Naxçıvana avtobus biletlərinin qiyməti açıqlanıb
17 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə qaynar.media xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən jurnalisltərə bildirilib ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.
Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.
Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş edə bilərsiniz.
Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.
Gömrük keçid məntəqəsində sərnişinlərdən "Covid-19" testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay