Gədəbəy rayonunda 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev 1934-cü il təvəllüdlü bibisi qızı Səkinə Həsənovaya əzab verib.

Ötən il mayın 31-də rayon sakini, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir himayəsində yaşayan və ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlayıb, ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Qəzənfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 145.2.5-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qəzənfər elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Səkinə doğma bibisi Pərinin qızı, eləcə də arvadı Pürzəninin anası Nazangülün xalası qızıdır:

“Səkinə 1934-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində doğulub. Səkinənin Bahar və Sayalı adlı iki bacısı, Sahib adlı bir qardaşı olub. Sahib 3 və ya 4 yaşında Ardanış kəndində ölüb. Səkinə hələ Ardanış kəndində yaşadığı dövrdə bir nəfərlə evlənib. Bu nikahdan onun qızı olub. Bir müddət sonra qızı öldüyü üçün ərindən boşanıb və bundan sonra ailə həyatı qurmayıb.

Səkinənin bacısı Bahar isə ümumiyyətlə, heç vaxt ailə həyatı qurmayıb. 1988-1989-cu il hadisələri zamanı Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1991-ci ildə bacısı Bahar ölüb, Səkinə isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşayıb: “1992 və ya 1993-cü ildə Sayalı bacısı Səkinəni Gədəbəy rayonu, Novoivanovka kəndinə gətirərək öz evində saxlayıb. Səkinə gününü küçələrdə keçirib, yollardan boş butulka, zibil yığıb, geyiminə fikir verməyib. Bir sözlə tüfeyli həyat tərzi keçirib.

Sayalı belə hərəkətlərinə görə Səkinəni tez-tez evindən qovurdu. O, küçələrdə qalırdı. Sonra Səkinəni arvadım Pürzənin mərhum anası Nazangül evinə apardı, bir müddət yanında saxladı. Nazangül təxminən 4 il bundan əvvəl öldü. Bundan sonra Sayalı Səkinəni öz evinə apardı. Lakin Sayalı ona baxmadı. Səkinə yenə də küçələrdə qaldı. Sayalı öldükdən sonra isə Səkinəyə baxan olmadı”.

Qəzənfər deyib ki, 2018-ci ilin payız fəslində Səkinənin üzünü, başının yaralı vəziyyətdə olduğunu görüb: “Ondan nə baş verdiyini soruşdum. Səkinə Sahibin onu döydüyünü, pul kisəsini və kəmərini əlindən aldığını dedi. Səkinə təqaüd kartından çıxartdığı pulları kisəyə yığıb, kisədə puldan başqa Səkinənin bel kəməri də olub. Həmin kəmər qiymətli materialdan olmayıb, üzərinə köhnə pullar düzülüb. Amma kəmər qədimi olub. Sahibin əsl adı Elmardır və 2-ci Qarabağ müharibəsində şəhid olub.

Səkinənin döyüldüyünü görən polisə şikayət etdim. Bu məsələ polisdə araşdırıldı və elə araşdırma gedişində Səkinəni öz himayəmə götürdüm, yaşadığım evə apardım və həmin gündən etibarən Səkinə bizimlə bir evdə yaşamağa başladı. Həmin günə qədər Səkinənin təqaüd kartı məndə olmayıb, eyni zamanda həmin günə qədər Səkinə bir gün də mənim evimdə qalmayıb.

Advertisement

Səkinə evimdə qalan vaxtı öz təqaüd kartını mənə verdi. Onu himayəmə götürsəm də, bununla bağlı rəsmi sənədim olmayıb. Səkinə bizimlə bir evdə, bir otaqda yaşamağa başladı. Buna baxmayaraq yenə də gün ərzində Novoivanovka kəndində küçələri gəzir, yerdən tapdığı zir-zibili, boş butulkaları kisəyə doldurur, evimə gətirirdi. Dəfələrlə ona küçələrdən yığışmağı tapşırsam da, Səkinə mənim eşitmədi.

Səkinənin hərəkətləri bununla da bitmədi, nəzarətsiz qalan kimi evdən qaçdı, kiminsə taxıl sahəsini məhv etdi. Buna görə də taxıl sahəsinin sahibləri mənə və arvadıma iradlarını bildirdilər.

Səkinənin anadangəlmə bir gözü kor, digər gözünün isə görmə qabiliyyəti zəifdir. Kiminsə Səkinəni avtomobillə vuraraq öldürəcəyindən ehtiyat etdik. Kənd camaatı da Səkinə küçələrdə nəzarətsiz qaldığına görə mənə və Pürzəyə dəfələrlə irad bildirdilər. Özüm Səkinəni bir neçə dəfə döydüm ki, küçələrdən evə yığışsın, kiminsə tarlasını məhv etməsin. Bütün bunlara baxmayaraq Səkinə məni yenə eşitmədi, nəzarətsiz qalan kimi küçələrdə gəzişdi”.

Qəzənfərin ifadəsinə görə, 31 may 2021-ci ildə səhər saat 11-12 radələrində Səkinənin yaxınlıqda yerləşən mərhum qardaşı Cəfər Hacıyevə məxsus taxıl sahəsinə girərək taxılı əzdiyini görüb: “Ona taxıl sahəsindən çıxmasını söyləsəm də, sözümə baxmadı. Həmin yerə gedəndə gördüm ki, Səkinə taxılın orta hissəsini tapdalayaraq əzib. Əsəbləşərək Səkinəni oradaca döydüm. Bir daha taxıl zəmisinə girməməsi üçün onu yerlə sürüyərək mərhum qardaşım Cəfərə məxsus tövləyə saldım, qapısını bağladım. Bir müddət sonra qapını açaraq onun əlindən tutdum, yaşadığım evə apardım. Bundan başqa heç vaxt Səkinəni tövləyə salaraq saxlamamışam”.

Qəzənfər qeyd edib ki, iyunun 2-də Nəzakətin bacısı oğulları Rəvan və Məhərrəm Səkinənin tövlədə saxlanılması videosunu çəkib internetdə yaydıqlarını eşidib: “Onlar videonu yayaraq bizi biabır etdilər. Səkinə sözə qulaq asmadığı, qonşunun tarlasına girərək məhv etdiyi üçün onu tövləyə salmışam, qapısını bağlamışam. Bir dəfə də olsun Pürzənin yanında Səkinəni döyməmişəm. Pürzə də mənim yanımda Səkinəni döyməyib.

Səkinəni elə də möhkəm vurmamışam. Vuranda ya başına, ya ayağına, ya kürəyinə, ya da əlinə astaca vurmuşam ki, bir də sözümdən çıxmasın”.

Qəzənfərin ifadəsinə görə, sonuncu dəfə Səkinəni 31 may 2021-ci ildə döyüb: “Səkinə çöllərdə qalanda gedərək yolun qırağından ot, alaf yeyib. Qıraqdan baxanlar elə biliblər ki, Səkinəyə yemək vermirik. Mən və arvadım Pürzə bir gün də olsun Səkinəni ac qoymamışıq. Yəqin bədənindəki xəsarətləri Səkinə yıxılarkən alıb. Səkinənin tövlədə əlləri və qollarını nə mən, nə də arvadım bağlamayıb”.

Qəzənfər deyib ki, 2018-ci ilin oktyabrından 2021-ci ilin mayın sonunadək Səkinənin təqaüd kartı onda olub: “Həmin dövr ərzində Səkinənin təqaüd kartından çıxardığım pulları özünə xərcləmişəm. Videogörüntüdə 27 may 2021-ci ildə Səkinəni sürüyərək tövlənin qarşısına gətirib döyən mənəm. Səkinə həmin gün yolun ortasında dayandığı üçün onu sürüyərək kənəra gətirdim, başına da bir şillə vurdum ki, bir də maşın yoluna çıxmasın.

Təqdim olunan növbəti videogörüntüdə 28 may 2021-ci ildə Səkinəni tövləyə apararaq salan mənəm. Tövlənin qapısını açaraq içəri daxil olan və Səkinəni çölə çıxaran da özüməm”.

Təqsirləndirilən şəxs yayılan video görüntülərdə Səkinəni döyməsini etiraf edib. O, əməlinə görə peşman olduğunu söyləyib.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Qəzənfər 3 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay