Məktəbli qıza əxlaqsız təklif edən 61 yaşlı müdirdən ŞOK XƏBƏR - Utanıb yerə girmək əvəzinə...
Xızıda 11 yaşlı məktəbli qıza qarşı əxlaqsız və seksual hərəkətlər etməkdə təqsirli bilinən 61 yaşlı Xıdır Almuradov məhkəməyə apellasiya şikayəti verib.
Qaynar.media Gundem.az-a istinadən xəbər verir ki, onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baxılacaq
İş üzrə məhkəmə baxış iclası fevralın 8-nə təyin olunub.
Xatırladaq ki, hadisə Xızı rayonunun kənd məktəblərinin birində qeydə alınıb. Arvadının yerinə məktəbdə təsərrüfat müdiri işləyən Xıdır Almuradov məktəbli qızı təklikdə bir neçə dəfə otağına çağıraraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Ailə bundan təsadüfən xəbər tutub. 6-cı sinifdə oxuyan uşağın valideynləri dərhal Təhsil və Daxili İşlər Nazirliklərinə müraciət edib. Hər iki qurum atanın şikayətinə dərhal reaksiya verib.
Təhsil Nazirliyi məktəbdə araşdırma aparıb və arvadının yerinə təsərrüfat müdiri işləyən kişi təhsil ocağından uzaqlaşdırılıb. Məktəb direktoru isə əmək intizamını və qanunu pozduğu üçün işdən azad edilib.
Daxili İşlər Nazirliyi şikayəti araşdırmaq üçün Xızı rayon polis şöbəsinə göndərib. Rayon prokurorunun qərarı ilə Xızı polis şöbəsində CM-nin 153.2 (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə ) maddəsi ilə cinayət işi açılıb. Özündən 50 yaş kiçik, nəvəsi yaşda olan qıza nalayiq hərəkətlər etmiş Xıdır Almuradov isə şübhəli şəxs qismində saxlanılıb. Ölkə.Az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay