TƏCİLİ! 100 MİLYONLUQ KREDİTİ MİLYON-MİLYON “ƏRİDƏN” SAHİL BABAYEV - ŞOK KORRUPSİYA

Uzun çək-çevirdən, süründürməçilikdən sonra hansısa pensiyaçının, əlilin qanunla ona düşən haqqını bərpa edəndə bunu az qala gecə-gündüz və dəfələrlə reklam edən, camaata minnət qoyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nədənsə qurumdakı tender korrupsiyası ilə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə geniş yayılan faktlara və iddialara qarşı susqunluq göstərir, səsini çıxarmır.

Xatırladaq ki, nazir müavini Anar Kərimovun vaxtilə partnyoru və əsas simalarından biri olduğu, indi isə qaynının rəhbərlik etdiyi “EKVİTA” MMC adlı yerli şirkət nazirlikdən “məsləhət vermək” adı altında əvvəlcə 1 milyon manata yaxın, ardınca isə başqa şirkətlərlə konsorsium şəklində 9 milyon 265 min manatlıq tenderlər alıb. Mütəxəssislər belə tenderlərin korrupsiya yüklü olduğunu bildirirlər. Bununla bağlı konkret faktlar, rəqəmlər, sənədlər ortaya qoyulsa da, nazirlik bunları görməzdən gəlir. Eynilə prokurorluq orqanları kimi...

“AzPolitika.info” xəbər verir ki, ƏƏSMN-dəki tender korrupsiyasına dair yeni məqamlar üzə çıxıb. İctimai fəallardan olan iqtisadçı Rəşad Əliyev (Rashad Aliyev) öz “feysbuk” səhifəsində bu mövzuyla bağlı yazıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit hesabına həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi"ndəki tenderlərlə bağlı qaranlıq məqamların ardı da var imiş. Bu ilin oktyabr ayında Dünya Bankının elə eyni 100 milyonluq kredit layihəsi çərçivəsində, eyni satınalma metodu ilə başqa bir tender də keçirilib – “Əmək Bazarının qiymətləndirilməsi və VTC strategiyasının hazırlanması”.

1 oktyabr 2021-ci ildə tenderin qalibi olan konsorsiumla 1 milyon 274 min ABŞ dolları məbləğində müqavilə imzalanıb. Tenderin qalibi olmuş konsorsiuma daxil olan “GLOBAL LEGAL” MMC adlı yerli şirkətin qanuni təmsilçisi Sevil Yəhyayeva adlı şəxsdir. Araşdıranda məlum olur ki, “Ekvita” şirkətinin hüquq menecerinin də adı Sevil Yəhyayevadır (skrinşotlar əlavədə). Hələ sən demə, 920.000 manatlıq "peşə standartlarının hazırlanması" tenderində də “Ekvita” MMC şirkəti tək yox, “Global Legal” MMC şirkəti ilə konsorsium şəklində qalib gəlibmiş (bu barədə rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində yayımlanmış bildirişin şəkli əlavədə). Bir az da araşdıranda məlum oldu ki, qalib konsorsiumun digər üzvü olan "IBF INTERNATIONAL CONSULTING" şirkətinin mütəxəssisi olan bir şəxs isə eyni zamanda “Ekvita” şirkətinin işçisidir (skrinşot əlavədə). Yəni belə görünür ki, oktyabrda keçirilmiş bu 1.3 milyon dollarlıq tenderin qalibi olmuş şirkətlər də, avqustdakı 9,2 milyonluq layihənin qalibi olan və nazir müavininə çox yaxın hesab edilən “Ekvita” şirkəti ilə bu və ya digər şəkildə əlaqəli şirkətlərdir.”

Göründüyü kimi, sonradan dövlətin hesabına qaytarılacaq xarici kreditlər nazirlik rəhbərliyi tərəfindən özlərinə yaxın şirkətlər vasitəsilə “məsləhət, “peşə standartlarının hazırlanması” və s. adlarla milyon-milyon silinməkdədir. Və yəqin ki, şəxsən nazirin bütün bunlardan xəbəri yoxdur. Olsa, aləmi dağıdardı. Sahil müəllim prinsipial adamdır axı...


Bu gedişlə nazirliyin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit yaxın müddətdə “əridiləcək”. Ola bilsin ki, Dünya Bankında Azərbaycanda onun kreditlərinin necə “kreativ” şəkildə həzmi-rabedən keçirildiyini bilmirlər. Hansı ki, əslində bank bu pulların təyinatı üzrə istifadəsilə maraqlanmalı və belə qaranlıq məqamlar üzə çıxarkən krediti dayandırmalıdır.

Nazirliyin sözçüsü isə “AzPolitika.info”-nun bu məsələ ilə bağlı sualını cavablandırmaqdan yayınıb. “Gənc”, “Avropa təhsilli”, “müasir menecerlik təfəkkürünə malik” və s. kadrlarla doldurulmuş nazirlik belə mövzularda susmağa üstünlük verir. Görünür, deyiləcək sözləri yoxdur, çünki “görünən dağa bələdçi lazım deyil”...

DAHA ƏTRAFLI BU LİNKDƏN OXUYUN
https://azpolitika.info/?p=653219

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay