İllərdir Zakatala rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Fikrət Şərifovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti yenidən ölkə gündəmini zəbt etməkdədir. Bəlkə də kimlərsə adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi detallarına lazımınca diqqət yetirmir, müəyyən incəliklərə əhəmiyyət vermir. Amma, onu unutmaq olmaz ki, uzun illər ərzində bu vəzifəni daşıdığından o, su təsərrüfatı sahəsinin "hər cikini, bikini” mükəmməl bilir, hətta "daşdan pul çıxarmağı” da bacarır.

Məsələn, redaksiyamızı məlumatlandıran mənbənin məlumatlara görə Fikrət Şərifovun rəhbərlik etdiyi Zakatala rayon Suvarma Sistemləri idarəsində bir hektar sahənin suvarma suyu ilə suvarılması üçün 44 manat pul alınır. Baxmayaraq ki, dövlət tərəfindən bu qiymətin məbləği 2 man. 50 qəp. müəyyən olunsa da, bu idarədə dövlətin müəyyən etdiyi məbləğə məhəl qoyan yoxdur. Faciə odur ki, ayrı-ayrı sahibkarlardan hər hektara görə 44 manat pul alınsa da, su təminatı davamlı ödənilmədiyindən kecən ilin isti yay günlərində bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi ziyan dəyib.

Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsinin görün nə qədər vaxt kecib. Zakatala rayon Suvarma Sistemləri İdarəsində isə kadr dəyişiklikliyi "yaddan cıxıb". Məlumatlı oxucu nə dediyimizi gözəl başa düşür. Yəni bu sahədə haqqında deyilməyən, yazılmayan qanynsuzluqların sərhəd tanımadıgı Fikrət Şərifov yenə də Zakatala rayon Suvarma Sistemləri İdarəsinin "xozeyinidir". Bunu biz demirik, bütün Zakatala əhli söyləyir.

Məlum olduğu kimi Zakatala rayonunun iqtisadiyyatının əsasını bağçılıq və əkinçilik təşkil etdiyindən, həm də daglıq zonada yerləşdiyindən suvarma suyuna tələbat çox böyükdür. Zakatalada min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daim səfərbər vəziyyətdə olmalıdır. O da məlumdur ki, Zakatala rayonu sel sularından, daşqınlarından ən çox əziyyət çəkən rayonlardan biridir. Burada yaz-yay aylarında dağlarda qarın əriməsindən sonra gələn sel sularının infrastruktura xeyli ziyan vurur. Amma onu da unutmamalıyıq ki,məhz sel sularının törətdiyi fəsadların qarşısının alınması, sahilbərkitmə işləri üçün dövlət hər il buraya külli miqdarda vəsait ayırır. Bəs çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işləri necə aparılır.

Son dövr ərzində Zakatala rayon Suvarma Sistemləri İdarəsinin dövlət satınalmaları yolu ilə suvarma kanallarını lildən təmizlənməzi, daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi işlərinə ayrılan vəsaitlər ətrafında araşdırma aparmışdır. Sözügedən satınalma prosedurlarını növbəti yazımızda oxuculara təqdim edəcəyik.

Zakatala rayonundan QAYNAR.MEDİA-ya maraqlı məlumat daxil olub. Məlumatda adının cəkilməsini istəməyən şəxs qeyd edir ki, vaxtı ilə bu idarədə işləyib və rəis Fikrət Şərifovun qanunsuz əməllərinə etiraz etdiyi üçün daim təzyiq və şantajla üzləşib:

"Nəhayətdə mən həmin idarədən getdim.Ancaq uzun illərdir ki, idarənin fəaliyyəti ilə, şəxsən rəis Fikrət Şərifovun fəaliyyəti ilə maraqlanıram. Bu adam idarəni şəxsi təsərrüfatı kimi istifadə edir. Dövlət tərəfindən bu müəssisəyə il boyu milyonlarla maliyyə vəsaitləri ayrılır. O, müxtəlif yollarla bu vəsaiti ogurlayır. Fikrət Şərifov peşəkar saxtakarlıq nümünəsi ilə bütün respublika suvarma sistemləri idarələrinə örnək ola bilər.
Zakatala ərazisində bütün çaylarda bənd bərkitmə işlərində müdhış saxtakarlığa yol verilib və bu gün də davam edir. Görülən işlərin keyfiyyəti aşağı, ancaq yazılaraq mənimsənilən maliyyə vəsaitləri daha çoxdur. Ümumiyyətlə, suvarma üçün nəzərdə tutulan xətlərin hamısı zaman-zaman sökülərək satılıb.
İdarəyə texnika üçün ayrılan ehtiyat hissələri, sürtgü materialları ayrı-ayrı "zapçast" mağazalarında satılır. Hər ay idarəyə dövlət tərəfindən ayrılan yanacağın böyük hissəsi satılır və nağdlaşdırma yolu ilə mənimsənilir. İdarəyə dövlət tərəfindən verilmiş texnikaların satıldığı, köhnələrin təzə kimi sənədləşdirildiyi də ciddi şübhələr doğurur. Fikrət Şərifov bu əməliyyatı tək deyil, baş idarədəki hamilərinin köməkliyi ilə həyata keçirir.
İdarənin texnikalarının bir hissəsi ayrı-ayrı yerlərdə aylıq arendaya verilir. Rayon ərazisində görüləcək işlər üçün ayrılan sement və sair tikinti materialları, dəmir konstruksiyalar rəis Fikrət Şərifovun tapşırıgı ilə tikinti materiallarının satışı mərkəzində satılır. Fikrət Şərifov uzun illər ərzində bu sektordan əldə etdiyi vəsaitləri Zakatalada deyil, Bakı şəhərində daşınmaz əmlak ilə əvəzləyib.
Əgər dövlət qurumları uzun illər ərzində bu idarəyə ayrılan maliyyə vəsaitlərinin yoxlamasını həyata keçirsələr onda nələrin ortaya çıxacağının şahidi olacaqlar. Xeyli sayda texnikalar silinərək satılıb. Ümumiyyətlə, saxta statistika sahəsində bu idarə və Fikrət Şərifov ölkəmizdə ulduz sayılacaq qədər məşhur və peşəkardır. Ətrafında yalnız özünə sadiq adamları saxlamaqla yanaşı idarəsinin sirrinin qorunması üçün cani-dildən çalışırlar."


Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, bu şəxs daha çox gəlir əldə etmək üçün yerlərdəki su istifadəçiləri birlikləri ilə müqavilələr bağlayır və suvarma üçün nəzərdə tutulan suyu onlara verir. Su istifadəçiləri birlikləri də, onların ixtiyarına verilmiş suvarma suyunu ehtiyacı olan şəxslərə baha qiymətə satıb, əldə olunan gəlirlərin daha çox hissəsini Fikrət Şərifova çatdırırlar. Unutmaq olmaz ki, həmin şəxslərin tam əksəriyyətinin bu və digər yollarla Zakatala rayon Suvarma Sistemləri idarəsinin rəisinə bağlı olduğu bildirilir.

Mövzuya qayıdacağıq.//QAYNAR.MEDİA

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay