Gündəm / Siyasət / Dünya
4.04.2022, 00:28
GECƏNİN ŞAD XƏBƏRİ - Putin Ərdoğanın tələbini rəsmən YERİNƏ YETİRDİ - Moskva vaxtı ilə saat 00:00-da...
Rusiya Müdafiə Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi ilə Ukraynanın Mariupol şəhərində mülki ukraynalıların və xarici vətəndaşların təxliyəsi üçün humanitar dəhlizin açıldığını açıqlayıb.
KAİM.az-ın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Ərdoğanın Rusiya Prezidenti Vladimir Putindən tələbi əsasında Mariupolda mülki şəxslərin və xarici vətəndaşların təxliyəsinə hərtərəfli köməklik göstərilməsinə qərar verilib.
Bəyanatda qeyd olunub ki, 2022-ci il aprelin 3-də Moskva vaxtı ilə saat 00:00-da Mariupoldan Berdyanska humanitar dəhliz açılıb və "sükut rejiminə” ciddi əməl olunacağına zəmanət verilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay