"Həbs edilməmişdən əvvəl, 2018-ci ildə mənə məlumat verildi ki, sifariş verilib, öldürüləcəksən. Saxlanılanlar oldu, onlardan biri qazax idi. Bu, "Lotu Quli”nin işi idi. Onun kimin adamı olduğunu deməyə ehtiyac yoxdur. Həmin ilin yazında telefonuma İtaliya nömrəsi ilə zəng gəldi, danışan "Lotu Quli” idi. Dedi ki, qardaşımız haqqında çox pis şeylər danışırsan, bunu etmək olmaz. Dedim, qardaşınız kimdir? Dedi ki, Anar Əliyev. (Rövnəq Abdullayevin dayısı oğlu - Əvəz Zeynallı). Telefonum təhlükəsizlik orqanları tərəfindən dinlənilirdi, indi də səs qeydləri onlarda var. Çox üzr istəyirəm, leksikonumda nə qədər söyüş varsa, hamısından istifadə etdim. "Üzr istəyirəm” deyib, dəstəyi asdı. Sən kimsən, biz elələrindən qorxmuruq, gülürük. Heç vaxt mafioz qruplaşmaların bizə dişi batmayıb, bata da bilməz. O insanlardan deyiləm ki, kiminsə qarşısında əsim, əl qaldırım. Üstümüzə gələnin vurmasını gözləmərik, biz vurarıq. İfadəm əsasında "Lotu Quli”ni Türkiyədən deport etdilər. İstanbulun təhlükəsizliyinə cavabdeh olan Mustafa Çalışqan mənə dedi ki, sənə görə "Lotu Quli”ni deport etdik. Dedim, Allah razı olsun, ondan çəkinmirdim, düzgün etməmisiniz. Önəmli olan odur ki, Türkiyədəki azərbaycanlıları sıxışdırmasın. Türkiyəli iş adamlarına ilişmirlər. Bilirsiniz kimə ilişirlər? Orta bizneslə məşğul olan azərbaycanlılara... Belə hallar çox olurdu, mənə deyirdilər, xəbər göndərirdim, əl çəkirdilər. Sayəmdə buradakı azərbaycanlıların yaxasını buraxdılar, qoymadım əzsinlər”.

Bunu "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov "Xural TV”yə müsahibəsində bildirib.

M.Mənsimov qeyd edib ki, o, 2020-ci ildə həbs edildikdən sonra "Lotu Quli” geri qayıdıb: "Geri qayıdandan bir həftə sonra öldü. Bunlar hamısı eyni qrupdular... Düşünürdü ki, zəng edəcəm Mübarizə, o da deyəcək, bağışla, qardaş, bir də etmərəm. Amma əksi oldu... Onlar sözlə danışırlar, biz isə müharibə görmüş adamlarıq... Gözləyirdim, gəlsinlər... Hə, mənə deyirdi ki, onu məmurlar dəstəkləyir. Dedim, bir dövlətin ki, sənə ehtiyacı var, deməli, o heç dövlət deyil. Kimsən ki dövlətin sənə ehtiyacı olsun?! Dövlətin təhlükəsizlik orqanları kifayət qədər güclüdür.

"Lotu Quli”nin ölümünə üzüldüm. Nə olur-olsun azərbaycanlıdır... Əslində ona deyil, övladlarına, əzizlərinə görə üzüldüm. Mənim aləmimdə namus məsələsi deyilsə, kimsə kiminsə canına qıymamalıdır. Canı sən vermədin ki, alasan, Allah verib, Allah da alacaq. Mənim kimi savaşda olacaqsansa, ya sən vuracaqsan, ya da səni vuracaqlar. Əfqanıstan müharibəsində iştirak etmişəm. Ümumiyyətlə, baş verən proseslər üzücü idi”.

İş adamı SOCAR-da, ümumilikdə ölkədə həyata keçirilən islahatlardan da danışıb: "SOCAR-da böyük dəyişikliklər olub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə gənc kadr rəhbər vəzifəyə gətirilib. İdarəçilik gənc kadrlara verilib, onlar mədəni, intellektual şəxslərdir, təhsillərini xaricdə alıblar. Fəaliyyətlərini izləyirəm, böyük işlər həyata keçirirlər, zövq alıram. Yavaş-yavaş oğurluq kanalların açarları bağlanır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinə daha çox pul gələcək. Ümumiyyətlə, ölkədə müsbətə doğru xeyli işlər həyata keçirilib, bu, alqışlanmalıdır. Prezident çəkinmədən işğaldan azad edilən ərazilərə baş çəkir, işlərlə şəxsən maraqlanır. Qarabağla bağlı desələr ki, bir şeylər edin, əlbəttə, edəcəyik, yatırımlar olacaq. İş adamları yalnız madiyyatı, qazancı düşünməli deyil, həm də yardım etməlidirlər. Hər kəs dövlətin yanında olmalıdır, Ali Baş Komandan İlham Əliyevi dəstəkləməlidir. Azərbaycan hamımızındır...”

Son xəbərlər

“Zəngəzurun bir-neçə kəndi boşaldılır, Sünikə azərbaycanlıları yerləşdirməyə hazırlaşırlar” - TƏCİLİ XƏBƏR

Göycaylı kimsəsiz ana ücüncü dəfə Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Oglum agır vəziyyətdədir, hərbi komissar isə məni aldadır"

TƏCİLİ: Ukrayna rusların komanda məntəqəsini MƏHV ETDİ - Qandonduran ACIQLAMA

Ərdoğan: "Özünüzü yormayın!" - Bu iki ölkə indi Türkiyəyə NİYƏ YALVARIR...

Erməni müxalifəti hakimiyyətə gələrsə, Bakıya 7 təklif göndərəcək: Qarabağa “müstəqillik”, Ordumuzun Füzuliyə qədər çəkilməsi və…

Vladimir Lepexin: “Qarabağdakı ermənilər istəsələr, Krım kimi, onlar da Rusiyaya birləşə bilərlər”

SON DƏQİQƏ! Ukrayna bu istiqamətdə əks-hücuma KECDİ - Ruslar darmadağın edildi, yüzlərlə ölü, yaralı...

Ermənistan Bakıya təqdim etdiyi 6 bəndlik təkliflərini ACIQLADI: “Qarabağa status istəyirik”

ŞAD XƏBƏR! Ordumuz Ağdərədə 13 postu ermənilərdən GERİ ALDI/ VİDEO

SON DƏQİQƏ! Rusiya ordusu Donetski çayı üzərində darmadağın edildi: 58 tank, yüzlərlə ölü

Yanacaq BAHALAŞACAQ - Dizelin 1 litri bu qiymətə olacaq! - BƏD XƏBƏR

Erməni general SƏRSƏMLƏDİ: “Bu gün Qarabağın statusu döşəmənin altındadır”

Göycaylı kimsəsiz ana yenidən Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Məni hədələyirlər"

Edqar Qazaryan: “Bundan sonra Nikol Paşinyanla İlham Əliyev yox, Əli Əsədov görüşəcək”

Xankəndinin mərkəzi meydanında atışma: ermənilər panikada, şəhərə “polis” və “ordu” yeridilib

Göycaydan kimsəsiz ana Mehriban Əliyevadan İMDAD DİLƏYİR: "Oglum hərbi xəstəxanada ölüm ayagındadır"

"Məğlubedilməz"in biabırçı HƏRBİ KƏŞFİYYATI: Ukrayna Rusiyanı NECƏ ALCALDIR?

Son Dəqiqə! VARŞAVADA RUSİYA SƏFİRİNİ GÖRÜN NƏ GÜNƏ QOYDULAR - ŞOK VİDEO

Daha Rusiya Azərbaycanı aldada BİLMƏYƏCƏK - Qarabağda YENİ MÜHARİBƏ qaçınılmaz olacaq

"Bu, Ukraynaya bir sillədir" - Almaniyanın bu qərarı DÜNYANI ŞOKA SALDI

Putin “qiyamət günü təyyarəsi”ni paradda göstərməkdən niyə QORXDU - Əsl ŞOK SƏBƏB!!!

Putin 9 Mayla bağlı veteranlara müraciətində elə şeylərdən danışdı ki... - HAMINI TƏƏCCÜBLƏNDİRDİ

TƏCİLİ! Nazir döyüş hazırlığı barədə CİDDİ TAPŞIRIQ VERDİ - Sərhəddə NƏ BA VERİR?

Həyasızlığın SON HƏDDİ: Ermənistan Qarabağa görə Azərbaycanı məhkəməyə verib

Ermənilər ŞOKDA: Ordumuz Bərdutax və Sığırt yüksəkliklərinə yerləşib- PEYK GÖRÜNTÜLƏRİ

TƏBİB şefinin MÜƏMMALI TƏYİNATI... - Əslində hər şey gün kimi aydındır...

Polkovnikdən narazı hərbçilərin adından nazirə SƏRT SÖZLƏR: “Ordunun əsəbi ilə oynamayın”

Erməni ekspert: “Rusiyanı Qarabağın kimdə olması maraqlandırmır, əsas odur ki, münaqişə həll olunmasın”

Putinin generalları necə öldürülür? - SENSASİON FAKTLAR ÜZƏ CIXDI

TƏCİLİ! Lavrov və Şahnazarov Rusiyanı İFŞA ETDİLƏR - Putin rejiminə qarşı ÜSYAN...

SON DƏQİQƏ! Qırğızıstan “Z” simvolu və Rusiya filmlərini QADAGAN ETDİ - Rus kanalları baglansın!

SON DƏQİQƏ! Ukrayna Cənuba doğru hərəkət edən Rusiya ordusunu MƏHV ETDİ - Video

SON DƏQİQƏ! ERMƏNİSTAN CALXALANIR: ABŞ Paşinyanın devrilməsinə mane olur, yoxsa Rusiya...

Bütün xəbərlər