TRANSFORMATOR MONOPOLİSTİNİN FANTASTİK VERGİ BORCU... – Şirkətin rəhbəri Səfər Mehdiyevə yaxın şəxsdir

“ATEF” Şirkətlər Qrupunun 5.5 milyonluq vergi borcu nədən yaranıb?

Azərbaycanın ən böyük transformatorlar zavodu və ölkənin transformator monopolisti kimi tanınan “ATEF Şirkətlər Qrupu” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

“AzPolitika.info” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlara istinadla xəbər verir ki, sözügedən şirkətin 5 milyon 574 min 603 manat vergi borcu var.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC-nin nizamnamə kapitalı 33 milyon 892 min 585 manatdır.

Azərbaycanın iqtisadi reallıqları nəzərə alındıqda, bu məbləğdə vergi borcunun yaranması təsadüfi, yaxud təsərrüfat fəaliyyəti çərçivəsindəki maliyyə-uçot münasibətlərinin adi nəticəsi ola bilməz.

“AzPolitika.info”-nun əldə etdiyi məlumat da bunu təsdiqləyir. Belə ki, 5.5 milyon manatlıq vergi borcunun əsasən vergi orqanının apardığı kameral vergi yoxlaması nəticəsində hesablandığı bildirilir. Bu da şirkətin fəaliyyətindəki maliyyə pozuntularından və böyük məbləğdə vergidən yayınma cəhdindən xəbər verir.

Onu da qeyd edək ki, bundan əvvəl də ölkənin ən böyük transformator istehsalçısının dövlət qurumları ilə ciddi maliyyə problemləri olub. Belə ki, son illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dəfələrlə cərimələyib.



Şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

Bu isə o deməkdir ki, avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində ölkəyə heç nə idxal olunmayıb və bu hallara “ATEF” tərəfindən tez-tez yol verilib. Bu “əməliyyat” adətən ölkədən valyuta çıxarılması üsullarından biri kimi qəbul olunur.

Onu da qeyd edək ki, sözügedən şirkət tez-tez dövlət qurumlarının keçirdikləri satınalmaların, tenderlərin qalibi olur və hətta onun Qarbağın işğal olunmuş ərazilərinin bərpası işlərinə də cəlb olunduğu bildirilir.

Məlumat üçün bildirək ki, “ATEF” 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı Yağ Transformatorları Zavodu var.

2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində Metal Konstruksiya Zavodu açılıb.


“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasının sədri Əlixanbəyov Talıb Həsən oğludur. Bəzi mətbu orqanlar tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxın şəxs kimi qələmə verilən bu iş adamı eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınının İdarə Heyətinin üzvüdür. Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov isə sonuncu parlament seçkisində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay