Azərbaycan hakimiyyəti daha bir dəyişikliyə hazırlaşır.

QAYNAR.MEDİA JAMAZ.İNFO -a istinadən xəbər verir ki, yaxın günlərdə müdafiə naziri Zakir Həsənov da işdən çıxarılacaq.


Gələn xəbərlərə görə, Həsənov böyük ehtimalla əvvəlki iş yerinə təyinat alacaq. Belə ki, o, Daxili Qoşunların komandanı postunu tutacaq.

Həmin xəbərlərdə bu işdən çıxarma olayının dünən DTX tərəfindən keçirilən əməliyyatla heç bir bağlılığının olmadığı vurğulanır. Bildirilir ki, belə bir qərar xeyli əvvəl verilib.

Yeni nazirin kimliyi barədə isə hələlik dəqiq məlumat yoxdur. İddialara görə, Zakir Həsənovu əvəz edəcək nazir 44 günlük Vətən Müharibəsində döyüşmüş generallardan biri olacaq. Lakin həmin generalın hazırda Müdafiə Nazirliyində işləyib, işləmədiyi barədə dəqiq bilgilər yoxdur.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda müdafiə naziri postunda orduda yetişmiş şəxslər oturublar. Əsasən də nazirlər ya Baş Qərargah rəsiləri olublar, ya da nazir müavinləri. Əgər Zakir Həsənov işdən çıxarılarsa, onun yerinə potensial bir neçə namizədin olduğu da sirr deyil. Məsələn, Kərim Vəliyev Baş Qərargah rəisidir. Müharibədə iştirak edib. Ondan başqa, müdafiə nazirinin müavini Nizami Osmanovun da adını çəkmək olar. Son zamanlar onun da adı diqqət mərkəzinə düşüb.

Bir başqa namizəd isə Naxçıvandakı Ordu Birləşmələrimizin komandanı Kərəm Mistafayev sayılır. Hərçənd digər nazmizədlərlə müqayisədə onun şansının az ola biləcəyini düşünənlər də az deyil.

Lakin söhbət mənbələrin dediyi kimi, MN-in mərkəzi aparatından kənardakı namizədlərdən gedirsə, bu, daha çox namizəd barədə ehtimallar irəli sürməyə əsas verir. Məsələn, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev, həm müharibədə göstərdiyi qəhrəmanlığı, həm də peşəkarlığı baxımından xalq tərəfindən daha çox sevilir. Və ya müharibə zamanı əsas döyüşlərin iştirakçısı olan korpus komandiri Mais Barxudarov da bu şansa sahibdir.

Bir başqa namizəd kimi, Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin nəslinin davamçısı, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini- Qərargah rəisi, Vətən müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşiri (Məmmədov) göstərmək olar.

Bir sözlə, Ordumuzun daxilində hazırda görəv başında olan, amma MN-in Mərkəzi Aparında təmsil olunmayan yetərli qədər qəhrəman zabitlərimiz var ki, nazir postunu şərflə icra edə bilərlər.

Amma yeni nazir məsələsi ilə bağlı bəzi ehtimallar da var. Həmin ehtimallardan biri də yeni nazirin mülki şəxs ola bilməsi ilə bağlıdır. Bunu da belə əsaslandırırlar ki, NATO ölkələrində müdafiə nazirləri əsasən mülki şəxslərdən təşkil olunur. Ordunu isə Baş Qərargah rəisi idarə edir.

Belə bir islahatın indiki məqamda Müdafiə Nazirliyində həyata keçirilməsinin nə qədər mümkün olub, olmadığı barədə mütəxəssislərin fikirləri isə birmənalı deyil. Onlar hesab edirlər ki, müharibədən çıxmış Azərbaycan Ordusunun başına indiki məqamda mülki şəxsin gətirilməsinin faydasından çox ziyanı ola bilər. Bunu da belə əsaslandırırlar ki, Ermənistanla müharibə riski hələ davam edir, sərhəddə vəziyyət tam sabit deyil və belə məqamda MN-in başında peşəkar hərbçinin dayanması daha məqsədəuyğundur. Onlar hesab edirlər ki, gələcəkdə müdafiə nazirinin mülki şəxs olması barədə düşünmək olar.

Xatırladaq ki, son günlər Azərbaycan hakimiyyəti bir neçə kadr dəyişikliyi həyata keçirib. Belə ki, Rövnəq Abdullayev SOCAR-ın prezidenti postundan çıxarılaraq, iqtisadiyyat nazirinin müavini təyin edilib. Onun yerini isə iqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf tutub.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay