Ermənistandan maraqlı xəbərlər gəlir. Qaynar.media xəbər verir ki, son məlumatlara görə, İrəvan hökuməti Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinin bir çox kəndlərinin maliyyələşdirilməsini dayandırıb.

Ermənistanda nəşr olunan "Hraparak” və "Fakt” qəzetlərinin yaydığı məlumata görə, söhbət Şurnuxu, Vorotan, Bərdzirəvan, Teq və daha bir neçə kənddən gedir. Onların iddiasına görə, baş nazirin müavini Tiqran Avinyanın rəhbərliyi altında bölgədə yaşayan əhaliyə kompensasiya ödənilərək, onları kəndləri boşaltmağa hazırlaşırlar.

Qeyd edək ki, Ermənistan hökuməti iki gün öncə sözügedən kəndlərdə yaşayan ermənilərin bir hissəsinin yeni mənzil və evlə təmin etmək məqsədi ilə 6.5 milyon dollar pul ayırıb. Rəsmi məlumatlarda bu pulun müharibədən sonra evlərini itirmiş ermənilərin mənzillə təmin olunması məqsədi ilə ayrıldığı qeyd olunur. Lakin yerli media və əhali prosesin evlərini itirmiş əhali ilə kifayətlənmədiyini, əksinə, bütün əhaliylə bağlı olduğunu bildirir.

Vəziyyətin belə bir şəkil almasının bir neçə səbəbi olduğu deyilir. İddialardan biri budur ki, baş nazir Nikol Paşinyan Azərbaycanla anlaşma əldə edərək, Sünikin bir hissəsinə azərbaycanlıların yerləşdirilməsi prosesinə razılıq verib. O səbəbdən də həmin kəndlərin sakinlərinin çıxarılması və başqa yerdə evlə təmin edilməsinə başlanılıb.

İkinci iddia isə budur ki, Bakı Qafan-Gorus yolunun nəzarətimizdə olan 21 km-lik hissəsində erməni maşınlarının gediş-gəlişinə qadağa qoyub. Nəticədə, Şurnuxu, Vorotan, Bərdzirəvan, Teq və daha bir neçə kənd blokadaya düşüb. Orada yaşamaq belə mümkün deyil. Həmin kəndlərin əhalisinin İrəvan və ya Gorus-Qafana çıxması üçün isə Tatev yoluna çıxması lazımdır ki, bu da əlavə olaraq 35-40 km-lik, dağların arasından keçən yeni yolun çəkilməsi deməkdir. Həmin yolun çəkilməsi isə yüz milyon dollara yaxın vəsait tələb edir. Digər tərəfdən, bu kəndlərdə yaşayan əhalinin nə əkin sahələri qalıb, nə də heyvandarlığı inkişaf etdirmək imkanları yoxdur. Dövlət sərhəddimiz bərpa ediləndən sonra orada yaşayan ermənilərin turzim imkanları da əllərindən çıxıb. Vəziyyət o həddədir ki, bu kəndlərə çörək Gorusdan gəlir ki, bu təxminən 65 km-lik yol qət etmək deməkdir.

Ortada üçüncü bir iddia daha var. "Hraparak” qəzeti yazır: "Təkzibedilməz məlumatlara görə, Sünikdə azərbaycanlılar və türklər üçün üçüncü ölkə vətəndaşları və təşkilatları adından torpaqlar alırlar. Bütövlükdə Sünik ermənilərinin qansız-qadasız çıxarılmasının düşmənçilik proqramı başlayıb və bu proses sürətlə yaxın bir neçə ildə tamamilə anklavlaşa bilər”.

Qeyd edək ki, erməniləri mütəmadi olaraq Azərbaycanlıların Ermənistanda torpaq sahələri və əmlak alması barədə xəbər yayırlar. Hələ bir qədər əvvəl Ermənistan Kadastr Xidməti bildirmişdi ki, indiyə qədər təkcə İrəvanda 7 azərbaycanlı mülk alıb.

Lakin Sünikin boşaldılması, oraya azərbaycanlıların köçürülməsi üçün hazırlıq görülməsi məsələsi bir qədər şişirdilmiş mövzudur. Çünki hal hazırda bunun üçün zəmin belə yoxdur. Hərçənd rəsmi Bakı azərbaycanlıların Zəngəzurda yaşayacağının, hamının ora gedib-gələcəyinin mümkün olacağını bəyan edib. Amma bunun üçün konkret tarix verməyib.

Erməni tərəfinin belə bir məlumat yayması son zamanlar başlayan prosesin tərkib hissəsi də ola bilər. Belə ki, müxalifət keçirdiyi aksiyalara adam yığa bilmir və bu yolla cəmiyyətə təsir edərək, onları prosesə qoşacağını düşünə bilər.//Jamaz.info

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay