Daha bir elm adamından Ramiz Mehdiyevə ÇAĞIRIŞ - "İSTEFA VER..."

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov AMEA prezidenti Ramiz Mehdiyevi istefa verməyə çağırıb.

Qaynar.media-ın məlumatına görə, professor Əbülhəsən Abbasov APA-ya açıqlamasında deyib ki, AMEA-da böhranlı vəziyyət yaranıb.

Onun sözlərinə görə, böhranın səbəbi AMEA-nın zamanın, cəmiyyəti tələbləri ilə hesablaşmamasıdır: “AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. Uzun illərdir, AMEA-da köklü islahatlara ehtiyac vardı. İlk növbədə, AMEA-nın idarə olunması, onun funksional təyinatı, mahiyyəti üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nəsə baş vermək əvəzinə, xüsusən Ramiz Mehdiyev AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar baş alıb getdi. Bu aspektdə bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Ramiz Mehdiyev AMEA-nın prezidenti olmamışdan əvvəl də Akademiyanı öz nəzarətində saxlayıb, bu, danılmaz faktdır. Hələ AMEA prezidenti olmamışdan əvvəl də AMEA-da idarəetmədə xoşagəlməz hallar, yerliçilik, tanışlıq və şəxsi sədaqət prinsiplərinin tətbiq olunmasının arxasında məhz Ramiz Mehdiyev dururdu. Ramiz Mehdiyev AMEA-ya prezident gəlməmişdən öncə bir növ sovet idarəetmə sistemindən miras qalmış idarəetmə üsulunu Akademiyada var gücü ilə tətbiq edirdi. Bu da müəyyən fəsadlara yol açırdı. Amma Ramiz Mehdiyev AMEA-ya bilavasitə prezident gələndən sonra bu mənfi tendensiyalar elə həddə çatdı ki, çoxunun da etiraf etdiyi kimi, artıq AMEA-da böhranlı vəziyyət yarandı”.

Professor qeyd edib ki, AMEA-da idarəetmə başdan ayağa yenilənməli, müasir tələblərə cavab verməlidir: “Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında AMEA prezidenti oldu. Həmin vaxt dövlət başçısı tərəfindən Azərbaycanda islahatların yeni mərhələsi elan olunmuşdu. Hər yerdə fəlsəfə üzrə baş akademik kimi təqdim olunan Ramiz Mehdiyev nə etməli idi? İlk növbədə, AMEA-nın, ayrı-ayrı bölmələrin, institutların rəhbərləri qarşısında Azərbaycanda islahatların elmi-nəzəri təminatı və ideoloji platformasının hazırlanması problemini qoymalı idi. Savadlı, islahatlar haqqında az-çox məlumatı, təcrübəsi olan, ilk növbədə, bunu etməli idi. Əfsuslar olsun ki, bu adam özü fəlsəfə üzrə akademik ola-ola, Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivini toplayaraq görüş keçirməyib. Bu sahənin alimlərindən soruşmayıb ki, islahatlara baxışınız necədir, bunun ümumi prinsipləri, ideyaları nəyə söykənməli, islahatların fəlsəfi nüvəsini nə təşkil etməlidir? Azərbaycanda cəmiyyətin ayrı-ayrı fəaliyyət sahələrində islahatların, ilk növbədə, elmi-nəzəri müstəvidə strukturu, açılışı, mərhələləri necə olmalıdır? İqtisadi, siyasi, hüquqi, sosial, mədəniyyət və digər sahələrdə islahatlar hansı formada, hansı məzmunda, hansı qarşılıqlı koordinasiyada həyata keçirilməlidir, bunun elmi təminatı nədən ibarətdir? Hansı mexanizmlər işə gətirilməli, hansı təcrübə önə çəkilməlidir? Bunların hamısı açıq qaldı. Əksinə, Ramiz Mehdiyev ən arxaik, cəmiyyəti geriyə aparan və vərdiş etdiyi üsullara üstünlük verdi”.

Ə. Abbasov vurğulayıb ki, Ramiz Mehdiyev AMEA-da bir növ idarəetməni özünün personasına, səlahiyyət sahibi, aparıcı fiqur olmasına xidmətə yönəltdi: “Ramiz Mehdiyev hansısa qadağalar ortaya çıxardı, yenilik adı altında bölmələrdə dəyişikliklər etdi. AMEA-da öz üzərinə düşən məsuliyyəti dərk edən, bacarıqlı, qabiliyyətli, savadlı, işləri operativ yerinə yetirən insanların hamısını qısa müddətdə kənarlaşdırdı, xoşagəlməz, sırf şəxsi sədaqət prinsipləri əsasında kadr təyinatlarını həyata keçirməyə başladı. Əvvəllər də AMEA prezidentləri olub, ancaq onların ətrafında bu qədər köməkçilər, digərləri olmayıb. Yeri gəlmişkən, bəzən deyirlər ki, elmə az pul ayrılır. Bununla mən də razıyam, milli gəlirin 3 faizi civarında elmə vəsait ayrılmalıdır. Azərbaycanda isə bu səviyyə çox aşağıdır. Amma idarəetmə optimallaşmasa, dövlət elmə ayrılan vəsaiti nə qədər artırsa da, idarəetmənin daxilində yararsız bürokratiya həmin vəsaiti mənimsəyəcək. Bunu indi də görürük. İş görən vicdanlı, məsuliyyətli, qabiliyyətli insanlara həmin vəsait çatmayacaq. Yeri gəlmişkən, hazırda o insanlar hansı şəraitdə işləyirlər? 21-ci əsrdə işləyən həmin insanlar adi personal kompüterlə də təmin olunmayıb. Çünki ayrılan pullar müxtəlif adlarla, qrantlarla, mükafatlarla sovrulur. Bunu araşdırmaq xüsusi orqanların işidir, mən məsələnin elmi tərəfini danışıram. Nə qədər maliyyə ayrılsa da, yararsız idarəetmə çərçivəsində sovrulub gedəcək, şəxsi, qrup, korporativ maraqlar çərçivəsində israf olunacaq, mənimsəniləcək. Biz bunu görürük. Ona görə də bu məsələ həll olunmalıdır”.

Professor hesab edir ki, Prezident İlham Əliyevə bu məsələni nəzarətinə götürməli, problem həll olunmalıdır: “Düşünən, vicdanlı, potensiallı alimlər bu məsələdə dövlət başçısına yardım, kömək etməlidirlər, kənarda gözləməklə bu məsələ bitmir. AMEA-nın kadr tərkibini, rəhbərliyini, o cümlədən prioritetləri yeniləşdirmək lazımdır. Qabaqcıl dünya təcrübəsindən də istifadə olunmalıdır. Bu işləri görmək üçün isə AMEA rəhbərliyi, birinci şəxs dəyişməli, rəhbərlik yenilənməlidir. AMEA-nın rəhbəri cəmiyyətdə, elmi ictimaiyyətdə həqiqətən hörməti olan, əməli-salehliyi ilə fərqlənən, enerjili, gələcəyi görən, dövlət və milli maraqlara uyğun olaraq fəaliyyət göstərən şəxs olmalıdır. Eyni zamanda bütün idarəetmə strukturları yenidən qurulmalıdır. Ramiz Mehdiyev AMEA prezidenti olaraq qaldığı halda isə perspektiv görmürəm. Nə qədər ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olacaq, bunlar mümkün olmayacaq. Ramiz Mehdiyev ətrafında bir mühafizə layı - Rəyasət Heyəti və s. yaradıb. Ramiz Mehdiyev vaxtilə o insanların çoxunu özündən asılı vəziyyətə gətirib. Titul almaqda, akademik, rektor olmaqda və başqa məsələlərdə özündən asılı vəziyyətə salıb. Əlbəttə, AMEA-da akademiklər, müxbir üzvlər arasında həqiqətən o titula layiq olanlar var. Ancaq məsələ ondadır ki, idarəçilik bu formada qalacaqsa, onların da potensialı effekt verə bilməz”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay