"ABŞ Dövlət katibi son bir ayda ikinci dəfə Azərbaycan və Ermənistan liderlərinə zəng etdi. Hesab edirəm ki, Azərbaycanın Fərrux əməliyyatı və qanunsuz silahlı erməni birləşmələrinin bölgədən çıxarılması tələblərində sərtləşməsi Avropa İttifaqı və ABŞ-ın iki ölkə arasında danışıqlar prosesini sürətləndirmək üçün hərəkətə gətirib”.

Musavat.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ABŞ-ın iki ölkə arasındakı vasitəçilik səylərinə də diqqət çəkib:

"Görünür, ABŞ iki ölkə arasında vasitəçi missiyasını həyata keçirməyə çalışır. Qənaətimə görə, Co Bayden administrasiyasının səyləri və ya Ağ Evdən artan telefon zəngləri iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına və Brüssel prosesinin konkret nəticələrlə sonlanmasına hesablanıb. Bu baxımdan, ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması və Qarabağdakı etnik ermənilər üçün maliyyə yardımının dayandırılmasını da Vaşinqtonun İrəvana təzyiqləri kimi xarakterizə etmək olar. Çünki ayrılan vəsaitlər bölgədə separatizmin inkişafına və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinə gətirib çıxarırdı. Bu da Rusiyanın geosiyasi maraqlarına uyğun idi.

İndiki halda isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərə maliyyə yardımının edilməsi Vaşinqtonun maraqlarına cavab vermir. Çünki buradakı separatçılar birbaşa Moskvanın təlimatına tabedirlər.

ABŞ artıq Rusiyanın regiondan geri çəkilməsi üçün Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə maraq göstərməyə başlayıb. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni geosiyasi reallıq da bunu labüd edir”.

Məhəmməd Əsədullazadə Rusiya liderinin Brüssel görüşündən əvvəl Bakı və İrəvana telefon zənglərinə də diqqət çəkib:

"Brüssel görüşündən bir neçə gün əvvəl Vladimir Putin də Azərbaycan və Ermənistan liderlərinə zəng etmişdi. Bu zəngin bu görüşlə əlaqəsinin olduğu şübhəsizdir. Görünür, Putin ABŞ və Avropa İttifaqının fəallaşmasından narahatdır. Rusiya çalışacaq ki, proses onun nəzərindən uzaqlaşmasın, bunun üçün indiyədək əldə edilmiş üçtərəfli anlaşmaların icrasının sürətləndirməyi də nəzərdən keçirə bilər.

Amma Vaşinqtonun yanaşmasının real sülhə daha yaxın olduğunu düşünürəm. Ona görə də Blinken görüşə saatlar qalmış Ermənistanın real danışıqlardan yayınmasının qarşısını almaq üçün telefon dəstəyinə əl atdı. Ermənistan növbəti dəfə prosesi pozsa, bundan sonra baş verənlər onun əleyhinə işləyəcək”.

 

QAYNAR.MEDİA

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay