Ağcabədi: Aqrar inkişaf möhkəm təməl üzərindədir

Son illər Ağcabədi rayonda geniş vüsət alan tikinti-quruculuq və abadlıq işləri, inkişaf və irəliləyiş dinamikası uğurla davam etdirilir. İndi qədim tarixə malik Ağcabədi şəhəri öz görkəmini dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Burada qısa müddət ərzində müxtəlif görkəmli binalar tikilmiş, park və xiyabanlar salınmışdır. Küçə və səkilər yüksək zövq və müasir üslubda genişləndirilmiş, yeni yaşıllıq zolaqları yaradılmış, çoxlu ağac və gül kolları əkilmişdir. O da fərəhlidir ki, inkişaf və yüksəliş təkcə rayon mərkəzini əhatə etmir. Tikinti-quruculuq və abadlıq tədbirləri rayonun bütün yaşayış məntəqələrində aparılır.

Ağcabədi tarixən respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bərəkətli Qarabağ torpaqları, bol su, əlverişli iqlim şəraiti, ən əsası isə buranın işgüzar, halal və təşəbbüskar insanları kənd təsərrüfatının müxtəlif sahələrini sürətlə inkişaf etdirməyə imkan verir. Təsadüfi deyildir ki, rayonda əsas diqqət kənd təsərrüfatı işlərinin gedişinə, əldə edilmiş konkret nəticələrə yönəldilib.

Məlumdur ki, ölkəmizin əsas taxılçılıq rayonlarından biri də Ağcabədidir. Rayonda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Ağcabədi respublikamızın 100 min tondan çox taxıl istehsal edilən rayonları sırasındadır. Ağcabədi taxılçıları bu il də yüksək məhsuldarlığa nail olublar. Rayon Statistika İdarəsindən verilən məlumata görə, zəmilərdən 113 min 814 ton məhsul, o cümlədən 80 min 701 ton buğda, 33 min 113 ton arpa tədarük edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 40,4 sentner, o cümlədən buğda sahələrində 41,1 sentner, arpa sahələrində isə 38,8 sentnerdir.
Ağcabədi: Aqrar inkişaf möhkəm təməl üzərindədir
Ölkənin taxıl məhsulları ilə təminatında özəl iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür. Rayonda “Ağcabədi taxıl Aqropark”, “Əkinçi-BO” fermer təsərrüfatı, “MKT İstehsalat Kommersiya” MMC-nin innovasiya filialı, “Qarabağ Taxıl” MMC kimi müasir təsərrüfatlar fəaliyyət göstərir. Bu təsərrüfatlarda müasir suvarma sistemlərindən, o cümlədən pivotaltı suvarmadan istifadə etməklə yüksək məhsul əldə edilir. Müasir suvarma sistemləri qurulan sahələrdə suvarma suyuna qənaət olunur ki, bu da daha çox əkin sahəsinin suvarma suyuna olan tələbatının ödənilməsi deməkdir. Müasir suvarma üsullarının tətbiq edildiyi sahələrdə suvarma normalarına ciddi əməl olunması nəticəsində torpaqdan qida maddələrinin yuyulmasının qarşısını alınır, torpağın münbitliyi əhəmiyyətli dərəcədə artır və torpaq təkrarən şorlaşmaya məruz qalmır.

İri taxılçılıq təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi nəticəsində yüksək məhsuldarlığa nail olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Taxıl istehsalının artırılmasında taxıl toxumçuluğunun inkişafı da böyük əhəmiyyət daşıyır. Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə hazırda Dövlət Toxum Fondunun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir ki, onlardan biri də Ağcabədidədir. 1 hektar ərazidə salınan müəssisədə inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Zavodun emal gücü saatda 5 tondur. Zavodda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98,5 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Zavodda həm iri şirkətlərin, həm də fermer və sahibkarların istehsal etdikləri toxumlar emal edilir. Buradakı silolarda dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı təhlükəsiz saxlanılır.

Ağcabədi rayonunun taxılçıları dövlətin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyaların tətbiqi ilə hər hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar. Belə ki, 2014-cü illə müqayisədə taxıl istehsalı 29 min 187 ton, hər hektarın məhsuldarlığı isə 4,6 sentner çoxdur. Rayonda yeni taxılçılıq təsərrüfatlarının yaradılması, innovativ texnologiyaların tətbiqi növbəti illərdə taxıl istehsalının daha da artacağına əsas verir.

Rayonda son illər pambıqçılığın inkişafı prioritet məsələ kimi qarşıya qoyulub. Bu istiqamətdə görülən işlər ürəkacandır. Belə ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Kecən təsərrüfat ilində respublikanın pambıqçılıq rayonları arasında ən çox pambıq Ağcabədidə istehsal edilib. "Ag qızıl" ustaları 2022-ci təsərrüfat ilində 11 min 838,58 hektar sahədə çiyid səpini aparılıb, sahələrdən 40 min 362,43 ton məhsul toplayıb. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3,7 sentner çoxdur. Rayonun Ağabəyli, Cəfərbəyli, Hacıbədəlli, Qaravəlli, Xocavənd, Təzəkənd, Kürdlər, Şahsevən, Şahsevən-Təzəkənd və Kəbirli kəndlərində hər hektar sahədən orta hesabla 40 sentner və daha çox məhsul əldə olunub.
Ağcabədi: Aqrar inkişaf möhkəm təməl üzərindədir
Bu mövsümdə də Ağcabədi kəndlisinin çəkdiyi zəhmət, axıtdığı alın təri hədər getməyib. Göz işlədikcə uzanan pambıq tarlaları başdan-başa ağ örpəyə bürünüb. Xoş güzəran mənbəyinə çevrilən pambığı tez və itkisiz yığıb tədarük etmək üçün rayonda bütün qüvvələr səfərbərdir.

Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrdən olan pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələri Ağcabədidə də real nəticələrini verib. Dövlətin davamlı qayğısı torpaq mülkiyyətçilərinin pambıqçılığa marağını artırıb. Nəticədə pambıq əkini sahələri ildən-ilə genişlənir, məhsul istehsalı artır. Qazanılmış yüksək nailiyyət arxayınlıq yaratmır. Becərmə dövründə aqrotexniki qaydaların keyfiyyətlə yerinə yetirilməsinin məntiqi nəticəsidir ki, tarlalar bol məhsuldan xəbər verir. Hazırda rayonda pambıq yıgımı sürətlə davam etdirilir.

Cari ildə rayonda 4392.4 hektarında “MKT-İK” MMC, 3770 hektarında “Azərpambıq” MMC, 2400 hektarında “P-Agro” MMC, 169.58 hektarında “Aztəsərrüfat” MMC, 690,7 hektarında “Cotton Trade” MMC, 70 hektarında isə “AŞİB” MMC ilə müqavilə əsasında olmaqla 11492.7 hektar sahədə pambıq becərilib.

Məhsulun tez və itkisiz yığımını təşkil etmək məqsədilə pambıqyığanlar və daşıyıcı lafetlər hazır vəziyyətə gətirilib. Fermerlər yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirləri həyata keçiriblər. Onlar bu mövsümdə də yüksək məhsul istehsal etmək əzmindədirlər.

Ağcabədi rayonunda əkinlərin suvarılması üçün mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr suvarma kanalından istifadə olunur. Əkinlərin su təminatının yaxşılaşdırılması, su itkisinin qarşısının alınması üçün kanallarda vaxtaşırı təmir işləri aparılır, torpaq məcralı kanallar beton üzlüyə alınır.

Bu günlərdə mənbəyini Yuxarı Qarabağ kanalından götürən torpaq məcralı R-15 kanalının beton üzlüyə alınması işləri yekunlaşıb. Uzunluğu 9 kilometr olan həmin kanal vasitəsilə Təzəkənd, Hüsülü, Hacıbədəlli və Pərioğullar kəndləri ərazisindəki 1200 hektar əkin sahənin suvarılması daha da yaxşılaşacaq. Bununla yanaşı suvarmanın mütəşəkkil aparılması və su itkisinin qarşısının alınması məqsədilə rayon ərazisindəki kanallarda lildən təmizləmə işləri də həyata keçirilir.
Ağcabədi: Aqrar inkişaf möhkəm təməl üzərindədir
Ağcabədi rayonunda əkinlərin suvarılmasında 1026 ədəd subartezian quyusundan da istifadə edilir. Bu il 29 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bundan başqa, istismar müddətini başa vurmuş və su sərfi azalmış 25 ədəd subartezian quyusunun təmir-bərpa işləri həyata keçirilir. Həmin quyulardan 12-si bərpa olunub. 13-cü isə bu ilin sonuna qədər bərpa olunaraq istifadəyə veriləcək.

... Bu gün Ağcabədidə işlərin ən qızğın dövrüdür. Əsas sahələrdə məhsul yığılır. Bəzi sahələr üzrə yekun nəticələr məlumdur. Kənd təsərrüfatı işçiləri, xüsusilə, əkinçilər dövlətin yaratdığı şəraitdən ustalıqla istifadə etməyə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Deməli, ilin uğurla başa çatdırılması üçün yaxşı zəmin vardır. Rayon rəhbərliyi, xüsusilə icra hakimiyyətinin başçısı Rafil Hüseynov sahibkarlara inanır və onların fəaliyyətinə hər cür dəstək verir. Başlıca vəzifə görülmüş işləri uğurla davam etdirməkdən ibarətdir. Sahibkarların dövlət yardımından vaxtında bəhrələnmələrinə, xüsusilə gübrələrin ən yaxşı aqrotexniki müddətdə yerlərə çatdırılmasına nəzarət gücləndirilməlidir. Elmi-texniki yeniliklər daha geniş şəkildə öyrənilməli və istehsalata inamla tətbiq olunmalıdır.

Son illər Ağcabədinin tarixində yeni intibah dövrü kimi xarakterizə olunur. İcra başçısı Rafil Hüseynovun rəhbərliyi ilə az vaxtda həqiqətən çox işlər görülmüşdür. Ağcabədi əsaslı şəkildə yenidən qurulub. Uzun illər ərzində yığılıb qalmış bir çox problemlər öz həllini tapmışdır. Hazırda cari ilin əvvəlindən müəyyənləşdirilmiş görüləcək işlərin tamamlanması ücün bütün qüvvələr bu istiqamətdə səfərbərliyə alınmışdır. Əsas diqqət çatışmazlıqların aradan qaldırılmasına, əmək ehtiyatlarından, maliyyə mənbələrindən təyinatı üzrə, peşəkarlıqla istifadə olunmasına yönəldilmişdir.


Baloglan MİRZƏLİ,
Qaynar.media

Son xəbərlər

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

CÜTLÜK CİNAYƏTKAR

Qazax İcra Başçının Müavini Məmməd Aliyevin Bacısı Oğlu Həm Bələdiyyə Sədri, Həmdə Xəstəxanada Işləyir? – ARAŞDIRMA

Məşhur baş həkim işdən çıxarıldı, vəzifəsi kiçildi

Kimlərinsə "milcəkdən fil düzəltmək eşqi" və ya əslində Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramova kimdir

Afiyəddin Leysanovdan növbəti ŞİKAYƏT – Vətəndaş Vilayət Eyvazovdan kömək istəyir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay