Rusiyanın Ukraynanı işğalından sonra Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiya, ardından isə İsveç, NATO-ya rəsmi üzvlük prosesinin başladığını açıqlayıb.

 

Bizimyol.info xəbər verir ki, qərar Avropada müsbət qarşılanda da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etirazlarını dilə gətirib. İsveçin Türkiyəyə nümayəndə heyəti göndərməsinə toxunan Türkiyə prezidenti Ərdoğan, "bazar ertəsi bizi razı salmağa gələcəklər? Özünüzü yormayın. Bu prosesdə Türkiyəyə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaq üçün sanksiya tətbiq edənlərə "hə” demərik”,- deyə bildirib.

İsveçin xarici işlər naziri Ann Linde bu gün NATO-ya üzvlük ərizəsini rəsmən imzalayıb. Linde imzalama fotosunu paylaşmaqla ölkəsinin yeni dövrə qədəm qoyduğunu vurğulayıb. Baxmayaraq ki, Türkiyə "hə" demədən "yeni dövr"ün başlaması mümkün deyil...

Ərdoğanın sözlərinə Finlandiyadan da cavab gecikməyib. Finlandiyanın Baş nazir Sanna Marin, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı fikrini dəyişməsindən təəccübləndiyini bildirib.

Dünən axşam Finlandiyada yerləşən "YLE A-studio" ilə danışan baş nazir, "Türkiyə daha əvvəl Finlandiya və İsveçin mümkün NATO üzvlüyü yolunda heç bir maneə yaratmayacağına və prosesi ləngitməyəcəyinə zəmanət vermişdi",- deyə bildirib.

Bundan əlavə Marin Ərdoğanın açıqlamalarını "narahatedici" adlandırıb və "səbrli" olmağa çağırıb.  "Mən əminəm ki, işlər dialoq yolu ilə həll oluna bilər",- deyə Marin çıxışına əlavə edib. Digər tərəfdən, İsveç müdafiə naziri Peter Hultqvist də Türkiyəyə cavab verib. O bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq deyir ki, Türkiyə prosesə mane olmur.

"Biz Türkiyə ilə danışıqlar və dialoq aparacaq bir qrup göndərəcəyik, sonra məsələnin necə həll olunacağını və müzakirənin əslində nədən ibarət olduğunu görəcəyik”,- deyə müdafiə naziri bildirib.

Dövlət televiziyası SVT-yə danışan Hultqvist Türkiyə ilə dialoq quracaqlarını, nələrin baş verdiyini və problemin nə olduğunu anlamaq üçün diplomatlardan ibarət bir heyət göndərəcəklərini desə də, nümayəndə heyətinin Türkiyəyə nə vaxt gedəcəyi və heyətdə kimlərin iştirak edəcəyi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, NATO-nun inkişafı çərçivəsində qəbul ediləcək bütün qərarlar 30 üzv dövlət və onların parlamentləri tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, həftə sonu Berlində baş tutan gərgin danışıqlardan sonra tərəflərin zəmin tapmaq üçün addımlar atdığı da bildirilib.

Qeyd edək ki, İsveç PKK-nı açıq şəkildə dəstəkləyən ölkədir. Bu ölkənin davranışından belə anlaşılır ki, Türkiyənin dinc vətəndaşlarını öldürənlər terrorçu sayılmır. İsveç bu terror təşkilatını hər zaman açıq şəkildə dəstəkləyib və hazırda da təşkilatın 33 üzvünə sığınacaq verib.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay