Qubad İbadoğludan SƏRT İTTİHAM - "Məgər Qarabağ ona görə azad edilib ki..."
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə avtobus marşrutları açır. Rəsmi açıqlamaya görə, yanvarın 24-dən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə Ağdam istiqamətlərində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə 2 dəfə təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslərinə bağlıdır.
Eyni şəxsə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Qaynar.media xəbər verir ki, Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu məhdudiyyəti etirazla qarşılayıb: “Rəsmilər deyir Qarabağa səfər etmək istəyənlər çoxdur, bu səbəbdən eyni şəxsə il ərzində bir səfər imkanı verilir. Anlamaq olmur. Səfər etmək istəyənlər çoxdursa, hər gün avtobus reysləri təşkil edilsin. Nədən Azərbaycan vətəndaşı Qarabağa ildə yalnız bir dəfə gedə bilməlidir? Hətta turistlər üçün belə qadağalar olmadığı halda niyə vətəndaşlara məhdudiyyətlər tətbiq edilir?
Məgər Qarabağ ona görə azad edilib ki, oranı xüsusi zonaya çevirib qapalı dövlət sifarişləri ilə büdcəni talasınlar, azad biznesə, sərbəst hərəkətə və fəaliyyətə imkan verməsinlər?”
Qaynar.merdia
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay