Şahin Cəfərli: "Bu, artıq Rusiyanın Odessaya desant çıxarma xəyalının tamamilə dəfn olunması deməkdir"

Politoloq Şahin Cəfərli hesab edir ki, Qərb dövlətləri tərəfindən Ukraynaya verilən hərbi dəstək kəmiyyət və keyfiyyət baxımından kəskin dəyişikliyə uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə politoloq öz sosial şəbəkə hesabında qeyd edib:

"Müharibənin ilk günləri burada "Ukraynanı qızışdırıb, ortada tək buraxdılar, Qərb Ukraynanı satdı" fikri geniş yayılarkən biz Ukraynanın müqavimətinə müvafiq olaraq hərbi yardımların mərhələli şəkildə həyata keçiriləcəyini və artacağını söyləyirdik.

Əgər müharibə ərəfəsində və hərbi əməliyyatlar başladıqdan sonra əsasən antitank sistemləri və qısa mənzilli daşınan ZRK-lar verilirdisə, indi ağır hərbi texnika, uzaqvuran artilleriya sistemləri, kamikadze və kəşfiyyat dronlarının göndərilməsinə başlanıb. Britaniyanın Ukraynaya gəmi əleyhinə raket sistemləri (güman olunur ki, "Harpoon") təqdim olunacağını açıqlaması isə yeni mərhələdir. Bu, artıq Rusiyanın Odessaya desant çıxarma xəyalının tamamilə dəfn olunması və həmin raketin atəş mənzilinə girən istənilən Rusiya hərbi gəmisinin məhv ediləcəyi anlamına gəlir. Digər tərəfdən, bu qərar onu göstərir ki, artıq Ukraynaya NATO ölkələri istehsalı olan modern ağır silah sistemlərinin verilməsi barədə Qərbdə prinsipial qərar var".

Ş.Cəfərli bildirir ki, Ukraynaya hərvi yardımda keyfiyyət dəyişikliyi Qərbin ritorikasında da müşahidə edilir:

"Dünən Pentaqon sözçüsü Kirbi bildirdi ki, "biz Putinin və onun ordusunun Ukraynada məğlub olmasını görmək istəyirik". O, Ukraynanı müntəzəm olaraq kəşfiyyat məlumatları ilə təmin etdiklərini və bu məlumatlardan hücum əməliyyatlarında da isifadə edilə biləcəyini vurğuladı. Kirbidən 2 gün əvvəl dövlət katibi Blinken bəyan etmişdi ki, "Ukraynanın qələbəsini nəzərdə tutmayan hər hansı potensial ssenari görmür".

Bu gün isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel "Twitter"də yazıb ki, bu savaş döyüş meydanında qazanılacaq. Avropa Birliyi rəhbərliyinin bu cür militarist mövqe ifadə etməsi çox nadir rast gəlinən hadisədir. AB eyni zamanda Ukraynaya hərbi yardım məqsədilə daha 500 milyon avro ayırıb. (Əvvəl də 1 milyard ayırmışdı.)

Bundan başqa, AB və Kanadanın təşəbbüsü ilə keçirilən "Stand up for Ukraine" qlobal kampaniyası çərçivəsində ukraynalı qaçqınlar üçün qısa müddətdə 10 milyard avro toplanıb. Ukrayna hökumətinə də ayrı-ayrı Qərb dövlətləri tərəfindən milyardlarla dollar/avro yardım ayrılmaqdadır.

ABŞ Senatında yekdilliklə qəbul olunan lend-liz qanunu isə aşağı palatada da təsdiqlənərək prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bu qanun ABŞ prezidentinə hər hansı bürokratik gecikmə yaşanmadan müharibənin sonuna qədər Ukraynaya operativ şəkildə istənilən sayda, istənilən növ silah, hərbi texnika və humanitar yardım göndərməyə səlahiyyət verir. ABŞ ilk dəfə alman faşizmini məğlub etmək üçün lend-liz qanunu qəbul etmişdi, indi isə rus faşizmini məğlub etmək zərurəti yaranıb və bu məqsəd üçün ikinci dəfə həmin qanunu dirçəltməyə ehtiyac var. Rusiyaya mesaj verilir ki əgər sən müharibəni uzatmaqla Ukraynanın resurslarının tükənəcəyinə oynayırsansa, yanılırsan və biz nə qədər maddi-hərbi yardım lazımdırsa, o qədər ayırmaqda qərarlıyıq.

Savaşın ilk günləri onu da qeyd etmişdik ki, NATO Ukrayna hava məkanının təhlükəsizliyini təmin etməsə belə, ən azı Qərb liderlərinin Kiyevə səfərləri paytaxtın qorunması üçün mühüm dəstək nümayişi olardı. Dünən Avropa Birliyi, bu gün isə Avstriya və Britaniya liderləri Kiyevə səfər etdilər. Bu cür yüksək səviyyəli səfərlər həm Ukrayna rəhbərliyi və xalqına ciddi mənəvi-psixoloji dəstək, həm də Kiyev üçün bir növ qeyri-rəsmi təhlükəsizlik təminatıdır.

Rusiya nə qədər tez müharibəni dayandırıb, 24 fevraldan əvvəlki vəziyyəti bərpa etsə, o qədər özü üçün yaxşı olar. Sanksiyalar anakonda taktikası ilə tətbiq olunur və Rusiyanın boğazını getdikcə daha çox sıxmağa başlayır. Rusiya əvvəl hava blokadasına alınmışdı (Qərb tərəfindən), indi isə onun quru və dəniz ticarəti məhdudlaşdırılır. Rusiyanın enerji sahəsində ən böyük strateji tərəfdaşı olan Avropa Birliyi bu ölkədən kömür idxalına qadağa qoymaqla (avqustdan etibarən) enerji sahəsində sanksiyalara da start vermiş oldu. Növbədə neft embarqosudur. Qaz idxalı da bu ilin sonuna qədər azaldılacaq".

Politoloq vurğulayır ki, Rusiya tərəfi müharibəyə başlayarkən qarşısında bu qədər güclü və yekdil antiPutin koalisiyası görəcəyini gözləmirdi və bunu hesablamamışdı.

QAYNAR.MEDİA

Son xəbərlər

“Zəngəzurun bir-neçə kəndi boşaldılır, Sünikə azərbaycanlıları yerləşdirməyə hazırlaşırlar” - TƏCİLİ XƏBƏR

Göycaylı kimsəsiz ana ücüncü dəfə Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Oglum agır vəziyyətdədir, hərbi komissar isə məni aldadır"

TƏCİLİ: Ukrayna rusların komanda məntəqəsini MƏHV ETDİ - Qandonduran ACIQLAMA

Ərdoğan: "Özünüzü yormayın!" - Bu iki ölkə indi Türkiyəyə NİYƏ YALVARIR...

Erməni müxalifəti hakimiyyətə gələrsə, Bakıya 7 təklif göndərəcək: Qarabağa “müstəqillik”, Ordumuzun Füzuliyə qədər çəkilməsi və…

Vladimir Lepexin: “Qarabağdakı ermənilər istəsələr, Krım kimi, onlar da Rusiyaya birləşə bilərlər”

SON DƏQİQƏ! Ukrayna bu istiqamətdə əks-hücuma KECDİ - Ruslar darmadağın edildi, yüzlərlə ölü, yaralı...

Ermənistan Bakıya təqdim etdiyi 6 bəndlik təkliflərini ACIQLADI: “Qarabağa status istəyirik”

ŞAD XƏBƏR! Ordumuz Ağdərədə 13 postu ermənilərdən GERİ ALDI/ VİDEO

SON DƏQİQƏ! Rusiya ordusu Donetski çayı üzərində darmadağın edildi: 58 tank, yüzlərlə ölü

Yanacaq BAHALAŞACAQ - Dizelin 1 litri bu qiymətə olacaq! - BƏD XƏBƏR

Erməni general SƏRSƏMLƏDİ: “Bu gün Qarabağın statusu döşəmənin altındadır”

Göycaylı kimsəsiz ana yenidən Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Məni hədələyirlər"

Edqar Qazaryan: “Bundan sonra Nikol Paşinyanla İlham Əliyev yox, Əli Əsədov görüşəcək”

Xankəndinin mərkəzi meydanında atışma: ermənilər panikada, şəhərə “polis” və “ordu” yeridilib

Göycaydan kimsəsiz ana Mehriban Əliyevadan İMDAD DİLƏYİR: "Oglum hərbi xəstəxanada ölüm ayagındadır"

"Məğlubedilməz"in biabırçı HƏRBİ KƏŞFİYYATI: Ukrayna Rusiyanı NECƏ ALCALDIR?

Son Dəqiqə! VARŞAVADA RUSİYA SƏFİRİNİ GÖRÜN NƏ GÜNƏ QOYDULAR - ŞOK VİDEO

Daha Rusiya Azərbaycanı aldada BİLMƏYƏCƏK - Qarabağda YENİ MÜHARİBƏ qaçınılmaz olacaq

"Bu, Ukraynaya bir sillədir" - Almaniyanın bu qərarı DÜNYANI ŞOKA SALDI

Putin “qiyamət günü təyyarəsi”ni paradda göstərməkdən niyə QORXDU - Əsl ŞOK SƏBƏB!!!

Putin 9 Mayla bağlı veteranlara müraciətində elə şeylərdən danışdı ki... - HAMINI TƏƏCCÜBLƏNDİRDİ

TƏCİLİ! Nazir döyüş hazırlığı barədə CİDDİ TAPŞIRIQ VERDİ - Sərhəddə NƏ BA VERİR?

Həyasızlığın SON HƏDDİ: Ermənistan Qarabağa görə Azərbaycanı məhkəməyə verib

Ermənilər ŞOKDA: Ordumuz Bərdutax və Sığırt yüksəkliklərinə yerləşib- PEYK GÖRÜNTÜLƏRİ

TƏBİB şefinin MÜƏMMALI TƏYİNATI... - Əslində hər şey gün kimi aydındır...

Polkovnikdən narazı hərbçilərin adından nazirə SƏRT SÖZLƏR: “Ordunun əsəbi ilə oynamayın”

Erməni ekspert: “Rusiyanı Qarabağın kimdə olması maraqlandırmır, əsas odur ki, münaqişə həll olunmasın”

Putinin generalları necə öldürülür? - SENSASİON FAKTLAR ÜZƏ CIXDI

TƏCİLİ! Lavrov və Şahnazarov Rusiyanı İFŞA ETDİLƏR - Putin rejiminə qarşı ÜSYAN...

SON DƏQİQƏ! Qırğızıstan “Z” simvolu və Rusiya filmlərini QADAGAN ETDİ - Rus kanalları baglansın!

SON DƏQİQƏ! Ukrayna Cənuba doğru hərəkət edən Rusiya ordusunu MƏHV ETDİ - Video

SON DƏQİQƏ! ERMƏNİSTAN CALXALANIR: ABŞ Paşinyanın devrilməsinə mane olur, yoxsa Rusiya...

Bütün xəbərlər