SON DƏQİQƏ! "Nursultan Nazarbayev həyatda yoxdur və çoxdan dəfn edilib" - “Komsomolskaya Pravda”
Qaynar.media xəbər verir ki, Qazaxıstanın paytaxtında onun adı yazılmış bütün lövhələr yığışdırılıb
LDPR lideri Vladimir Jirinovski deyib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev çox güman ki, çoxdan ölüb.
“Komsomolskaya Pravda” radiosunun efirində o qeyd edib ki, Qazaxıstanın ilk prezidenti yəqin ki, həyatda yoxdur və çoxdan dəfn də edilib. O xatırladıb ki, müsəlmanlar həmin gün mərhumu dəfn edirlər.
“Sakitcə gizlən, heç nə danışma və sağ ol? Bu istisna edilir", - deyə, Jirinovski Nazarbayevin sağ olmasını şübhə altına alıb.
Daha bir məlumata görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda Nursultan Nazarbayev prospektində onun adı yazılmış bütün lövhələr yığışdırılıb. Ölkənin ilk prezidentinin adı prospektə 2017-ci ildə verilib. Mk.ru xəbər verir ki, Qazaxıstanda Nur-Sultanın adının Astanaya dəyişdirilməsi ilə bağlı petisiya üçün imza toplamağa başladığı da məlum olub.
"Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidentindən, hökumətindən və ölkə parlamentindən respublikamızın paytaxtının - Astana şəhərinin keçmiş adının qaytarılmasını xahiş edirik" deyə, musavat.com-un məlumatına görə, müraciətdə deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay