Ermənistan başa düşməlidir ki, Qafqaz regionunda yad cism olmaqdan artıq imtina etməlidir. Bu gün müəyyən dairələrin, güc mərkəzlərinin, revanşist qüvvələrin bu və ya digər yollarla küçələrə çıxararaq Paşinyanın istefasını tələb edən kütlə anlamalıdır ki, artıq İrəvanın destruktiv mövqe sərgiləmək üçün heç bir şansı qalmayıb.

Əgər Ermənistan tərəfi birgə bəyanatın şərtlərində nəzərdə tutulan tələbləri yerinə yetirməzsə, bu qərar Ermənistanın birgə bəyanatın yerinə yetirilməsinə zəmanət verən Rusiyanın öz öhdəliklərinə əməl etməməsi kimi dəyərləndiriləcək. Çünki, əgər üçtərəfli birgə bəyanatı imzalayan tərəflərdən ikisi (Rusiya və Ermənistan) öz öhdəliklərini yerinə yetirmirsə, bu zaman Azərbaycanın da öz öhdəliklərini yerinə yetirilməsi zərurəti tamamilə ortadan qalxır.

Belə olan halda isə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Necə ki, bunu Prezident İlham Əliyev son bəyanatlarında açıq şəkildə bildirib. Daha da konkretləşdirsək, Ermənistan öhdəliklərindən imtina etsə, sülhə qarşı çıxsa, Azərbaycan da 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər döyüş əməliyyatlarını davam etdirə bilər. Bunu Nikol Paşinyan da yaxşı bilir, Qərb də. Çünki Azərbaycan lideri son təmaslar zamanı bu barədə istər Avropa İttifaqının nümayəndələri ilə, istərsə də Ermənistan rəhbərliyi ilə kifayət qədər açıq danışıb. 

Rəsmi İrəvan Brüssel görüşlərindən sonra göstərdi ki, öz ritorikasını dəyişə bilər. Lakin bu gün yenidən kənar müdaxilələr, təhdidlər nəticəsində Nikol Paşinyan geri addım atarsa, bunun məsuliyyətini elə ilk növbədə erməni baş nazir özü daşıyacaq. Çünki Azərbaycan daha bir neçə ilə gözləmək fikrində deyil. Ermənistanın sülhdən imtinası Azərbaycana müharibə elanı deməkdir. Aydın məsələdir ki, sülh olmayacaqsa, müharibə qaçılmazdır. Bu isə nə Paşinyanın, nə də Qərbin planlarına daxildir.

Qarşıda 44 günlük müharibə ilə ordusu zəlil vəziyyətə düşən bir Ermənistan var. Ermənistanın Brüssel görüşünün ikinci raundundan sonra rəsmi Bakının 5 maddəlik sülh paketindən imtinası öz ayağına atəş açmaqdan başqa bir şey ola bilməz. Qərb də yaxşı anlayır ki, İrəvandan vəziyyəti gərginləşdirmək üçün atılacaq istənilən addım ancaq Rusiyanın maraqlarına xidmət məqsədi güdəcək. Çünki Moskva onun iradəsindən kənar Cənubi Qafqazda bir məsələnin belə çözülməsinin tərəfdarı deyil. Daha dəqiq desək, Kreml anlayır ki, Qarabağ münaqişəsi bitsə Rusiyanın regiona təsiri sıfra enəcək.

Elə bu səbəbdən də son günlər Ermənistan-Azərbaycan sərhəddində gərginliyin artmasına "xidmət edən" hadisələr yenidən çoxalmağa başlayıb. Xüsusən də Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında bu təxribatların qeydə alınması, rəsmi Bakını narahat etməyə bilməz. Çünki iki gün əvvəl Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilərin yenidən mühəndis işlərinə start verdiyini əks etdirən görüntülər yayılmağa başladı. 

Erməni yaraqlıların Xocavənd istiqamətində uzunmüddətli atəş mövqeləri qurduğu, səngərlər qazdığı açıq şəkildə müşahidə olunub. Qeyd etdiyim kimi, üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verməsi, bir daha son günlər sərhəddə eşidilən atəş səslərinin arxasında hansı qüvvələrin dayandığını müəyyənləşdirmək baxımından bir daha önəmlidir. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar. Əslində isə onlara bu səhlənkarlığı etmək əmrinin məhz elə Moskvadan gəldiyi də sirr deyil.

Çünki kadrlardan da aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin sülhməramlılar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə onların bu təxribatlarını tam rahatlıqla, təhlükəsiz şəkildə yerinə yetirmələri üçün "cangüdənlik" funksiyasını yerinə yetiriblər.

Amma Moskva da, İrəvan da bilməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Bunu 44 günlük müharibə də sübut etdi. Rusiya üçtərəfli bəyanatları, bu ilin 23 fevral tarixində Moskvada Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanan müttəfiqlik Bəyannaməsini unudursa, rəsmi Bakı məqsəd və məramını bir an olsun belə unutmayıb. Bu məqsəd uğrunda sona qədər, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, son qanına qədər döyüşəcəyini bilməlidir.

Bu mənada dövlət başçısının aprelin 29-da "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransında çıxışı zamanı dediyi "Hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik - Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu" fikirləri ermənilərin konstruktivlik nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev bu açıqlaması ilə bir daha açıq bəyan etdi ki, müharibə zamanı biz tək Ermənistana qarşı yox, onu dayanmadan silahlandıran Rusiyaya, onun hərbi imkanlarına qarşı savaşdıq. Azərbaycan lideri son proseslər fonunda belə bir həssas zamanda bu tip açıqlama etməklə Ermənistan rəhbərliyinə bir daha mesaj verdi ki, Rusiya və digər sənə dəstək sözü verən qüvvələrə arxayın olub sülh danışılarını pozacaq hər hansı addım atmağa cəhd etmə, çünki indi Ordumuz 44 günlük müharibədəkindən də güclüdür. Azərbaycan Prezidenti bu xəbərdarlıqla Ermənistandakı revanşist qüvvələrə bəyan etmiş oldu ki, əgər İkinci Qarabağ müharibəsindən sonra uzun illər sonra da olsa özünüzə gəlmək şansınızı saxladınızsa, bu dəfə bir dövlət kimi mövcudluğunuz şübhə altına qala bilər. Bunun üçün Azərbaycanın bütün imkanları mövcuddur.

Təhməz Əsədov
Milli.Az


 

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay