QAYNAR.MEDİA xəbər verir ki, Beynəlxalq Jurnalist Araşdırmaları Bürosunun hesabatına görə, Qazaxıstanın eks-prezidentinin varidatı “Jusan Technologies” holdinqində toplanıb

Beynəlxalq Jurnalist Araşdırmaları Bürosu (TBIJ) Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin fəaliyyəti dövründə 8 milyard dollara yaxın topladığı sərvəti saxlamaq və nəzarət etmək üçün Böyük Britaniyadan istifadə etdiyi barədə hesabat yayıb.

Təşkilatın hesabatından belə çıxır ki, 2020-ci ildə Böyük Britaniyada Nazarbayev adına özəl fondlar tərəfindən idarə olunan, rəsmi olaraq xeyriyyə, sosial və vətənpərvərlik layihələri həyata keçirən “Jusan Technologies” holdinqi yaradılıb.

TBIJ-nin məlumatına görə, üç fond, o cümlədən Nursultan Nazarbayev Fondu 2020-ci ildə yaradılmış Jusan Technologies holdinqinə nəzarət edir.

Qazaxıstanda aşırdılan heykəllər, Azərbaycanda da ola bilər - Azərbaycan Xalq Hərəkatı

2021-ci ilin oktyabrında jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki, “Jusan Technologies”in səhmləri Qazaxıstanın güc elitasının nümayəndələrinə və Birləşmiş Ərəb Əmirliklərinin hakim dairələri ilə əlaqəli şirkətlərə məxsusdur.

2021-ci ilin oktyabr ayına olan məlumata görə, “Jusan Technologies”in ümumi aktivləri ABŞ Xəzinədarlığı istiqrazları, Qazaxıstan və Qırğızıstanın dövlət istiqrazları və 3 milyard dollardan çox nağd pul daxil olmaqla 7,8 milyard dollar təşkil edir.

TBIJ-in məlumatına görə, holdinqin aktivlərinə əsasən, Qazaxıstanda, həmçinin Lüksemburq, Böyük Britaniya, BƏƏ və ABŞ-da yerləşən banklar, telekommunikasiya şirkətləri və pərakəndə satış şirkətləri daxildir. Sənədlərdən görünür ki, “Jusan Technologies” in xalis aktivləri 2020-ci ilin sonunda 1,6 milyard dollar, xalis mənfəəti isə 550 milyon dollardan çox olub.

“Jusan Technologies”in strukturunda ən böyük biznes Qazaxıstanın banklarından biri olan “First Heartland Jusan Bank”a məxsusdur. Bu bankın sədr müavini, keçmiş baş nazirin müavini və 2015-ci ilə qədər Nazarbayevin köməkçisi Yerbol Orınbayev “Jusan Technologies” in direktoru olub və bu şirkətdə 4,6% paya sahib olub.

Jurnalistlər Nazarbayevin qardaşı oğlunun qızı ilə evlənmiş oliqarx, Qazaxıstanın Suveren Fonduna rəhbərlik etmiş Qalimjan Yesenovun da adını çəkirlər. TBIJ-in məlumatına görə, onun da “Jusan Technologies”də ciddi payı olub.

Araşdırma çərçivəsində jurnalistlər Londonda Nazarbayev Fondunun maraqlarını təmsil edən “Boies Schiller Flexner” hüquq firması ilə əlaqə saxlayıblar. Onlar 2021-ci ilin sonunda “Jusan Technologies”in sahibinin dəyişdiyini bildiriblər. Məlum olub ki, “Jusan Technologies” in yeni sahibi ABŞ-da yaradılan “Jysan Holdings LCC”-dir. Amma izi itirmək mümkün olmayıb, çünki ABŞ holdinqinin sahibinin Nazarbayev Fondunun rəhbəri Aslan Sarinjipovun olduğu üzə çıxıb. O, 2013-2016-cı illərdə Qazaxıstanın təhsil və elm naziri olub.

Beləliklə, jurnalistlər qeyd edirlər ki, hazırda Qazaxıstanın eks-prezidentinin biznes imperiyası ABŞ vasitəsilə idarə olunur.

Bu yaxınlarda Leyboristlər Partiyasından olan deputat Marqaret Hodc iddia edib ki, Nazarbayev xeyriyyə fondlarından “Jusan Technologies” vasitəsilə ona məxsus aktivlərə “gizli şəkildə nəzarət etmək” üçün istifadə edib. Onun sözlərinə görə, Böyük Britaniya şübhəli yollarla əldə edilən sərvətlərə göz yumur və Qazaxıstan elitasının bir sıra nümayəndələri Nazarbayev rejimi dövründə varlanıblar.

"Britaniya sərhədlərini, daşınmaz əmlak bazarını, maliyyə strukturlarını Qazaxıstanın hakim sinfinə açaraq, onlara qanunsuz yolla əldə edilmiş vəsaitləri yuyub xərcləməyə imkan verib", - deputat Marqaret Hodc parlamentdə deyib.

Parlamentarinin sözlərinə görə, Britaniya hakimiyyəti bu cür qanun pozuntularının qarşısını almaq üçün ölkədə qüvvədə olan qanunları tətbiq etmir.

Bu xəbərlər fonunda məlum olub ki, Britaniya hakimiyyəti yaxın vaxtlarda ölkə iqtisadiyyatına investisiya yatırılması müqabilində yaşayış icazəsi almaq sistemini ləğv etmək niyyətindədir.

Yerli KİV-in məlumatına görə, hakimiyyət uzun müddətdir ki, bu sxemdən “cinayətkar elementlər, habelə Rusiya, Çin, Qazaxıstan kimi ölkələrin çox zəngin vətəndaşları tərəfindən sui-istifadə olunduğundan narahatdır. //Musavat.com

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay