Bakının Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Bəylər şəxsi münasibətlər zəminində sevgilisi Validəni (adlar şərti verilib - red.) döyüb.

Hadisə ötən il noyabrın 16-da gecə saat 00.10-da baş verib. Bəylər mübahisə zamanı Validəni döyərək ona xəsarət yetirib.

İstintaq orqanı Bəylərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəylər özünü təqsirli bilib. O qeyd edib ki, 2017-cı ildən "Boss" klubunda qəlyançı işləyib:

"Lakin pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan müvəqqəti işsiz qalmışam. Klubda işləyən zaman orada barmen kimi çalışan Validə ilə tanış olduq, bır müddət sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 15-də axşam saatlarında Validənin işlədiyi "Boss" klubuna gəlib:

"Küsdüyüm Validə ilə barışmaq istədim. O, barışmaq istəmədiyini, başqa şəxslə danışdığını bildirdi. Klubu tərk etdim. Validənin gecə saat 12.00-da klub bağlandıqdan sonra evə gedəcəyini bildiyim uçun kənarda dayanıb onu gözlədim".

Bəylər bildirib ki, noyabrın 16-da, gecə saat 00.10-da Validə işdən çıxıb və evə gedən zaman Bülbül prospektində yerləşən "Bravo" marketin qarşısında ona yaxınlaşıb:

"Validəyə söhbət edərək nə istədiyimi bildirdim. Etiraz edən zaman onun qolundan tutdum, marketın yanında heç kimin olmadığı qaranlıq hissəyə çəkdim. Ondan üzr istədim, onu sevdiyimi, barışmaq istədiyimi dedim.

Buna baxmayaraq, məni təhqir etdi, oradan getmək istədiyi üçün bir anlıq əsəbiləşdiyimdən onun baş və sağ qolundan yumruqla zərbə vurdum. Validə yıxılaraq ağladığı üçün peşman oldum, oradan uzaqlaşdım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Validənin sözlərinə görə, 4 il əvvəl barmen işlədiyi "Boss" klubunda qəlyançı olan Bəylərlə tanış olub:

"Bır müddət danışdıqdan sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq. 2021-ci ilin oktyabrın sonunda Bəylər mənə xəyanət etdiyi üçün onunla münasibətim pozuldu və ayrıldıq. Pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan Bəylər işsiz qaldı və ara-sıra kluba gəlib-gedirdi".

Zərərçəkmiş şəxs qeyd edib ki, noyabrın 15-də gecə saatlarında işdə olan zaman Bəylər kluba gəlib və ona yaxınlaşaraq barışmaq istədiyini bildirib:

"Buna etiraz etdim, başqa şəxslə münasibət qurduğumu söylədim. Bəylər klubdan getdi. Gecə klub bağlananda təhvil-təslim etdim, getmək üçün klubdan çıxdım. Kirayə yaşadığım evə gedən zaman Bülbül prospektində yerləşən "Bravo" marketin yanında Bəylər qarşıma keçdi. Dərhal qolumu tutaraq məni heç kimin olmadığı qaranlıq tinə çəkdi, mübahisə etməyə başladı.

Mənə bildirdi ki, heç bir zaman, kiminləsə münasibət qurmağıma imkan verməyəcək. Onun sözlərinə məhəl qoymadım. Oradan getmək istəyən zaman Bəylər sağ qolumdan və başımdan yumruqla zərbə vurdu, saçımı yoldu. Yıxılaraq ağladım, Bələr isə oradan uzaqlaşdı".

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.

Bəylər 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib. (teleqraf.com)

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay