Rusiya və Ukraynada davam edən müharibə fonunda Rusiya bir çox məhsulların ixracına qadağa qoyub.

Bundan əvvəl Rusiya avqustun 31-nə kimi Avrasiya İqtisadi Birliyi ölkələrinə Rusiyadan taxıl və şəkər ixracına qadağa qoyduğunu bəyan etmişdi. Bu addımın ardından isə günəbaxan yağı və tumunun ixracına qadağa qoyulması haqqında qərar qəbul edilib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən günəbaxan yağı ixracına müvəqqəti kvota tətbiq ediləcəyini açıqlayıb.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yazılı açıqlamasında günəbaxan yağı və günəbaxan tumlarına qlobal tələbatın artdığı vurğulanıb. Bu səbəbdən "Daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən avqustun 31-dək günəbaxan yağı ixracına müvəqqəti olaraq kvota tətbiq edilib. Kvota məbləği 1,5 milyon ton olaraq müəyyən edilib”, - bildirilir. Aprelin 1-dən günəbaxan tumları və kanolanın ixracı da müvəqqəti olaraq qadağan edilib. Qoyulan qadağa günəbaxan yağı üzrə xaricdən asılı olan ölkələri əlavə yollar axtarmağa sövq edir.

Azərbaycan da ötən il 53 min 362 ton günəbaxan yağı idxal edib. Bunun 98 faizi Rusiyanın payına düşüb. Bununla yanaşı, ölkəmiz qarğıdalı yağını da idxal edir. Ötən il 12 ölkədən toplam olaraq 20 min 526 ton qarğıdalı yağı alıb.

Verilən qərarın Azərbaycan yağ bazarına təsiri necə olacaq? Bazarlarda yağ qıtlığı yarana bilərmi?

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında ölkədə bitki yağlarının qiymətlərinin artacağını bildirib:

"Dünyada ən böyük bitki yağı istehsalçısı Ukrayna və Rusiyadır. Buna baxmayaraq, digər ölkələr də bu məhsulun istehsalı ilə məşğuldur. Azərbaycanda bitki yağlarına daxili tələbat o qədər yüksək deyil ki, ciddi qıtlıq yaransın. Dünyanın ən böyük iki bitki yağı istehsalçısının başı qarışıb, bazarlarda məhsulların sayı azalacaq. Dünyada bitki yağlarının qıtlaşması və bahalaşması mümkündür. Bu da Azərbaycana ancaq yağın bahalaşması kimi təsir edəcək. Bitki yağlarının tapılmaması kimi yox, bahalaşması kimi təsir edəcək”.

Ölkəmizdə bitki yağı istehsalının olmadığını deyən ekspert ilin əvvəlində yağdakı bahalaşmanın davam edəcəyini deyib: "Ölkəmizdə bitki yağı istehsalı, demək olar ki, yoxdur. Keçən ildən dünyada ərzaqların bahalaşması gedir. İdxal məhsulu olduğu üçün yağların qiymətlərinin artması Azərbaycana təsir edib. Bu bahalaşma yəqin ki, davam edəcək. Kvota qoymaq məhdudlaşdırmaqdır. Rusiya istehsalına görə Azərbaycana ixrac olunan məhsul çox kiçik həcmdir. Ola bilsin ki, Azərbyacana ixrac azalmasın, amma qiyməti bahalaşacaq. Düşünürəm ki, Azərbaycanda Fransa, İtaliya, Türkiyədəki kimi yağ qıtlığı yaranmayacaq”.

QAYNAR.MEDİA

 


Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay