Qarabağ ətrafında baş verən proseslər artıq bu bölgədə yaşayan ermənilər üçün də hansı sonluqla bitəcəyini tam çılpaqlığı ilə anlayırlar. Hazırda əsas hədəfləri bir qədər vaxt udmaq və ən minimal statusa nail olmaqdır. Elə ortalığı qarışdırmaq, ara-sıra gərginliklər yaratmaq da buna hesablanıb.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan İrəvan hökuməti tərəfindən ciddi şəkildə sıxışdırılır. "İravunk” qəzetinin yaydığı xəbərə görə, Nikol Paşinyan baş separatçıya bir neçə xəbərdarlıq edib. Onlardan biri də hazırda Ermənistanda müxalifətin keçirdiyi aksiyalara qatılmamaqdır. Həmçinin əsas tələblərdən biri də budur ki, Qarabağda ermənilər hər hansı etiraz aksiyası, yürüş və bu qəbildən olan tədbirlər keçirməməməlidir. "Nikol Paşinyan bir neçə gün əvvəl Arayik Harutyunyana telefon açaraq, onu hədələyib. Harutyunyana bildirib ki, əgər o və ətrafı İrəvanda keçirilən aksiyalara qatılarsa və ya onları dəstəkləyən bəyanat verərsə, aqibəti çox pis olacaq. Bundan başqa, Harutyunyandan tələb edib ki, Qarabağın statusu ilə bağlı danışmasın. İndi Arayik iki daş arasında qalıb. Bir tərəfdən Qarabağ şüarı ilə aksiya keçirən müxalifətə dəstək verə bilmir və bu onu nüfuzdan salır. Digər tərəfdən isə Nikol Paşinyanın təzyiqləri qarşısında duruş gətir bilmir”.

Amma görünən və bilinən odur ki, Ermənistanın hazırkı hökuməti təkcə, Arayik Harutyunyanı deyil, elə onun əyan-əşrəfini də ciddiyə almamaq qərarına gəlib. Belə ki, Qarabağdakı separatçıların nümayəndəsi, özünü "xarici işlər naziri” kimi təqdim edən David Babayan günlərdir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə bilmir. Daha doğrusu, İrəvana gəlib, qapısında gözləsə də, Mirzoyan onu qəbul etməkdən imtina edir. JAMAZ.İNFO "Hraparak” qəzetinə istinadən xəbər verir ki, Mirzoyanla Babayan arasında sonuncu dəfə görüş ötən ilin sentyabrında baş tutub. Həmin vaxt bir sıra məsələlər müzakirə olunub və söhbət də uzun çəkməyib. Həmin vaxtdan bəri Babayanın bütün cəhdlərinə baxmayaraq, Mirzəyanla görüşü alınmayıb.

Ermənistan XİN-in bununla bağlı verilən sualı şərh etməyib. Nazirlikdən bildiriblər ki, zərurət olduğunda Babayanla görüş mümkünləşəcək.

Gedişatdan belə başa düşülür ki, İrəvan hökuməti Qarabağdakı separatçılarla bir masa arxasında əyləşib, onlarla nəyisə müzakirə etmək fikrində deyil.  Eyni zamanda, Nikol Paşinyan Azərbaycanla sülh sazişi bağlamaq məsələsində israrlı kimi görünür, lakin prosesə daha çox ölkəni daxil etməyə çalışır.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay