Gəncədə yeni baş həkim vəziyyəti daha da pisləşdirdi... - İTTİHAM

Bu yaxınlarda özəl klinikalardan birində uzun müddət rəhbər işləyən Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.Qərb bölgəsinin ən böyük tibb müəssisəsi olan 1 saylı xəstəxana Tibbi Sığortaya keçdikdən sonra tibbi xidmətin keyfiyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib. Bunu demək və iddia etmək üçün xeyli əsaslar da var.

Məlumat üçün bildirək ki, tibbi xidmətin keyfiyyətinin artırırlması məqsədi ilə Tibbi Ərazi Bölmələri (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən inzibati ərazi vahidləri üzrə əhalinin sayı, xidmət coğrafiyası, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, habelə həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla yeni idarəetmə qaydaları formalaşdırılıb.

Qaymar.media-ın məlumatına görə, demokratik.az-ın apardığı kiçik araşdırma zamanı məlum oldu ki, əslində Gəncə şəhəri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan tibb personalı əvvəlki kimi vətəndaşların cibinə necə girməyin yeni yollarını axtarırlar. Artıq o yolları tapıblar da…

Məsələn, Abbas Səhhət adına 1 saylı xəstəxananın MRT-1 şöbəsində müayinəyə gələn pasiyentlər diski öz şəxsi vəsaitləri hesabına alırlar. Xəsətəxanaya gələn sakinlər qoruyucu vasitələrin olmamasından da gileylənirlər. Halbuki, koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq xəstələrə nə tibbi spirt, maska, nə də ki, əlcək verilir. 245 çarpayılıq xəstəxana binasında 56-sı həkim olmaqla, 370 tibb işçisi çalışmasına baxmayaraq bütün tibbi personal öz şəxsi vəsaitləri hesabına yuxarıda qeyd etdiyimiz qoruyucu vasitələri alırlar. Hazırda pensiya üçün xəsətəxanalara göndərişlə gələn xəstələr 3-5 gün müddətə stasionar müalicədə saxlanılırlar. Göndərişlə gələn pasiyentlər də bütün dərman pereparatlarını öz şəxsi vəsaitləri hesabına alırlar.Hətta, gündə 3 dəfə isti yeməklə təmin olunmalı xəstələr verilən yeməyin keyfiyyətsizliyindən də şikayətlənirlər.

Abbas Səhhət adına 1 saylı xəstəxananın nəzdində olan doğuş şöbəsi perinatal mərkəzlə birləşdirilsə də “doğuş” yenə də pulsuz başa gəlmir.Təbii və qeysəriyyə üsulu ilə doğuşa görə vətəndaşlar 500-1000 manat arasında pul ödəməlidir. Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır. Amma görünən odur ki, əksər hallarda bu yalnız kağız üzərində belədir…
Bu gedişatla azərbaycansayağı tibbi xidmət hələ uzun müddət davam edəcək…

Bu xəstəxanadan redaksiyamıza şikayət edən vətəndaşlar deyirlər ki, orada operator vəzifəsində işləyən Həsənova Afət Həsən qızı adlı şəxs sənəd saxtakarlığı ilə məşğuldur. Bu xanımın onlarla vətəndaşı aldadaraq onların 60.500 manat pulunu mənimsədiyi və bunu özünün də etiraf etdiyini sübut edən sənədlər redaksiyamıza təqdim edilmişdir. Bir neçə əlaqədar quruma sorğu göndərib dəqiqləşdirmələr apardıqdan sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik.

Onu da bildirək ki, sözügedən xəstəxana Gəncə Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun şəxsi nəzarəti və maraqları altındadır. Nazim Əhmədov uzun illər məhz bu xəstəxananın baş həkimi olub, hazırki vəzifəyə təyinatındadək bir sıra özbaşınalıqlarının müqabilində töhmətlər alıb. İlkin İsmayılovun Əhmədovun yaxın adamı olduğu iddia edilir...
Qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay