Gündəm / Şou-biznes
9.12.2021, 01:08
ŞOK! Müğənninin bu cıxışı sosial şəbəkəni BİR-BİRİNƏ QATDI - "Camaatdan pul yığılıb..."
Müğənni Cavanşir Məmmədov müzakirələrə səbəb olan açıqlama verib.
BAKU.WS xəbər verir ki, "Tarixin bir günü" proqramına dəvət olunan sənətçi müğənnilərə yardım etmək üçün pul yığılmalı olduğunu bildirib:
"Müğənnilər üçün bankda hesab açılmalıdır. Məsələn, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün.
Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. 50 qəpik, 1 manat verəndə dünya dağılır?"
Cavanşir Məmmədovun bu sözləri sosial şəbəkələrdə yayılaraq tənqid atəşinə tutulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay