Bu hadisə Şəmkirdə heç də XOŞ QARŞILANMADI... - Başçının NƏZƏRİNƏ

"İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlib.

Əslən Ahısqa türküdür. 1963-cü ildə burada məktəbə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olub. 1983-cü ildə ali təhsilini başa vurur.
1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə Ahısqalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. O, burada cihazqayırma zavodunda işləyib.Erməni faşistlərinin ata-babalarımızdan yadigar torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri N saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər.

“Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası,canlı qüvvəsini məhv edib.

Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olar bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarır. 18 aprel 1993-cü il igid döyüşçü yenidən döyüşə girir və bu döyüşdə qəhrəmancasına həlak olur".
Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Bütün bunları xatırladan məqalə müəllifi daha sonra yazır: "Göründüyü kimi, canını, qanını Azərbaycan torpağı üçün fəda etmiş İsgəndər Aznaurov çox gərgin ömür yaşamışdır. Və ölümündən sonra onun anası hər zaman övladının xatırlanmasını, xatirəsinin əziz tutulmasını istəmişdir. Lakin Şəmkirin icra başçısı Rəşad Tağıyevin fəaliyyətsizliyi nəticəsində digər şəhidlər, qazilər, vətən müharibəsi iştirakçıları kimi İsgəndər Aznaurov və onun ailəsi diqqətdən kənar qalmışdır. Şəmkir rayonunda apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, Rəşad Tağıyev rayona başçı təyin olunduğu gündən milli qəhrəman , şəhid İsgəndər Aznaurovun anası, ailəsini ziyarət etməmişdir. Ən üzücü məqam isə anası Kamilə ananın dəfn mərasimində və ondan sonrakı günlərdə görünməmişdir. Çox təəssüf... Rəşad müəllim, bilirsinizmi ki, artıq Şəmkir insanları sizin Şəmkirə rəhbərlik etməyinizdən utanc hissi keçirir ?!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Bu hadisə Şəmkirdə heç də XOŞ QARŞILANMADI... - Başçının NƏZƏRİNƏ

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay