Sözün düzü, bu ölkədə hər cürə tender barədə eşitmişdik, amma beləsinə rast gəlməmişdik.
Məlumdur ki, hər hansı bir layihəni həyata keçirmək üçün tender keçirilir, tenderdə ən azı 2 şirkət iştirak etməlidir ki, qalib onlardan biri olsun.
Digər tərəfdən tenderdə iştirak edən şirkətlər həmin sahə üzrə iş təcrübəsinə malik olmalıdır.
Amma bizdə tenderdən 10 gün qabaq 2-3 saxta şirkət qeydiyyatdan keçirirlər və onlardan birini Allah qoymasa qalib edirlər.
Bir soruşan olmur ki, dünən qeydiyyatdan keçən şirkətin hansı iş təcrübəsinə əsaslanıb onu qalib elan etdiniz ?
Bir sözlə, tender məsələsində kimin əli kimin cibindən çıxır bəlli deyil.
Əslində bəllidir, əlbəttə tenderi keçirən qurum öz qohum-əqrəbasının adına yalançı şirkətlər qeydiyyatdan keçirib, dövlətin ayırdığı milyonları mənimsəyirlər.
Bu biabırçılıqlar hamıya bəllidir.
Amma indi haqqında bəhs edəcəyimiz TENDERİN DÜNYADA ANALOQU OLMAYIB.
Əbəs yerə yazının başlığında TOYDAN SONRA NAĞARA yazmadıq.
Belə ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimovun rəhbər olduğu qurumun tabeliyində olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Bu barədə biraz sonra.
Məlumat üçün qeyd edək ki, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovadır.
Bu xanım direktor uzun müddət KTN və Baytarlıq sistemində yüksək vəzifələrdə çalışıb.
Xeyli müddət Baytarlıq Dövlət Nəzarət Xidmətinin rəisi olub. Sonra korrupsiya əməlləri ilə bağlı vəzifədən qovulub. Amma hansısa sirrli əl onu yenidən Sumqayıtda vəzifəyə gətirib. Bəli, Sialə Rüstəmova bir müddət Sumqayıt Baytarlıq İdarəsinin müdiri olub. Sonra yenə qanunsuz əməlləri ilə bağlı oradan da qovulub.
Və bir müddət sonra Qoşqar Təhməzlinin yanında peyda olub. Yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində vəzifə daşıyıb.
Sonra Qoşqar Təhməzli ilə aralarında baş verən “soyuq” münasibətdən sonra Sialə Rüstəmova AQTA-dan da qovulub.
Amma, sirrli əl bu xanımı yenidən vəzifəyə gətirib.
Bu dəfə Sialə Rüstəmova İnam Kərimovun etimadını qazanaraq Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru olub.
İndi isə görək, xanım Rüstəmova cənab nazir İnam Kərimovun sayəsində necə tender keçirib.
Deməli, Baytarlıq Elmi-Tədqiqat institutunun 120 illik yubileyinin qeyd olunması üçün keçiriləcək Beynəlxalq Konfransı təşkil etmək üçün 42 min 478 manat 50 qəpik vəsait ayrılıb.
Birincisi, adi yubileyi keçirmək üçün 50 min manat civarında vəsait nəyə lazımdır ?
İkincisi, tenderin qalibi olan “Raveller Az Company” MMC (VÖEN- 1604549501) tender elanından 10 gün qabaq qeydiyyatdan keçib. Bütün Azərbaycanda olduğu kimi. Amma ən dəhşətlisi odur ki, qurumun rəsmi saytında Bakıda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileyinə həsr olunan konfransın noyabr ayının 25-i və 26-sı tarixlərində keçirildiyi qeyd olunub. Lakin, dövlət satınalmaları üzrə vahid portalda tender müsabiqəsinin icrasına dekabr ayının 15-də başlanılacağı göstərilib.
İndi aydın oldumu toydan sonra nağara nədir ?
Deməli, tədbir NOYABRIN 25-DƏ KEÇİRİLİB, yəni TOY QURTARIB...
Allah qoymasa DEKABRIN 15-DƏ İSƏ TENDER KEÇİRİLİB..
Görəsən, tədbir 20 gün əvvəl bitib qurtarıbsa, Sialə Rüstəmova və İnam Kərimov bu tenderi nə üçün keçirirdi ?
Qoy bu məsələyə cənab nazir aydınlıq gətirsin.

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay