Vəkil Əjdər Sarıyev Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənovla əlbir olaraq bir ailəni müflis vəziyyətə salıb Rəsmən ÖZBAŞINALIQ

Vəkil Əjdər Sarıyev Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənovla əlbir olaraq bir ailəni müflis vəziyyətə salıb, hətta vəkil Əjdər Sarıyevin sözlərinə görə Ali Məhkəmənin hakimi Əhməd Əhmədov da bu işdə onlarla əlbir olub
Qaynar.media Zirveyolu.info-a istinadən xəbər verir ki, Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl ədalət prinsiplərindən biridir. Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq hər bir şəxs də bu prinsipə əməl etməlidir. Axı Şah qanun deyil, Qanun Şahdır.

 
Məhkəmələrin, hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır. Bəhs etdiyimiz bu məsələdə isə qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar. Yəni bizim bu mövzumuzda bir vəkilin öz müvəkkilini dələduzluq yolu ilə aldatmasından söhbət gedir. Hansı ki, bu vəkil öz səlahiyyətindən, həmçinin müvəkkilinin hüquqi qanunlardan xəbərsiz olmasından istifadə edərək müvəkkilinin evlərinin, maşınlarının və bütün pullarının əllərindən alınmasına səbəb olub, bunlarla yanaşı ailəni külli miqdarda pul götürmək üçün banka girməsinə məcbur edib. Bütün bunlar az imiş kimi bu vəkil öz müvəkkilinin həbsə girməsinə də səbəb olub desək yanılmarıq.
Məlumdur ki, vəkilliyin əsas vəzifələri hüquqi və fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.

Lakin redaksiyamıza daxil olan məlumatda şikayətçi Musayeva Mehriban Məhərrəm qızının sözlərinə görə öz vəkilləri onların hüquq və azadlıqlarını qorumaq əvəzinə, tam əksinə onları aldadıb.

İndi isə şikayətçi Mehriban xanımın öz vəkillərinin onları necə aldatması haqqında ərizəsini təqdim edirik:

Mən Musayeva Mehriban Məhərrəm qızı vəkilimiz olan Sarıyev Əjdər Hakim oğlunun dələduzluq yolu ilə bizi aldatmasından şikayətçiyəm. Mənim yoldaşım Əliyev Cəfər biznesi ilə bağlı bir xeyli pul batırmışdı və biz də bu səbəblə 2 evimizi biri bağ, digəri bina evi olmaqla, bir də Lexus 5 7 markalı avtomobilimizi bankda ipotekaya qoymuşduq. Yəni bizim işimiz Məhkəmədə idi. Biz də 2018-ci ilin sentyabr ayının əvvəlində 27 saylı vəkil Bürosundan Sarıyev Əjdər Hakim oğlunu bu işdə bizə köməklik etməsi üçün vəkil tutduq və 5.000 (beş min) manat da həmin bu vəkilə pul verib müqavilə bağladıq.
Qeyd etdiyim kimi bizim evlərimiz yoldaşımın borcları ilə əlaqədar olaraq bankda idi. Bu vəkil də gəlib mənə dedi ki; "Ali Məhkəmənin hakimi Əhməd Əhmədov  20.000 (iyirmi min) ABŞ dolları pul istəyir” yəni bizim Məhkəmədə qalib gəlməyimiz, bağ evimizin geri qayıtması üçün. Mən ona dedim ki, nə qədər əminsən bağ evinin qayıtmasına? Dedi iş görülsə ev əlli əlliyə bölünəcək, Şahmar Vəliyev hansı ki, yoldaşımın borclu olduğu şəxsdir, o, mənim yoldaşım Cəfərə aid olan hissəni  götürəcək, qalan hissə hərraca çıxarılacaq mən və 2 övladıma qaytarılacaq. Əgər iş görülməsə, 20.000 (iyirmi min) ABŞ dolları Sizə geri qaytarılacaq. Bu 20.000 (iyirmi min) ABŞ dollarını vermək üçün imkanımız yox idi və mən bu qədər pulu verə bilməyəcəyimizi dedim vəkilə, o, da mənə neçə gün hədə-qorxu gələrək belə dedi: "Əgər bu 20.000 (iyirmi min) ABŞ dolları Ali Məhkəmənin hakimi Əhməd Əhmədov’a verilməsə hətta gecə evin işıqları yansa belə sizi gecə ilə təcili evdən atacaqlar çölə, elə indidən bütün əşyalarını yığ çıx get bir qohumunun evində qal”. Amma bu vəkil işin əvvəlindən bilirdi ki, bu evi qazanmaq mümkün olmayacaq.
Beləcə bu bir nömrəli dələduz vəkil bizi məcbur etdi ki, biz bankdan pul götürək və biz də bankdan qızımın adına 20.000 (iyirmi min) ABŞ dolları  pul götürdük, mən də həmin pulu götürüb vəkilin dediyinə əsasən ofisə getdim, telefonda mənə  dedi ki, pulu paket içində ofisdə çalışan Əfsanə xanıma verin, mən də onun dediyi kimi pulu həmin xanıma verdim.
Ümumiyyətlə bu saxtakar vəkil pulları bizdən əldən-ələ deyil bürosunda çalışan Əfsanə adlı xanıma paket içərisində verin deməklə alırdı. İndi isə bu faktlar danılır.
Lakin Sentyabrın 23-də İcradan gəlib məni evdən çıxartdılar. Hansı ki, mən həmin pulu deyildiyi qaydada vermişdim.
Bu vəkil bir dəfə də mənə bildirdi ki; Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənov deyib ki, Cəfər Əliyevə stop qoyulub buna görə də 37.000 (otuz yeddi min) manat pul verməliyik. Bu səbəblə də Ford Kuga’lı avtomobilimi 35.000 (otuz beş min) manat əvəzində vəkil Əjdər  Sarıyevə verdim ki, versin lazım olan şəxsə yoldaşımın stopunu qaldırsın. Sən demə bunlar yəni bu dələduz vəkillə müstəntiq Nuru Həsənov əlbir olub bu pulu bizdən alıblar.
Lakin bütün bunlara baxmayaraq mənim həyat yoldaşım Əliyev Cəfər hal-hazırda həbsdədir, özü də sağlıq durumu yaxşı deyil.  Özüm və iki övladım kirayədə yaşayırıq, bu fırıldaqçı vəkilin bizi məcbur etməsi ilə pul götürdüyümüz banka olan borcu heç cür ödəyə bilmirik buna görə də bank bizi çox incidir. Tam hesabla 67.000 pul alınıb 20.000 (iyirmi min) ABŞ dolları və ildə 7.000 (yeddi min) faiz yığılıb. Bu gün bu faizlərlə birlikdə 87.000 (səksən yeddi min) manat pul borcludur bu bir nömrəli dələduz vəkil bizə. Hər dəfə həmin borcun üstünə  faiz gəlir mən də heç yerdə işləmirəm, bu qədər külli miqdarda borcu ödəyə bilmirəm. Bizim üçün bu cür yaşamaq çox çətindir.
Mən bu vəkilin dələduz əməllərinin öhdəsindən gələ bilmədiyim üçün bir çox aidiyyəti orqanlara Apellyasiya Məhkəməsinə, Yerli Məhkəməyə, Ali Məhkəməyə müraciət etdim ki, bu insanın dələduzluqlarına son qoyulsun, lakin müraciətlərimin də heç bir nəticəsi olmadı.
Mən hətta bu vəkilin bizi aldatmasına görə hər yerə Teleqram vurmuşam Prezidentimizə, Mehriban xanıma, Baş Nazirə, Vəkillər Kollegiyasına, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə. Amma bütün bunlara baxmayaraq bu vəkil öz səlahiyyətindən istifadə edərək çirkin əməllərini etməyə davam edir.
Bir sözlə bu vəkil bizim ona olan etibarımızdan istifadə edərək,  külli miqdarda pulumuzu yalan vədlər verərək dələduzluq yolu ilə əlimizdən alıb. Hətta əlimdə maddi sübut olaraq həmin bu vəkilin səs yazısı da var ki, deyib; "Pullarını almışam yaxşı etmişəm, hələ mən onları çox süründürəcəm, oğullarını da həbs etdirəcəm”. Görün bu vəkil nə qədər vicdansızdır. Qısacası bu vəkil bizim bütün pullarımızı saxtakarlıq edərək əlimizdən alıb və ailəmizi müflis vəziyyətə salıb.
Nəyə görə axı mən və iki övladım kirayədə yaşamalıyıq?. Bu vəkil öz həyətində 4 mərtəbəli villa tikdirir, hansı pullarla bunu etdirir o?. Əlbəttə ki, bizim kimi insanların pullarını dələduzluq yolu ilə mənimsəyərək. Belə vəzifəsindən sui-istifadə edərək super dələduzluq edənlərin məsuliyyətə cəlb edilib bu cür çirkin, insanlığa sığmayan əməllərinin qarşısı alınmalıdır. Mən öz haqqımı tələb edirəm. Çox xahiş edirəm mənim bu məsələmə ciddi yanaşılsın. Mənim tələbim budur ki, Sarıyev Əjdər Hakim oğlu məndən fırıldaqçılıq, dələduzluq edərək aldığı 87.000 (səksən yeddi min) manat pulu geri versin. Haqq-ədalət öz yerini tapsın.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay