İRANIN XƏZƏRDƏ SAXTA QAZ YATAĞI ƏMƏLİYYATI - "Bu, sadəcə siyasi bir gedişdir"

Ötən həftəsonu İran KİV-ləri sevinclə xəbər yayadılar ki, Khazar Exploration and Production (KEPCO) şirkəti (İranın milli neft şirkətinin Xəzərin özlərinə aid hissəsində işləri həyata keçirən törəməsidir) Xəzər dənizinin İran sektorunda yataq tapıb. Özü də aşkarlanan yataq qazdır. Həmin andaca şirkət yatağa "Çalus" adı verdi (tapılan yatağın Çalus şəhərinə yaxın olmasına görə).

KEPCO-nun baş icraçı direktoru Əli Osuli bəyan edib ki, "aşkarladığımız yeni qaz yatağı "Cənub Pars" kimi dünyaın meqa qaz yatağının 1/4-i qədər ehtiyatlara malikdir". İranın rəsmi mənbələri "Cənub Pars" yatağının 14,2 trln kub metr qaz və 18 mlrd barel kondensat ehtiyatına malik olduğunu bildirir. Yəni bu hesabla İran Xəzərin ən böyük qaz yatağı sayılan "Şahdəniz"dən 3,5 dəfə böyük ola biləcək tapıntısını bəyan edib.

Bu xəbərlə bağlı bu həftə boyu Rusiya KİV-ində müzakirələr başlayıb. Müzakirə mövzusu da budur ki, bəs İran qazı Avropada satacaq, yoxsa Çində. Və bu mövzuda ağıla gələn və gəlməyən ehtimallar irəli sürürlər, hələ arada imkan tapıb İran tapıntısı ilə Türkmənistanın ötən əsrin 90-cı illərindən ümid bəslədiyi TRANSXƏZƏR qaz kəmərini də az qala dünyada qaz istehlakı bitənə qədər "dəfn edirlər". Hələ Rusiyanın ekspertləri Azərbaycanı da "tərifləməyi" unutmurlar: İran qazının ən optimal ixrac marşrutu Cənub Qaz Dəhlizidir. Və əlavə edirlər ki, İran qazı hesabına Azərbaycan nəhayət ki, Cənub Qaz Dəhlizini layihə gücünə qədər doldura bilər.

Rusiya tərəfdən yazılanlar aydındır - qaz ehtiyatı baxımından dünyanın 1 N-li ölkəsidir və maraqları mümkün rəqibləri neytrallaşdırmağa yönəlib. Amma Qərb mediasında, hətta ixtisaslaşmış mediada belə İranın Xəzərdə nəhəng qaz yatağı aşkarlaması və bunun Avropanın enerji təhcizatında roluna dair məlumatları görüncə, düşünürsən ki, rəqəmsal dünyada DÜŞÜNCƏ (məlumatın emal edilmə imkanı) niyə bu qədər geriləyir...

İndi gələk əsas məsələyə: Xəzərin İran sektorunda yataq tapılıbmı? Bu sual üzərində İranın enerji məsələləri üzrə ən etibarlı ekspert saydığım Dalğa Xatınoğlu ilə söhbətləşirəm.

Onun sözlərinə görə, Xəzərin İrana aid hissəsində hələ ötən əsrin 60-cı illərinin sonlarından kəşfiyyat işlərinə başlanılıb və bunlar da Sovet-İran enerji əməkdaşlığı çərçivəsində olub. Sovet isə təbiidir ki, Azərbaycanın imkanlarından istifadə edib. O zaman qazma işləri də həyata keçirilib, amma karbohidrogen ehtiyatları aşkarlmamaq mümkün olmayıb. Sonradan 90-cı illərin ortasında kəşfiyyat-qazma işləri intensivləşib.

Burada mən əlavə edirəm ki, Azərbaycana məxsus "Xəzər" özüqalxan üzən qazma qurğuları vasitəsi ilə İranda 1995-1996-cı illərdə bir neçə kəşfiyyat quyusunun qazılması həyata keçirilib və heç birində nə neft, nə də qaz layları tapılmayıb. Yəni İran geoloqları aparılan kəşfiyyat-qazma işlərinin nəticəsi olaraq birmənalı olaraq özləri üçün aydınlaşdırdılar ki, İranın dayazsulu hissəsi neftsiz-qazsız bir sahədir.

Azərbaycanın 1999-cu ildə Xəzərin dərin hissəsində "Şahdəniz" yatağını, 2010-cu ildə "Ümid" yatağını və nəhayət 2011-ci ildə "Abşeron" yatağını aşkarlaması İran tərəfində bir ümid yaratdı ki, bəlkə onlara aid dərin sularda da yataq var. Ancaq Xəzər dənizi İrana doğru getdikcə dərinləşir: dəniz burada 700-1000 metrə qədərdir. Bundan əlavə, Azərbaycanın öz dərin sularında apardığı qazmanın nəticələri onu göstərdi ki, məhsuldar qaz layları 5800 metrdən 7300 metr intervalında yerləşir, həmçinin tapılan yataqlar geoloji baxımdan mürəkkəb quruluşa malik olmaqla yanaşı burada həddən ziyadə anomal lay təzyiqləri mövcuddur. Azərbaycanın 6-cı nəsil yeni qazma qurğusuna 1 milyard dollar investisiya etməsi də bundan qaynaqlanırdı.

İranda belə texnologiyalar yoxdur və yaxın onilliklərdə olması gözlənilmir. Xarici sərmayədarlar isə Qərb sanksiyaları ucbatından İranın hətta qurudakı asan çıxarıla bilən işlək yataqlarına belə yatırımlar etmirlər (hətta İranla münasibətləri yaxşı olan Rusiya və Çin də). Elə isə İran həqiqətənmi öz gücü və imkanları hesabına Xəzərin dərin sularında GİGANT sayıla biləcək bir yataq aşkarlayıb?

Bu sualın cavablandırmaq heç də çətin deyil. Belə ki, müasir neft sənayesində qlobal tapıntılar üçün "gizli iş görmək" sadəcə mümkün deyil. Əvvəla, hər şey layiləndirmədən başlayır. Tutaq ki, onu məxfi həyata keçiriblər və səs-səmiri İranın içində belə "çölə" çıxmayıb. Ondan sonra 2D və 3D seysmik işlərin həyata keçirilməsi vacibdir ki, optimal qazma nöqtəsini təyin edəsən. Bunun üçün xidməti gəmilər Xəzərə çıxmalı və 1 aya yaxın tədqiqat aparmalı idilər. Belə şeylər isə izləniləndir, təkcə kosmik kəşfiyyatı demirəm, həmçinin bütün üzən qurğuların CANLI izlənməsi sistemi mövcuddur, təbii ki, alınan məlumatlar da maraqlı dairələr tərəfindən təhlil edilir.

Bizim əldə etdiyimiz məlumata görə, KEPCO son 3 ildə Xəzər dənizində heç bir geofiziki işlər həyata keçirməyib. Ümumiyyətlə, Xəzərin İran hissəsində kəşfiyyat-qazma işlərini həyata keçirmək üçün gərəkli olan hansısa yarımdalma üzən qazma qurğusu qeydə olınmayıb. Qazma işləri aparmadan yataq tapmaq mümkündürtmü? İran bir dəfə buna cəhd etmişdi: 2009-сu ildə uzun sürən tikinti işlərindən sonra "İran Al-borz" (daha sonra "Amir Kabir" adına dəyişdilər) yarımdalma üzən qazma qurğusunu istifadəyə verdilər. Və .. 2012-ci ilin iyununda rəsmi Tehran şadyanlıqla belə bir xəbəri dünyaya çatdırmışdı ki, "Amir Kabir" vasitəsi ilə aparılan qazma nəticəsində "Sərdar-Canqal" yatağı açıb ki, onun da ehtiyatları 10 milyard barel neftdir, yəni 1,3 mlrd ton.

Bir müddət keçəndən sonra ABŞ-da maraqlı bir məqalə işıq üzü gördü. Orada qeyd olunurdu ki, "Al-borz" qurğusunun kosmosdan müxtəlif zamanlarda çəkilmiş fotolarını spektral analiz ediblər və belə nəticəyə gəliblər ki, o qurğu sadəcə NEYTRAL rejimdə işləyib və reallıqda qazma işləri apardığını İMİTASİYA edib.Niyə bu qənaətə gəliblər? Çünki dərinlik artdıqca, lay təzyiqi artdıqca qurğu daha çox enerji sərf etməlidir. Üzən platformanın üzərində qoyulmuş dizel avadanlığının spektral analizi isə belə halları qeydə almamışdı. Ona görə də istər 9 il öncə olsun, istərsə də bu günlərdə yayılan xəbərlər, onların reallıqla elə bir bağlantısı görünmür. Bu,sadəcə siyasi bir gedişdir.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay