novruz Gülməmmədovla əlaqə saxlayıb. Sahibkar bizimlə söhbətində xəbəri təsdiqləyib. "Bəli, mən noyabrın 11-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunmuşam. Orada Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilər barəsində başlanan cinayət işi üzrə ifadə vermişəm. Bu cinayət işi mənim şikayətim əsasında başlanıb. Həmin şəxslər faktiki olaraq sahibkarlıq fəaliyyətinə mane olur. Digər tərəfdən, bu yaxınlarda məlum olub ki, Basqal meşələrində uzunillik palıd ağacları kəsilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerində olublar. Akt tərtib olunub. Bütün bunları ifadəmdə də göstərmişəm”.

Sahibkar əlavə edib ki, ifadəsində Namiq Xıdırovla Cabbar Qəribovun da adını hallandırıb: "Çünki Əfqan Qəribovun arxasında bu adamlar dayanır. Cabbar Qəribov Əfqan Qəribovun əmisidir. Namiq Xıdırov isə onunla tələb yoldaşı olub, dostdurlar. Namiq Xıdırovun qardaşı oğlu Şamil Xıdırov baş meşəbəyidir. Palıd ağaclarının kəsilməsi ilə bağlı akt tərtib ediləndə o gəlmədi. Halbuki, orada olmalı idi. Ona görə gəlmədi ki, məsuliyyəti var. Bütün bunlar araşdırılmalı və müvafiq tədbir görülməlidir.

Prezident İlham Əliyev çıxışlarında məmurları sahibkarlığın inkişafına yardım etməyə çağırır, amma onlar bunun əksini görür. Yaxud dövlət rəhbərliyinin təşəbbüsü ilə demək olar ki, hər il müxtəlif bölgələrdə ağacəkmə kampaniyaları keçirilir, amma bu ağacları qorumağa məsul olan şəxslər meşələri məhv edirlər. Ona görə də şikayət etdim. Həm Ekologiya və Təbii Nazirliyi, həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi şikayətimə operativ reaksiya verdilər”.


Qaynar.media

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay