Naxçıvan sakini, 1971-ci il təvəllüdlü Gülnarə (adlar şərti verilib – red.) külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, falçılıqla məşğul olan Gülnarə bir neçə nəfərə qarşı dələduzluq edərək, onların pullarını ələ keçirib.

İttihama görə, Gülnarə tanışı Nərminin ərinin başqa qadınla olan dostluğunu pozacağına, əri ilə münasibətini bərpa edəcəyinə vəd edib. Bu vədlə qadından 9350 manat alıb.

Bundan başqa, o, tanışı Nəzakətin əri Camala da dələduzluq edib. O, ər-arvadı aldadaraq, onların oğlu Elvinin psixoloji və cinsi problemlərini falçılıq yolu ilə sağaldacağına, cadu, tilsim və qara düyünləri sındıracağına vəd verib. Bu niyyətlə onlardan 96000 manat alıb.

İstintaq orqanı tərəfindən Gülnarənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

"Falına baxmadım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülnarə ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, səhhətindən problemlər olduğu üçün 2003-2005-ci illərdə yaşadığı evdə təmizlik işlərini Nərmin görüb:

"Nərmin evimdə işlədiyi dövrdə mənə ərinin başqa qadınla münasibət saxladığını, evə diqqət etmədiyini bildirdi. Bir müddət sonra Nərmin evimdən qızıllarımı oğurladığına görə onunla münasibətimi kəsdim. Lakin polisə şikayət etmədim.

Nərmin qızılları oğurlamadığını deyərək polisə şikayət etməməyim yalvardı. Məni aldadaraq qızıllarımı və pulumu ələ keçirdiyi üçün onun falına baxmadım. Fikrimcə, Nərmin oğurluqla bağlı onu evimdən qovduğum üçün barəmdə yalan ifadə verib”.

"Oğlunun qıza bənzədiyini bildirdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Xırdalan şəhərində qonşu binada yaşayan Nəzakət ona oğlu Elvinin qız-fason olduğunu, cibindən dodaq boyası tapdığını, alt paltarında tez-tez qanabənzər ləkələr olduğunu bildirib:

"Hətta bir dəfə də Nəzakət oğlu Elvinin alt paltarındakı ləkəni gətirərək mənə göstərdi. Onun gecələr evdən getdiyini, bir söz dedikdə isə özünü öldürəcəyini söylədiyini bildirdi. Nəzakət ilə olan münasibətə görə Elvinə öz balam kimi kömək etmək etmək istədim. Nəzakətə İradə adlı bir fala baxan qadın haqqında məlumat verdim.

Öz qardaşım Nadirin uşağı olmadığı üçün həmin fala baxanın yanına getdiyini, İradənin baxıcılığı nəticəsində həkimlərin müalicəsinin düşərli olduğunu və qardaşımın uşağı doğulduğunu bildirdim. İradə həqiqətən güclü fala baxan olub və bu işdə ona Rusiya Federasiyasında yaşayan Sevil adlı bacısı köməklik edib.

Nəzakət məndən onu həmin baxıcının yanına aparmağımı xahiş etdim. İradənin ünvanını bilmədiyimi, lakin maraqlanaraq tapacağımı dedim”.

"Təkbətək qəbul etdi”

Gülnarənin ifadəsinə görə, təxminən bir həftə ərzində Almaniyada yaşayan qardaşı Nadirin həyat yoldaşı İlhamə vasitəsi ilə İradənin ünvanını öyrənib: "Nəzakətlə Yasamal rayonunda bir saat gəzəndən sonra İradə adlı baxıcının evini tapa bildik. İlhamənin adını çəkdik, özümü İradəyə təqdim etdim, Nəzakəti təkbətək qəbul etdi. Mən isə dəhlizdə gözlədim. Təxminən bir saat sonra Nəzakət İradənin yanında çıxdı. Lakin mənə heç nə demədi. Biz tələsdiyimiz üçün tez evə getdik”.

Gülnarə bildirib ki, səhəri gün Nəzakət ona əri Camalın işlədiyi sexdə olan gözətçinin arvadı ilə münasibətinin olduğunu, onları baxıcı İradə vasitəsi ilə ayırmağa 300 manat pul lazım olduğunu deyib: "Əri bilməmək şərti ilə ona 300 manat borc pul verməyimi xahiş etdi. Razılaşaraq həmin pulu Nəzakətə verdim. Birlikdə İradənin yanına getdik. Yenə də Nəzakət İradənin yanına tək girdi. Təxminən 1 saatdan sonra çıxdı.

Çıxandan sonra Nəzakət İradənin necə də düz fala baxdığını, oğlunu sağaldacağını bildirdi. Nəzakət ərini həmin qadından ayırmaq üçün hissə-hissə 1200 manat borc aldı, lotoreya oynayaraq pulları qaytaracağına söz verdi”.

"Ərinin polkovnikin evində işlədiyini dedi”

Təqsirləndirilən şəxs deyib ki, 2017-ci ilin iyulunda oğlu Məlik hərbi xidmətə çağrılıb və Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə düşüb: "Məliki həmin hərbi hissədə saxlatmaq istədim. Bu barədə Nəzakətə dedim. Nəzakət əri Camalın daş işi ilə məşğul olduğunu, bir polkovnikin evində işlədiyini, həmin polkovnikin vasitəçiliyi ilə Məliki həmin xidmət etdiyi hərbi hissədə saxlada biləcəyini, oğlu Elvini də həmin şəxsin əsgərlikdən saxlatdırdığını bildirdi.

Bunun neçəyə başa gələcəyini soruşdum. Nəzakət 4000 manata həll edəcəyini dedi. Nəzakət əvvəl verdiyim 1200 manat borcunu çıxmaqla məndən 2800 manat istədi. Pulu öz evimdə Nəzakətə verdim. Bundan sonra oğlum Məlik həmin hərbi hissədə qalaraq xidmətini davam etdirdi. Bu məsələ ilə bağlı və 4000 manatın verilməsində Camalla heç bir danışığım olmayıb. Sadəcə Nəzakətlə danışaraq razılaşmışıq, pulu da ona vermişəm”.

Gülnarə bildirib ki, sonradan Nəzakət və əri Camalın onu aldatmaları, oğlu idmançı olduğu üçün hərbi hissənin təşəbbüsü ilə orada saxlandığını bilib: "Oğlum əsgərliyə getdikdən təxminən iki ay sonra axşam vaxtlarında yoldaşımın mobil nömrəsinə tanımadığı bir şəxs zəng vurdu. Oğlum Məlikin hərbi hissədə kiminləsə mübahisə edərək dalaşdığını, bunun da hərbi hissədə problemə çevrildiyini, rəhbərliyin gördüyünü bildirdi.

Yoldaşım oğlumun komandiri ilə danışdıqda komandir oğlumun dalaşdığını təsdiq etməsə də, yoldaşımla hirsli danışdı. Bu barədə Nəzakətə dedim.

Nəzakət əri Camalla danışacağını, polkovnikdən məsələnin nə yerdə olduğunu öyrənərək həll edəcəyini dedi. Səhəri gün Nəzakət mənə bunun 10 min manatlıq iş olduğunu, lakin onu 7 minə həll edə biləcəyini dedi. Mən də razılaşdım”.

"Qızını oğluma alacam”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2017-ci ildə dəqiq xatırlamadığı tarixdə 7000 manatı öz evində Nəzakətə verib: "Həmin vaxtı evdə məndən və Nəzakətdən başqa heç kim olmayıb. Pulu verdikdən sonra Nəzakət yaxın vaxtlarda işin həll olunacağını desə də, bir müddət sonra oğlumun komandiri yoldaşıma zəng vuraraq onu hərbi hissəyə çağırdı. Orada yoldaşım oğlumun dalaşdığı digər şəxsin valideynləri ilə üzləşərək üzrxahlıqdan sonra barışdılar. Həmin vaxt komandir yoldaşımdan nəyə görə oğlunun işi ilə maraqlanmadığını soruşdu.

Yoldaşım polkovnik vasitəsi ilə 7000 manat göndərdiyini dedi. Komandir isə bunu inkar edərək heç bir pul verilmədiyini, oğlumun məsələsinin 4000 manata bağlanacağını, əks təqdirdə bu işin prokurorluğa veriləcəyini bildirdi. Dərhal Nəzakətlə danışdım, bu barədə soruşdum. Nəzakət "heç vaxt elə şey ola bilməz, pul verilib, iş bağlanıb” deyə cavab verdi.

Oğlum hərbi xidmətdə olduğundan məcbur qalaraq yenidən 4000 manat komandirə verdik. Bundan sonra oğlumun işi ilə bağlı Camalın heç kimlə danışmadığı müəyyən olundu. Nəzakətin və Camalın məni aldatdığını gördüm. Bu barədə Nəzakətə dedim. Nəzakət "ərimin evini yıxma, sonradan polkovnik ona pislik edər” deyə bildirdi. Ondan pulumu qaytarmasını, heç olmasa hissə-hissə ödəməsini tələb etdim.

Nəzakət də "Camal deyir ki, polkovnikin adını çəkməsinlər, 11000 manatın hamısını özüm qaytaracam” deyə bildirdi. Oğlum əsgərlikdə olduğu üçün bununla əlaqədar heç kimə bir söz demədim. Bir neçə dəfə Nəzakətə qızını oğluma alacağımı dedim. Nəzakətdə də buna razı idi”.

"Dedi ki, bir bandasız”

Gülnarənin sözlərinə görə, 2019-cu ildə qardaşı oğlunun Bakı şəhərində yerləşən şadlıq saraylarının birindəki toyda oğlu Məlik bir qız görüb və onu bəyənib: "Toydan bir neçə gün sonra oğlumun qız bəyənməsini Nəzakətə dedim, elçiliyə necə getməyim barədə danışdım. Bunu dedikdən bir gün sonra Nəzakətə mənə zəng vurdu, yaman qorxduğunu, qızının hamama girərək qapını açmadığını dedi. Nəzakətdən nə baş verdiyini soruşdum. O, mənə acıq verərək "yaxşı-yaxşı, sən elə beləsən, uşağın ürəyi ilə oynamısan, hələ mənə sual verirsən” deyə cavab verdi.

Nəzakətə dedim ki, ayıbdır, oğlum qızınla danışmayıb və adına söz çıxarmayıb, sənin qızın mənim ürəyimcədir, ancaq oğlum istəmir, gərək oğlum istəsin ki, mən də alım.

Həmin vaxt Nəzakətdən zarafatca pulumu istədim. O, illərdi faizə düşdüyünü, pulıarını falçıya verdiyini, borcun içində olduqlarını dedi. Bununla bağlı heç bir məlumatımın olmadığını dedim. Bunu mənə niyə indi dediyini soruşdum. Nəzakət qayıtdı ki, yaxşı bilirsən, bir bandasız, pulumu bir yerdə ələ keçirmişiniz.

Nəzakətə "İradəni tapacam, görək səndən kim pul alıb” dedim. Nəzakət isə "İradəni daşların altından çıxarasan. Onu hardan tapasan” dedi. Bundan sonra Nəzakətlə küsülü olduq”.

"Məni polisə verəcəyini bildirdi”

Gülnarə qeyd edib ki, təxminən iki gün sonra Nəzakəti məhəllədə görüb və onu çağıraraq qardaşı oğlunun toy məclisindən qalan şokaladları şirinlik kimi verib: "Həmin vaxt Nəzakətdən nəyə görə mənə "bandasız” dediyini soruşdum. Nəzakət isə məndən "niyə 11000 manat pulu istəyirsiz?” deyə soruşdu. Nəzakətə neçə ildir ona pul verdiyimi, indi də qaytarmaq lazım olduğunu, oğlum Məliki işə qoymaq istədiyimi, pul lazım olduğunu dedim.

Nəzakət ərini işdən çıxaracaqlarından narahatlıq keçirdiyini dedi. Ona "baldızımın oğlu Adil deyir ki, həmin polkovniki tapacaq və pulları ondan alcaq” deyə bildirdim.

Nəzakət mobil telefonuma zəng vuraraq "mənim 47000 manat pulumu almısan ki, ərimin işlərinin düzəlməsi ilə bağlı fala baxanlara verəsən, lakin bandanızla birlikdə heç nə etməmisiz, Camalın müdiri onu heç saymır” dedi. Nəzakətə ondan hər hansı məbləğdə pul almadığımı dedim. Onun şər-böhtan danışdığını gördüm və evinə getdim. Lakin qapını üzümə açmadılar.

Nəzakətə SMS yazaraq söhbəti aydınlaşdırmaq üçün onu evimə dəvət etdim, sonra da zəng vurdum. Lakin yenə mənə pul verməsində təkid etdi. Ondan pul almadığımı, sadəcə İradə ilə tanış etdiyimi dedim. Buna baxmayaraq yenə məni hədələdi, polisə verəcəyini bildirdi”.

"Pul almamışam”

Gülnarənin sözlərinə həmin vaxt qızı nişanlıymış deyə biabır olmamaq xətrinə Nəzakətə 20000 manat təklif edib, ondan əl çəkməsini xahiş edib: "Lakin həmin pulu evimi satdıqdan sonra verəcəyimi dedim. Nəzakət isə razılaşmadı, məndən 24000 manat istədi. Əvvəlcə buna imkanım çatmadığını dedim. Lakin məni çox hədələdiyi üçün razılaşdım və pulu verdikdən sonra məndən əl çəkməsini xahiş etdim.

Nəzakətlə telefonla danışanda ağladığım üçün oğlum Məlik telefonu götürdü və Nəzakətlə danışdı, ona verəcəyimiz pulumuz olmadığını bildirdi. Sonradan Nəzakətə 24000 manat verməyə razılaşdım. Ancaq o, 24000 manat yox, 36000 manat verilməli olduğumu dedi. Bundan imtina etdim.

Nəzakətə 24000 manat və bir ədəd 1800 manat dəyərində qızıl əşya verəcəyimi dedim. Lakin o mənimlə razılaşmadı. Bundan sonra məlum oldu ki, Nəzakət guya ondan 96000 manat almağım barədə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Abşeron rayon Polis İdarəsinə gədərək izahat verdim. Mən nə Camaldan, nə də Nəzakətdən oğlanları Elvini sağaltmaq məqsədi ilə pul almışam...”

"Fala baxmayacağıma tövbə etdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, 1998-ci ildən 2003-cü ilədək baxıcılıq fəaliyyəti ilə məşğul olub: "Qaynatam bu işin əleyhinə olduğu üçün mütamadi olaraq falçılıqla məşğul ola bilməmişəm. Əsasən qaynatam Novxanı qəsəbəsində yerləşən bağ evinə gedən zaman öz evimdə fala baxmışam. Mis camın içərisinə su tökərək fala baxırdım.

1998-ci ildə üç gün xəstə yatdım, sonra yuxu gördüm və yuxuda fala baxmaqla bağlı mənə vəhy gəldi. Yəni belə bir iş görə biləcəyimi yuxuda gördüm. Bundan sonra fala baxdım.

Evdə olan təzyiqlərə görə 2003-cü ildə bir daha fala baxmayacağıma tövbə etdim. Bundan sonra səhhətimdə problemlər yarandı. Uzun müddət qızdırma içində oldum. Durduğum yerdə evim yandı. Bu çətinliklərə baxmayaraq tövbəmi pozmadım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Camalın sözlərinə görə, 1994-cü il təvəllüdlü Elvin onun oğludur: "2001-ci ildən ailəmlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yataqxanada yaşamışıq. Zəminə adlı qonşumuz bizə qardaşı arvadı Gülnarə ilə tanış etdi, onun vergi verilmiş baxıcı olduğunu bildirdi. Ona görə yoldaşım Nəzakət bir neçə dəfə Gülnarənin yanına fala baxdırmağa getdi”.

"Bu xəstəliyin falçılıqla sağaldacağını bildirdi”

Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin yay aylarında Gülnarə Nəzakətə zəng vurub, oğlu Elvinin düyünü olduğunu bildirib: "Nəzakət bu barədə mənə dedi. Gülnarə ilə danışdım. O, həmin sözləri təsdiq etdi, pul müqabilində düyünü açacağını dedi. Lakin pulum olmadığı üçün bu işə razılıq vermədim.

Həmin ilin payız aylarında Gülnarə oğlum Elvinə zəng vurdu, "sənin valideyinlərin simiclik edirlər, sənin qayğına qalmırlar, sənə cadu ediblər, sənə pis olacaq” deyə bildirdi. Elvin bu barədə bizə dedi. Yenə də Gülnarənin dediklərinə əhəmiyyət vermədik.

Bu müddət ərzində oğlum Elvində psixi cəhətdən gərginləşmə, əsəbləşmə hiss etdik. Bir ata kimi oğlumdan bunun səbəbini soruşdum. Oğlum dedi ki, səbəb pulsuzluq və cinsi zəiflikdir. Elvini dəfələrlə həkim müayinələrindən keçirsək də, həkimlər onda hər hansı bir xəstəlik aşkar etmədilər. Gülnarəyə zəng etdik, oğlumun vəziyyətinin yaxşı olmadığını dedik. Gülnarə bu xəstəliyin falçılıqla sağaldacağını bildirdi və buna zəmanət verdi”.

"Düyünü partladacağı barədə razılığa gəldik”

Zərərçəkmiş deyib ki, aprel ayının əvvələrində Gülnarə ilə telefon danışığında sonuncunun "içəridəki” komanda üzvlərinin vasitəsi ilə, yəni Doda və köməkçisi Svet vasitəsilə oğlunu tam sağaldaraq düyünü partladacağı barədə razılığa gəliblər: "Gülnarə bunun müqabilində yüksək məbləğdə pul istəsə də, son olaraq 18000 manata bu işi görəcəyini və hörmət əlaməti olaraq həmin məbləği hissə-hissə alacağını bildirdi. Gülnarə konkret müddət deməsə də, pulu verməyə başlayandan sonra həmin şəxslərin işə başlayacağını, düyün partlayan zaman bu barədə məlumat verəcəyini dedi.

Gülnarə ilə razılaşdıq, bu işə başlamasını istədik. İlkin olaraq 1000 manat verəcəyimiz barədə razılığa gəldik”.

"Lüt şəkillərini Gülnarəyə göndərdi”

Zərərçəkmiş şəxsin sözlərinə görə, hissə-hissə qeyd olunan pulu Gülnarəyə Nəzakət verib. O bildirib ki, həmin vaxt Gülnarəyə uşağının vəziyyətinin elə də yaxşı olmadığını, amma pulu demək olar ki, tam verdiyini deyib:

"Gülnarə bunu "içəridəkilər”ə yoxlatdıracağını dedi. Səhəri gün Gülnarə zəng edərək "üzü qara olsun sənə cadu eliyənlərin, doğurdan da problem var, həmin şəxslər sakit oturmurlar, yenidən cadular elətdirirlər, uşağı artıq burada qorumaq mümkün deyil, biz əlimizdən gələni etmişik, onu xaricdə qorumaq lazımdı” deyə bildirdi.

Uşağın müxtəlif pozalarda şəkillərinin çəkilərək göndərilməsini istədi. Oğlum lüt şəkillər çəkdirdi, vatsapla Gülnarəyə göndərdi.

Lakin Gülnarə həmin şəkilləri qəbul etmədi, şəkillərin düz çəkilmədiyini bildirdi, nümunə olaraq şəkillər atdı. Evdəkilər həmin şəkillərin Gülnarənin qızının şəkilləri olduğunu bildirdi”.

Camal deyib ki, Gülnarə əlavə pul istəyib: "Bu zaman ona kifayət qədər pul verdiyimizi dedik. Gülnarə isə "bu iş ayrı işdi, bu şəkillər gedəcək xaricə, oradan Elvin qorunacaq” deyə bildirdi. Çarəsizlikdən 42000 manat əlavə ödəniş etməyə razılaşdıq. Hətta Gülnarə dedi ki, burdan baxırıq, qısa vaxt ərzində çoxlu qazancların olacaq, bu pulları ödəyə biləcəksən”.

Zərərçəkmiş daha sonra ifadəsində deyib ki, Gülnarəyə yenə də əlavə pullar veriblər. Ümumilikdə 2016-cı ildən 2018-ci ilədək oğlu Elvini sağaltmaq üçün Gülnarəyə hissə-hissə 96000 manat verib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərminin sözlərinə görə, Gülnarəni təxminən 20 ildən artıqdır tanıyır: "Qonşuluqda olan şəxslər kimi mən də Gülnarəni baxıcı kimi tanımışam. Eşitdiyimə görə Gülnarə içərisində su olan Quran yazılı qab, şam və maqnitli iynələr vasitəsi ilə fala baxıb, insanın keçmişi və gələcəyi barədə sözlər deyib, şər əməlləri təmizləyib”.

"Bu bəladan qurtulmağımı məsləhət bildi”

Zərərçəkmiş qeyd edib ki, 2004-cü ildə onun həyat yoldaşı həbsdən azad olunub: "Ərimin başqa bir qadının yanına gedərək ailəsinə xəyanət etdiyini bildim. Bu məsələ ilə bağlı 2004-cü ilin payız aylarında Gülnarənin yanına getdim, ərimlə olan münasibətini danışdım və fala baxdırdım.

Gülnarə fala baxaraq mənə dedi ki, yoldaşımın gəzdiyi qadın cadu etdirib, yoldaşımı yanıma gəlməyəcək. O, ərimi bu yoldan qaytarmaq üçün cadunu tanıdığı Marusiya adlı yəhudi qadına təmizlətmək lazım olduğunu, guya özünün bu caduya gücünün çatmadığını, bunu etsə ancaq Marusiyanın edə biləcəyini bildirdi.

Gülnarə Marusiya adlı qadınla telefon vasitəsi ilə danışdı və sonra guya Marusiyanın dediklərini mənə dedi. Marusiyanın nəinki üzünü görmədim, heç səsini də eşitmədim.

Həmin vaxt Gülnarə mənə ərimi geri qaytararaq ailəmi qorumaya almaq üçün 7-8 min manat lazım olduğunu bildirdi. Həmin məbləğdə pulumun olmadığını dedim. Gülnarə evdə dəyərli nəyi varsa verib, bu bəladan qurtulmağımı məsləhət bildi”.

Nərmin qeyd edib ki, ailəsini qorumaq üçün evdə olan bahalı əşyaları satıb. Sonra Gülnarəyə qızıl və pul verib. Beləliklə Gülnarə ona 9350 manat ziyan vurub. Zərərçəkmişin sözlərinə görə, illər keçdikdən sonra Gülnarənin onu aldatdığını başa düşüb və şikayət edib. O, Gülnarə tərəfindən ələ keçirilən 9350 manatı, mənəvi zərərə görə 30000 manat istəyib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Gülnarə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gülnarənin Nərminə 9350 manat dəyərində əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə cəza təyin olunmayıb.

Buna səbəb baş verən cinayətin müddətinin keçməsi ilə bağlı olub. Amma onun iddiası qismən təmin olunub. Gülnarədən 1000 manat məbləğində pul tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar verilib.

Bundan başqa, digər zərərçəkmişlərin də iddiası qismən təmin olunub. Hökmdə göstərilib ki, 96000 manat puldan 8000 manat tutularaq zərərçəkmiş ər-arvada ödənilməlidir.


Müəllif: Hacı Zeynalov

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay