Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “xalqcebhesi.az” saytına müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Qazaxıstanda baş verənləri hərə bir cür qiymətləndirir. Siz bu barədə nə düşünürsünüz?

- Fərqli yanaşmaların olması təbiidir, çünki informasiya qıtlığı var. BAXCP rəhbərliyində təmsil olunan şəxslərin çoxunun da bu məsələdə fərqli düşüncələri var. Bəzən hətta elə olur ki, fikirlər də dəyişir. İki gün öncə məsələyə başqa cür qiymət verən bu gün deyir ki, yox, deyəsən orada baş verənlərin arxasında başqa məsələlər var. Biz bu məsələni partiya rəhbərliyində müzakirə edib ümumi bir mövqeyə gəlməmişik. Mənim fikrim hələlik ondan ibarətdir ki, Qazaxıstan rəhbərliyi - Nazarbayev və Tokayev məqsədyönlü şəkildə hakimiyyətsizlik görüntüsü yaradıb, xalqın gözünü qırıb ona başa salmaq istədilər ki, qazax xalqı dövlət qura bilmir və biz Lukaşenkonun elan etdiyi yeni ittifaq dövlətinə daxil olub kimlərinsə qoltuğunun altında sakit yaşaya bilərik. Əks halda bir-birimizi qıracağıq. İlk etiraz aksiyasına az sayda, bir neçə yüz adam qatılmışdı, hökumət çox asanlıqla onun genişlənməsinin qarşısını ala bilərdi. Məncə həmin etiraz aksiyası da hökumət tərəfindən təşkil olunmuşdu. Nazarbayevin bu günə qədər susması da dediklərimin təsdiqi ola bilər. Ola bilsin ona deyiblər ki, yeni ittifaqa daxil olmağınızı elan et, o da bəyan edib ki, xalq razı olmaz. Bu zaman ona tövsiyə ediblər ki, kənara çəkil. Qısa müddətdə rus qoşunlarının Qazaxıstana yerləşdirilməsi də dolayısı ilə təsdiq edir ki, əvvəlcədən müəyyən hazırlıq işləri olub.

Qazaxıstanda dövləti qoruyacaq və xalqı məlumatlandırıb səfərbər edəcək siyasi institutların olmaması, dövlətin bir insanın şəxsiyyəti üzərində qurulması qazax xalqını belə ağır duruma salıb. Bundan sonra hər şey qazax xalqının iradəsindən asılı olacaq. Onlar mütəşəkkil müqavimət təşkil edə bilsə, hərçənd indiki şəraitdə bu mümkünsüz görünür, Qazaxıstanın dövlət müstəqilliyini qoruya biləcəklər. Bunu edə bilməsələr ,özlərinə gəlib toparlana qədər, bir müddət rusların əlinin altında yaşamalı olacaqlar.

- Rusiya Qazaxıstanın daxili işinə niyə belə açıq müdaxilə etdi?

- Hazırda dünyada beynəlxalq hüquq ayaqlar altına atılıb. Güclülər kiçik dövlətlərin suveren hüquqlarını,ərazi bütövlüyünü pozur, onlara həqarət edirlər. BMT isə mənasız qurumdur, kimlər üçünsə yalnız iş yeridir.

Əvvəllər yeni yaranmış dövlətlər daha çox beynəlxalq hüquqa və ali dəyərlərə sadiq olduğunu bəyən edən Qərb ölkələrinə müəyyən ümidlər bəsləyirdi. Hazırda Qərbin ifrat liberallaşması, yeni üçüncü cinsin həmin ölkələrdə peyda olması güclü liderlərin önə çıxmasına imkan vermir. Həm də nəzərə alsaq ki, korrupsiya həmin ölkələrdə gündən-günə daha da geniş yayılmaqdadır, hər şey aydın olur. Məsələn, 20-30 il öncəki Fransanın liderləri ilə indikiləri müqayisə edin. İndikiləri yeri gələndə hətta qalstukundan tutub sürüyürlər də. ABŞ-da isə cəmiyyət bölünüb, orda da liderlər daxildə bir-birinə qalib gəlmək üçün hər şeyə hazırdılar. Rusiya əmindir ki, heç kim onlara qarşı çıxmayacaq. 2014-cü ildə Krımı tutarkən vitse-prezident olan Baydeni də dişlərinə vurublar. Mövcud şəraitdə Rusiyanı dayandıra biləcək yeganə güc Çindir. Onun isə Qərblə münasibətlərində ciddi problemləri olduğu üçün heç nəyə qarışmır, Rusiyanın Qərbi alçaltmasını ləzzətlə izləyir.

- Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyinə təhlükə varmı?

- Müstəqilliyimizin təminatçısı ilk növbədə Azərbaycan xalqı və onun Prezidentidir. İlham Əliyev Nazarbayev deyil və inanıram ki, müstəqilliyimizin qorunub saxlanılması üçün sona qədər mübarizə aparacaq. İkinci təminat Türkiyədir. Ona da inanıram ki, Türkiyə 100 il bundan öncə olduğu kimi Azərbaycanın müstəqilliyindən vaz keçməyəcək və ehtiyac olsa Azərbaycanın müstəqilliyi uğrunda vuruşacaqdır. Rusiya öz qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, düşmən xalqlar arasında yaşamaq yolunu seçməməlidir. Başqa imperiyalar qurmuş xalqlar qurduqları imperiyaların dağılması ilə barışdıqları kimi ruslar da SSRİ-nin dağılması ilə barışmalıdırlar. Biz Rusiya ilə dost və bərabər hüquqlu münasibətlər qurmuşuq və əməkdaşlığımızı inkişaf etdirə bilərik. Amma hər kəs anlamalıdır ki, Azərbaycan öz suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suverenliyini bərpa etməsinə mane olmamalıdır.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay