Zaur Məmmədov: “Amerika və Rusiya dünyanı böldüklərini göstərirlər”

Qazaxıstandakı olayları Rusiya tətikləyir və faktiki olaraq, nəticədə Qazaxıstan dövlət müstəqilliyini itirə, Rusiyadan tam asılı duruma düşə bilər. Hazırda dünyanın izlədiyi proseslərin ssenarisi də bu istiqamətə doğru gedir və hər keçən an Qazaxıstan dövlətçiliyinin taleyi üçün ciddi təhlükələr meydana çıxır. Görünən odur ki, Rusiya Qərb dünyasına Ukraynanı göstərib, onu Qazaxıstandan vurdu. Boksda buna “sağ göstərib, sol vurmaq” fəndi deyirlər...

Rusiya Ukrayna ilə sərhədlərə qoşun yığdı, gərginlik yaratdı - amma artıq Rusiya qoşunu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları adı altında Qazaxıstandadır. Müstəqil, ağıllı və əsl qazax olan Nursultan Nazarbayevi də bir zərbə ilə iqtidardan uzaqlaşdırdılar. O lideri ki, onun sayəsində son illər Qazaxıstan milli kimliyinə dönüş etmiş, öz dilinə üstünlük verməyə başlamış, latın qrafikasına keçidi tətbiq etmişdi. Həm də o Nazarbayevi devirdilər ki, Azərbaycana bütün platformalarda dəstək verdi, görünən və görünməyən kanallarla yanımızda oldu, türk respublikaları ilə əlaqələri böyütdü, Türk Şurasında aktiv iştirak etdi, Türk Dövlətləri Təşkilatının qrucularından biri oldu. Təbii ki, bu cür davranışlar Moskvanı qıcıqlandırmaya bilməzdi...

Beləliklə, Qazaxıstanın Qərb orientasiyası, müstəqil kursu bitirilmək ərəfəsindədir. Rusiya bundan əvvəl Belarusu bu duruma salıb, onu “ittifaq müqaviləsi”nə imza atmaq məcburiyyətində qoymuş, bununla rəsmi Minski özünə möhtac duruma düşürərək, daxildən iğtişaşları tətikləyərək, bu ölkənin prezidenti Aleksandr Lukaşenkonu ittifaq dövləti müqaviləsinə məcbur etmişdi. Görünən odur ki, yeni hədəf və ittifaq müqaviləsinə imza atacaq növbəti dövlət Qazaxıstan, onun lideri Qasım-Comərd Tokayev olacaq. Qazaxıstandakı olaylar, heç şübhəsiz və birmənalı olaraq, Rusiya ssenarisidir.

Əslində bu barədə yaxın keçmişdə azərbaycanlı politoloqlar da xəbərdarlıq etmiş, təhlillər vermişdilər. Onlardan biri də politoloq Zaur Məmmədovdur. O, düz bir il öncənin bu günlərində Amerikada prezident seçkilərində qalib gələn Co Baydenin andiçməsi ilə bağlı qəzetimizə açıqlama vermişdi. Sanki politoloq bu gün postsovet məkanında baş verənləri görərək, Amerikanın o zamankı dünya siyasətindəki passivliyindən çıxış edib bunları demişdi: “ABŞ-ın passiv və aktivliyi yaxın zamanlarda Rusiyanın Qazaxıstan və Belarus istiqamətində demarşlarında özünü göstərəcək. Biz bu gün Belarus və Qazaxıstandakı hadisələri də diqqətlə izləməliyik. Başa düşməliyik ki, geosiyasi rəqabət Moskva və Vaşinqton arasında bu bölgə torpaqlarının bölüşdürülməsi ilə nəticələnə bilər”.

Tanınmış politoloqdan ŞOK ACIQLAMA:
Zaur Məmmədov

Z.Məmmədov dediklərinin təsdiqləndiyi bu gün də “Yeni Müsavat”a növbəti açıqlamalarını verdi: “Kimlər düşünür ki, Qərb və Rusiya arasında doğrudan da çox böyük ziddiyyət var və onlar müharibə astanasındadırlar, yanlışlıq edirlər. Amerika və Rusiya dünyanı necə ki, II Dünya müharibəsindən sonra bölərək idarə edirdilər, bu gün də həmin idarəçilik davam etməkdədir. Ən böyük səhv o dövlətlərin üzərinə düşür ki, vaxtilə xarici siyasət xətlərində rus ətrafında yerləşərək, çox böyük səhvlər etdilər. Həmin səhvlər çox təəssüflər olsun ki, o dövlətlərin torpaqlarının bir hissəsini itirməsi və digər amillərlə nəticələndi. Əlbəttə, bu gün bizim üçün əsas amillərdən biri yaxın ətrafımızda baş verənlərə düzgün qiymət verilməsidir. Rusların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında məhz Tokayevin imzası ilə Qazaxıstana daxil olması bir növ Suriya, Belarusdakı proseslərin davamıdır. Bu proseslər fonunda Avropa İttifaqı və ABŞ hələ də KTMT-nin Qazaxıstana daxil olması ilə bağlı susqunluq nümayiş etdirirsə-yəqin ki, bir azdan bu məsələlərə publika xatirinə müəyyən reaksiya göstərəcəklər-əslində bununla Amerika və Rusiya dünyanı böldüklərini göstərirlər. Bir sözlə, MDB məkanı Vaşinqtonda əyləşən müəyyən dairələr tərəfindən Rusiyanın maraq dairəsinə verilib. Ona görə də bu kimi məsələlərə baxarkən heç də düşünməyək ki, Rusiya Qərbi Ukrayna sərhədlərinə ordu yığaraq manevr etdi və daha sonra heç kimin gözləmədiyi halda Qazaxıstan istiqamətində hücum etdi, bu belə deyil. Görünən odur ki, Vaşinqton və Moskva bundan sonra da ”parçala, hökmranlıq et" prinsipi ilə yaxın ətrafındakı dövlətlərlə öz siyasətlərini qurmuş olacaqlar".

Politoloq Nazarbayev faktoruna fikirlərində xüsusi yer ayırdı: “Çox təəssüflər olsun ki, biz Qazaxıstandakı bu proseslərdə bu ölkə üçün çox böyük lider olan, ümumiyyətlə, MDB məkanında çox vacib liderlərdən sayılan, qazax xalqı üçün çox böyük xidmətlər göstərən Nazarbayevin bu şəkildə ölkəsindən yola salındığını gördük. Amma məndə ehtimal var ki, Nazarbayev baş verənlərdən xəbərdar idi. Ümumiyyətlə, həm Tokayevin, həm də Nazarbayevin baş verənlər qarşısında manevr etmək imkanları əllərindən alındı. Bundan sonra qazax xalqına, dövlətçiliyinə inkişaf, dövlətçiliklərini qorumağı arzu edirik. Qazaxıstanda dövlətçiliyin qorunması Cənubi Qafqaz üçün də çox vacib şərtlərdən biridir. Bu ölkədə dövlətçiliyin yıxılmasına imkan vermək olmaz. Bundan sonrakı proseslər çox diqqətlə izlənilməlidir”./“Yeni Müsavat”/

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay