Hadisə
13.02.2022, 15:29
DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi – Polkovnik saxlanıldı
Azərbaycan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.
QAYNAR.MEDİA xəbər verir ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində tutulub.
Mənbə qeyd edir ki, polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.
O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay