Bacısı oğlu 8 ay həbsdə, özü isə 8 il vəzifədə qaldı – Dünən yola salınan icra başçısı

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycanda son illər bu vəzifəni daşıyan yeganə xanım olan İradə Gülməmmədova vəzifəsindən azad olunub.

Qaynarinfo İradə Gülməmmədova ilə bağlı material hazırlayıb. İcra başçısı olduğu dönəmdə bir sıra qalmaqallarla yadda qalan İradə Gülməmmədova rayonda "biznesledi” kimi də tanınır. Onun yaxınlarının adına böyük şirkətlərinin olduğu da dəfələrlə mediada qeyd edilib.

2015-ci ildən 2020-ci ilə kimi, demək olar, hər gün İ.Gülməmmədovanın adı müxtəlif rüşvət qalmamaqallarında hallanırdısa, 23 iyun 2020-ci il tarixdə bu, həbslərlə əvəzlənib. Belə ki, İ.Gülməmmədovaya yaxınlığı ilə tanınan Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin həbsindən sonra onun adının hallanması bir qədər səngiməyə başlayıb. A.Əliyev vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra Hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan müəyyən rüşvət qarışılığında tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirdiyi üçün həbs olunub.

Baş memarın həbsindən sonra İradə Gülməmmədovaya yaxınlıqları ilə tanınan və xüsusən qohumları arasında qurduğu rüşvət şəbəkəsini hüquq-mühafizə orqanları müəyyən edə bilib.

Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babəl Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərə cinayət işi qaldırılıb.
2021-ci ilin fevral ayında Babək Alıyev və Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qəti imkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbs olunub. Daha sonra məlum olub ki, həbs olunan Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu imiş. İcra başçısı müəyyən vasitələrlə qohumunu bir ilə yaxın bu cinayət işindən yayındırmağa çalışsa da, lakin bu, baş tutmayıb. Bacıoğlu həbs olunub.

Müəmmalı səbəblərdən 2021-ci ilin sentyabr ayında icra başçısının bacısı oğlu Babək Alıyev 8 ay həbsdən sonra şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb. Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

İ.Gülməmmədovannı bacısı oğlu 8 ay həbsdə qalsa da, özü 8 illik icra başçısı vəzifəsindən ölkə başçısının sərəncamı ilə uzaqlaşdırılıb.

Qeyd edək ki, İ.Gülməmmədova 2 sentyabr 2015-ci il tarixli sərəncamla Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib, 19 yanvar 2022-ci il tarixli sərəncamla vəzifəsindən azad olunub.

1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb.

Xatıradaq ki, İ.Gülməmmədova 1990-cı ildən indiyənədək Azərbaycanda icra hakimiyyəti başçısı postuna təyin olunan 4 xanımdan biri olub. 1993-2000-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Dilruba Camalova, 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva, 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı Sədaqət Qəhrəmanova, 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Fidumə Hüseynova və sonuncu - 2015-2022-ci ildə Abşeron rayonunun icra başçısı vəzifəsinədə çalışmış İradə Gülməmmədova olub.

7News.Az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay