Hacı Məhərrəm kürəkənini xilas etmək üçün dəridən-qabıqdan çıxıb

Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə araşdırmaları başlayır. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu, kompleksin satış müdiri olmuş Elşad Kəlbəliyevdən gedir.
Hacı Məhərrəm kürəkənini xilas etmək üçün dəridən-qabıqdan çıxıb

Elşad Kəlbəliyevin haqqında cinayət işinin istintaqı yekunlaşıb. İşi Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Sözügedən yol qəzası iyunun 14-də gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus “Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olmuş Ələsgər Əliyev isə xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra polis idarəsinə aparılıblar.

Bu qəza ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı Elşad Kəlbəliyevə məxsus avtomobildə sükan arxasında Ələsgər Əliyevin olduğu bildirilirdi. Lakin sonradan “Range Rover”i avtomobil sahibinin özünün idarə etdiyi məlum oldu. Üstəlik, Elşad Kəlbəliyevin həmin vaxt sərxoş olduğu da aydınlaşıb.

Elşad Kəlbəliyev 2010-cu ildə yaradılan və 2020-ci ildə fəaliyyətini dayandıran “Əlicə” futbol klubunun da prezidenti olub. Bu klubun təsisçisi də onun qayınatası idi. müqəddəs Kəbə daşını öpməyə pullar xərcləyən M. Novruzov kürəkəninin həbsdə olması ilə hələ də barışmır və öz üsullarına əl atıb. Hadisə zamanı həlak olan şəxslərin ailələrinə böyük məbləğdə (bura Bakı şəhərinin mərkəzində ev, Masazırda villa, bahalı avtomobillər və 200mindən az olmayan pul daxildir) hədiyyələr edib. Bunun qarşılığında mərhumların yaxınları şikayətçi olmayacaqlarına və cəza üçün israr etməyəcəklərinə söz veriblər. Azərbaycan qanunvericiliyində bu kimi hallarda, yəni şikayətçinin ortadan qalxdığı hallarda cəzanın necə müəyyənləşdirildiyini deyə bilmərik. Amma E. Kərbəlayev bu hadisədən cəzasız qurtaracaqsa sadə vətəndaşın “Pulun varsa hamını əz keç” iddiası təsdiqini tapmış olacaq.

Xalqxeber.az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay