Ukrayna arzusu kabusa çevrilən Vladimir Putini ən çox qəzəbləndirən məqam alçaldıcı müharibədən daha çox, Rusiya hərbi kəşfiyyatının səriştəsizliyi və qeyri-peşəkarlığıdır. Çünki KQB-nin keçmiş agenti Putinin komandanlığı altında olan Rusiya kəşfiyyat bölmələri prosesi idarə edə bilmir. Daha dəqiq desək, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın "Mİ6”-na qarşı ciddi şəkildə uğursuzluğa düçar olub.

 

Məsələn, Putin Ukraynanın qətiyyətindən, bacarığından və müqavimət göstərmək qabiliyyətindən xəbərsiz olduğu halda, Rusiyanın hara hücum edəcəyi, hansı bölgələrdən və qoşunlarla girəcəyi, ilk hədəfin harada olacağı ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin müfəssəl hesabatları günlər əvvəl dərc edilib. Moskvanın hücum planı isə ümumi şəkildə elan edilən bu plana əsasən həyata keçirilirdi.

İngiltərə Baş Qərargah Kəşfiyyatı da sahə və xəritələr haqqında saatlıq məlumat paylaşıb. Deməli, həm hərbi, həm də siyasi baxımdan MKİ və Mİ6 Kremlin beynini oxuyub. Proses elə indi də belə davam edir. Ona görə də bu gün dünyanın ən qüdrətli ordularından biri adlandırılan  Rusiyaya qarşı  ukraynalıların uğurundan danışılırsa, Qərbin, xüsusilə MKİ və Mİ6-nın kəşfiyyat dəstəyi və üstünlüyü ön plandadır. Çünki kəşfiyyatçıların fikrincə, Ukrayna xüsusi xidmətinin Rusiya xüsusi xidmətinə qalib gəlməsi çətindir. Bu uğur, belə bir mənzərə Qərbdən ciddi kəşfiyyat dəstəyi olmasa ortaya çıxmaz. Təbii ki, eyni şey Ukraynaya verilən müasir silahlardan istifadəyə də aiddir, xüsusən də kritik hədəfləri vurmaq baxımından. Bəs bu, necə baş verib?

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öz rolunu mahir şəkildə oynadı. MKİ təkcə kəşfiyyat dəstəyi yox, Ukraynanın hazırkı mövqeyini çox yaxşı gizlədə bildi. Təbii ki, təkcə kəşfiyyat deyil, qəbul etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələrinin bazasında tətbiq etdiyi bütün texnologiyalar geridə qalmış, köhnəlmiş Rusiya avadanlıqları idi. MKİ buna rəğmən, prosesi apara bildi. Məsələn, Rusiya ordusunun təxminən 75 faizinin inventar yaşı 25-dən yuxarıdır: Moskva gəmisi 40 yaşında batdı. Vurulan Rusiya zirehli texnikalarının, gəmi və təyyarələrinin yaşı həmişə 30-40 yaşı olur. Ona görə də Rusiyada texnologiya çox geridə qalıb. ABŞ isə bu məsələdə çox irəlidədir və döyüş meydanında həmin fərqdən bacarıqla istifadə edib. Məsələn, ABŞ-ın yaxşı gizlənmə, kamuflyaj dəstəyi sayəsində Ukrayna silahlı qüvvələri, onların rabitə vasitələri və digər hərbi vasitələri Rusiya hərbi kəfiyyatından, eyni zamanda izləmə sistemlərindən yayına bildi. Ancaq Rusiyanın təchizat sistemləri gözlənilənin əksinə, tam iflic əziyyətə düşdü.

Məsələn, Rusiya Ukrayna Silahlı Qüvələrində kimlər harada təlim keçiblər, hansı silah və texnikadan istifadə edirlər, onlara haradan hansı vasitələr çatdırıla bilər, bunlar necə göndərilə bilər kimi müharibə, döyüş üçün lazım olan bir çox məlumatları vaxtında əldə edə bilməyib, ən uyğun ifadə ilə desək, yatıb fil qulağında. Belə olan halda da "məğlubedilməz Rusiya ordusu” Ukraynada bərbad şəkildə alçaldıcı məğlubiyyət yolunda irəliləyir.

Xülasə, Rusiya ordusu Ukraynadan qat-qat güclü və təchizatlıdır. Amma onların Qərbin dəstəyi ilə mübarizə əzmi və iradəsinə nəzər saldıqda, Ukrayna xeyli irəlidədir. Çünki biri vətəni müdafiə edir, digəri işğalçıdır.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay