Bakıda ŞOK OLAY: Qarabag qazisinin 34 min pulunu "ATDILAR" - Məşhur aktyorun adı HALLANIR










Birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Qarabağ qazisi Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə bu ilin iyun ayının 11-də özünü "AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb.

Ancaq nə biləydi ki, onu qarşıda boşalan cib, təmirsiz mənzil, əsəbi günlər gözləyir: "Həmin müqvilədə onun peçatı oldu. Müqaviləyə əsasən iki ay müddətində ev təmir olunmalı, mən 32 min manat pul ödəməli idim. Qısa müddət ərzində mən mənzilimin təmiri üçün pul ödədim. Ödənilmiş məbləğ bağladığımız müqavilənin arxa səhifəsində onun öz imzası ilə təsdiq olundu”.

İki ay bitir, amma Əli Nuriyevin mənzilinin təmiri bitmək bilmir. Evdə çalışan fəhlələr isə bildirirlər ki, onlara zəhmət haqqı ödənilməyib: "Fəhlələrin etirazından sonra Ruhəddinlə əlaqə saxladıq. Dedi ki, mənim maliyyə problemim olduğundan təmir ləngiyib, fəhlələrə də pul ödəyə bilməmişəm. Bundan sonra hər şey yaxşı olacaq. Avqustun 8-nə təhvil verəcəyini dedi, ayın 26-sı oldu, yenə mənzil təmirsiz qaldı”.

Bundan sonra Ruhaddin Cabarrovun qohumu Telman Fətəliyev adlı şəxs ona zəng edir və deyir ki, təmirin oktyabrın 1-nə qədər başa çadırlmasında yardımçı olacaq. Bunun üçün Telman Fətəliyev Əli Nuriyevdən əlavə olaraq 2600 manat pul istəyir.

Pul ödənir, əlavə müştərək müqavilə bağlanır. Telman Fətəliyev də aldığı pulu müqavilədə qeyd edir. Ancaq bundan sonra nə Telman Fətəliyevə, nə də Ruhəddin Cabbarova zəng çatır.

Əli Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir:

"Sonradan bizə məlum oldu ki, "Az İntekst” MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamını qazanır. 20 nəfər hazırda zərəçəkmiş var mənim kimi. Onlardan elə ailə var ki, 20, 30 həttda 40 min manat ödəyən şəxslər də var. Bizim inanmağımızın əsas səbəbi isə "Az İntekst” MMC-nin şəriklərindən birinin aktyor Fərda Xudaverdiyev olmasıdır”.

Zərərçəkmiş vətəndaşlardan biri də Tural Xəlilzadədir. Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayında eyniadlı şirkətə mənzil təmiri üçün ödəniş edib:

"Bizim mənzil Xətai rayon, Nargilə dairəsində yerləşir. Qardaşımındır. 3 otaqlı mənzildir . Müqaviləyə əsasən 44.100 manat məbləğində "Az İntekst” MMC-yə pul ödəməli idik, ilk olaraq məbləğin 50 faizini nağd ödəmişik. Təxminən iki ay müddətində guya təmir edirlərmiş kimi bir az əl gəzdirilib. İndi dayandığımız mənzildən belə betər vəziyyətə salıblar. Bu müddət ərzində bizi ofisə dəvət etdilər, dedilər ki 10 min manat da əlavə ödəniş edin. Ödənişin bütün qəbzləri qalır. Ümumilikdə 32 min manat pul ödənilib. Bizimlə müqaviləni isə "FƏRDA” Dizayn MMC ilə bağlayıb. 32 min manatı da məhz həmin şirkətə ödəmişik”.

Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmadı. Daha sonra adı dələduzluqda hallanan hər iki şəxsin vəkilləri ilə əlaqə saxladıq. Ancaq onlar da hazırda həmin şəxslərə hüquqi xidmət göstərmədiklərini dedilər.

"Az İntekst” MMC-nin rəhbəri olmuş Məhəmməd Musazadə isə bu işlərlə heç bir əlaqəsi olmadığını bildirdi: "Az İntekst” MMC-nin bu fəaliyyəti ilə bağlı zərərçəkənlər haqlı olaraq məni axtarıb tapandan sonra məlumatım oldu. Məsələ ondan ibarətdir ki, mən "Az İntekst” MMC-ni qurduqdan sonra Ruhəddin Cabbarov direktor vəzifəsində çalışıb. Amma işlərinin öhdəsindən gəlmədiyindən əməkdaşlığımıza xitam verildi. MMC-nin möhürünü ondan tələb etdikdən sonra mənə möhürün itdiyini dedi. Mən də zərəçəkənlərə dəymiş zərərin ödənilməsini istəyirəm”.

Aktyor Fərda Xudaverdiyev isə ittihamlara belə cavab verdi: "Mənim şəxs olaraq heç bir tikinti və yaxud təmir şirkətim yoxdur. Təmir şirkəti axtarırdım. "İnstagram”da təsadüf nəticəsində tanış olduq. Beləliklə razılaşdıq ki, onlar təmir etsinlər, əvəzində isə biz reklam edək və adımdan istifadə etsinlər. Bizə dəstək olun dedilər, rəqabət çoxdur. Biz də insan olaraq sadəcə dəstək olduq. O da bax, belə... Axırı dələduzluğa keçdi. Çox təəssüf hissi ilə qeyd edirəm bunu. Çox istəyirəm ki, o adamı tutulandan sonra görüm. Zərəçəkmiş insanlar mənim özümə də müraciət ediblər və təəssüflə bildirmişəm ki, mənim də adım hallanıb bu işdə. Onlara da demişəm ki, hüquq mühafizə orqanlarına müraciət etsinlər”.

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır.

Tərəflərin izahatları alınandan və zəruri istintaq hərəkətləri ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.

///Oxu.az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay