Son hadisələrdən belə aydın olur ki, Fərrux kəndinin və yüksəkliyinin hərbçilərimiz tərəfindən nəzarətə götürülməsi tək ermənilərin iç üzünü, hansı xislətin sahibi olduqlarını, insanlığa qarşı törətdikləri vəhşiliyin, qətliamın, soyqırımın üstünü (Fərrux kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən öldürülən azərbaycanlıların sümükləri aşkar edildi - red.) açmadı, eyni zamanda rəsmi Moskvanın da "müttəfiq" elan etdiyi ölkəyə qarşı xəyanətinə güzgü saldı. Yaranan bu gərginlik fonunda Ermənistan baş nazirinin Azərbaycanın martın əvvəllərində təqdim etdiyi 5 maddəlik sülh paketi ilə bağlı dəyişməz ritorikasından çıxış etməsi "ona bunu söylətdirən var" iddialarını artırdı. 

Amma Bakının bu təzyiq qarşısında bir addım belə geri çəkilməməsi qarşı tərəflərdə bir xaos, bir həyəcana səbəb olmağa başlayıb. Erməni kartından uzun illər Azərbaycana qarşı istifadə etməyə alışan havadarları bu gün də eyni ssenaridən çıxış edərək rəsmi Bakını dalana dirəyəcəyini düşünsələr də, hesabı oları yanıltdı. 

Vətən müharibəsindəki parlaq Zəfəri ilə dünyanın iqtisadi infilyasiya ilə üz-üzə qaldığı belə bir vaxtda istər nəqliyyat logistika, istərsə də geosiyasi proseslərə müdaxilə imkanlarının genişlənməsi baxımından Bakının artan çəkisi köhnə qitənin əsas beyin mərkəzlərinin Azərbaycana marağını daha da artmasına səbəb oldu. Qısa zamanda ona qarşı olan beynəlxalq siyasi dairələri regional və qlobal problemləri Azərbaycan ilə hesablaşmadan həll etməyin mümkün olmayacağına inandıran Bakı, balanslı xarici siyasəti ilə hər ötən gün özünə olan diqqəti və inamı artırır.

Elə bunun nəticəsidir ki, son zamanlar Azərbaycanın paytaxtına səfər etmək istəyən xarici diplomatların, nüfuzlu dövlət və hökümət adamlarının sayı durmadan artır. Xüsusilə son zamanlar bu artıq bir adət halını almağa başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu zamana kimi - son 31 ildə Qərb Bakı ilə əməkdaşlığa, münasibətləri istiləşdirməyə bu qədər diqqət yetirməyib, bu dərəcədə açıq nümayiş etdirməyib. 

İki gün əvvəl ATƏT-in hazırda fəaliyyətdə olan prezidentinin Bakı səfəri, Azərbaycan Prezidenti ilə keçirilən görüş səsləndirilən bəyanatlar, ardınca Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin aprelin 4-ü Bakıya nəzərdə tutulan işgüzar səfəri deyilənlərin təsdiqidir. Bu xronikanın ən gözlənilən səfərini isə Azərbaycan Prezidenti aprelin 6-da Avropa İttifaqı prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə olacaq ki, son aylarda ali qurum rəhbəri ilə Azərbaycan lideri arasında bu artıq üçüncü belə görüş olacaq.

Son bir həftə ərzində beynəlxalq təşkilat rəhbərlərinin Bakı ilə birbaşa təmas qurmaq istəkləri görünür, Moskvada ciddi narahatlıq yaratmağa başlayıb. Sözügedən görüş öncəsi - iki gün əvvəl Kreml rəhbərinin Brüsseldə bir masa arxasında oturacaqları gözlənilən Azərbaycan və Ermənistan rəhbərlərinə telefon zəngi əgər Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin Qərb tərəfindən ilhaq cəhdi narahatlığından irəli gələn bir məsələyə bənzəsə də, Putinin son bir sutkada üç dəfə Paşinyana telefon açması məsələni başqa yerə daşıdı.

Putinin son sutkada Paşinyanla 3 dəfə telefonla əlaqə saxlaması üçün bu qədər önəmli nə ola bilər? 

l. Belə nəticə çıxa bilər ki, Putin Brüssel səfəri öncəsi Paşinyana qısa zamanda bu qədər zəng etməklə ona etibar etmədiyini göstərir. Ona bəzi məsələləri xatırlatmaqla Moskvanın maraqlarını bu danışıqlar prosesində nəzərə alması barədə tapşırıqlarını son dəqiqəyə qədər verməkdə fayda hiss edir. Kreml rəhbəri özünü Qərbin qucağında daha güvəndə hiss etdiyi hakimiyyətə gəldiyi ilk gündən hər kəsə məlum olan Nikol Paşinyana Avropanın göbəyində yenidən belə cəhdlər edəcəyi təqdirdə onu hansı aqibətin gözləyəcəyini başa sala bilər. 

ll. Putin Ermənistana Xocalı ətrafindaki son hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyi, buna gorə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Qarabağdakı təxribatlara görə sülhməramlıları ittiham edərək, məhz bu tapşırıqların Moskvadan gəldiyi barədə ağzından nəsə qaçırmağından narahat olduğu üçün erməni baş nazirə diqqətli olmağı, belə səhv buraxmamağı ilə bağlı narahatlığını gizlədə bilməyə bilər. Rusiya Azərbaycandan qorxurmu? - Xeyr! Amma Ukrayna ilə ölüm-qalım müharibəsinin getdiyi bir vaxtda, sanksiyalarla manevr imkanlarının xeyli məhdudlaşdırıldığı bir zamanda digər regionda ən etibarlı müttəfiqi, ticarət tərəfdaşı olan Azərbaycanla münasibətlərin gərginləşməsi Moskvanın ən son arzuladığı məsələ ola bilər. Nəzərə alsaq ki, Rusiyanın bu gün Azərbaycana hərbi müdaxiləsi üçün Şuşa Bəyannaməsi və 22 fevral Moskvada imzalanan müttəfiqlik sənədləri fonunda şərait və imkanlar sıfra bərabərdir, o zaman Rusiyanın başqa seçiminin qalmadığını düşünə bilərik. 

Belə vəziyyətdə Cənubi Qafqazda 44 günlük müharibə ilə bir çox məsələlərdə rıçaqları əlində cəmləşdirərək regional və qlobal proseslərə müdaxilə imkanı yaxalayan Bakını göz görə-görə itirmək Rusiya üçün Ukrayna müharibəsinin taleyi qədər narahatlıq doğuran məsələdir. Bu səbəbdən də Rusiya tarixən Cənubi Qafqazda Türk Dünyasına bir təzyiq məqsədilə köçürülərək, Azərbaycan və digər qonşu dövlətlərin ərazilərini işğal etməklə süni şəkildə yaradılan Ermənistanın regionda hansı məqsədə xidmət etdiyini rəsmi İrəvana xatırladaraq "Borcumu sona qədər qaytar" mesajı verməklə Paşinyandan "status" və sülh mövzusunda manipulyasiyalardan əl çəkməyərək Bakı üçün narahatlıq yaratmaqda davam etmələrini istəyə bilər. Beləcə Kreml erməni amili nəticəsində bölgədə gərgin durumu davam etdirməklə Azərbaycana bu yolla təzyiq imkanını əldən verməməyə çalışa bilər.

Lakin rəsmi Bakı bu fürsətdən Qarabağda yarımçıq qalan bəzi məsələləri tamamlamaq, üçtərəfli bəyanatların icrası prosesini tez bir zamanda həll etmək fikrində olduğunu gizlətmir. Azərbaycan Prezidentinin son açıqlamalarından belə anlaşılır ki, rəsmi Bakı Brüssel görüşünün hansı nəticə ilə yekunlaşacağını gözləyir. Bu Ermənistan üçün ya tamam ola bilər, ya da davam.

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən etdiyi "Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib" açıqlaması ilə istər Ermənsitana, istər Qərbə, istərsə də ona himayədarlıq edən digər havadarlarına çox önəmli mesaj vermiş oldu.

Dövlət başçısı bununla Azərbaycana 44 günlük haqlı savaşına görə təzyiqlər edən, müharibəni dayandırmasını tələb edən beynəlxalq təşkilatlara, bir çox dövlətlərin başçılarına çatdırdı ki, üçtərərəfli müqavilənin imzalanmasından il yarım keçsə də bu müddət ərzində Ermənistan rəhbərliyi ilə müxtəlif kanallar vasitəsilə təmaslar qurulsa da, razılıqlar əldə olunsa da İrəvan yenə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir, - 30 illik işğal dövründəki kimi, - manipulyativ addımlarına ara vermir, destruktiv mövqe nümayiş etdirir.

Dövlət başçısı bu bəyanatı ilə eyni zamanda sözgedən dairələrə artıq vaxt, vədə yetişib, Brüssel görüşü sülh müqaviləsinin imzalanması üçün həlledici olmalıdır xəbərdarlığını edib. İlham Əliyevin bu açıqlama zamanı "Qısa müddətdə" ifadəsi Azərbaycanın artıq danışıqların bir fayda verməyəcəyini anladığı, boş-boş vaxt itkisinə yol vermək fikrində olmadığını qarşı tərəfə bildirmək məqsədi daşıyırdı. Bizə ümid etmək qalır ki, bari bu dəfə Ermənistan rəhbərliyi Azərbaycanın bu xəbərdarlığına məhəl qoyar və beləcə daha böyük faciə ilə üzləşmək riskini gözə almayaraq rəsmi Bakının təklifinə vaxt itirmədən "Hə" deyər. 

Təhməz Əsədov
Milli.Az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay