Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu yenidən QAYNAR.MEDİA-ya müraciət edərək 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Akif Məmmədovun qanunsuz əməlləri barədə məlumat verib.

Şikayətci bildirir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib: 

"Valeh Məmmədovu bölgədə hamı yaxşı tanıyır. O, burada hec kimi saymır, necə deyərlər at oynadır. Onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını kim kəsə bilər?! Bir kəsilmiş ağacın diametrini hesablaya bilməyən bu adama qardaşı böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexi var. Hələ onlara aylıq haqq verən cox sayda gizlin fəaliyyət göstərən sexlərin sayı məlum deyil. Bu sexlərin harada yerləşiyini, kimlər işlətdiyini, qanunsuz yolla kömür, torpaq daşıyanları dögru-dürrüst hər ay haqq yıgıb Akif müəllimə catdıran Rauf və Ramazan adlı şəxslər bilirlər. 1 maşın materialın dəyəri təxminən 6 min manatdır. Akif müəllim gözdən pərdə asmaq ücün 30 maşından 1-nə cərimə yazır və cəriməni də özü ödəyir".

"Yadınızdadırsa kecən ilin iyul ayında İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Valeh Məmmədovun tabeliyində olan Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilmişdi. Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdü. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən AR CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi də başlamışdı. Nə oldu sonu?!"

Şikaətci bildirir ki, ən dəhşətli cinayət Kalvacay ərazisində yerləşən meşə ərazisində baş verib. Belə ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov "Evrascon” şirkəti ilə əlbir olaraq burada əsl meşə qətlimı həyata keciriblər:

"Təxminən ilyarım olar ki, Muganlı - İsmayıllı yolu cəkilir. Ancaq örün yolun Kalvacay ərazisində nə baş verib. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov "Evrascon” şirkəti ilə birgə yol tikintisində istifadə edilən torpaqı tikinti ərazisinə maşınlarla daşınıb gətirilməli oldugu halda onlar torpaq materialını dag yüksəkliyindən  sürüşdürmək yolu ilə əraziyə gətiriblər. Nəticədə eni təxminən 3 klometr meşə zolagı torpaq axıtması zamanı məhv olub. Bu əməliyyatda onlartəxminən 750 min manat pul mənimsəyiblər. Görün təbiətə necə agır zərbə vurulub. Sual olunur, bundan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin xəbəri olmayıbmı?" 

Şikayətci bildirir ki, son 30 ildə respublikamızda yaşıllıqlarla bərabər heyvanat aləmi də kütləvi şəkildə məhv edilir. Azərbaycanda bu işə nəzarət etməli dövlət qurumları isə nədənsə susaragı üstün tutur:

"Son 2-3 il ərzində ölkə üzrə yeni "mafiya" peyda olub.Ov əti satışı ilə məşğul olan, qanunsuz olaraq ov həyata keçirən bir neçə dəstə. Bəli, bunlar ölkənin bütün adlı-sanlı restoranlarını, hətta zakaz verən məmur və milyonçuları ilin bütün fəsillərində ov əti ilə təmin edirlər.

Şahdağ Milli parkının İsmayıllı rayonu ərazisində yerləşən hissəsində il boyu yüzlərlə qaban,ayı, cüyür,maral,dağ keçisi, dağ kəli və meşə keçisi ovlanaraq əti satışa göndərilir. Artıq ov əti biznesi çox adamları varlandırıb. Bu biznesdən əldə olunan gəlir ekologiya və təbii sərvətlər nazirliyinin mötəbər şəxslərinə, 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Akif Məmmədovun,onun müavinləri Ziya, Nəriman, Şahdağ Milli parkının müdiri Cəlil və müavini Rafael Musayevin cibinə gedir.
Ölkəmizin təbii sərvətlərinin bir qrup harın mafyoz tərəfindən yağmalanmasına çox təəssüf ki, hüquq-muhafizə orqanları da göz yumur. Bu hal Şamaxı, İsmayıllıdan başlayaraq düz Balakən dağlarına,meşələrinə kimi gedib çıxır.Sadəcə ən böyük soyqırım Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında həyata keçirilir.Əsas mərkəz isə İsmayıllı rayonu ərazisidir. İsmayıllı ərazisindəki Şahdağ Milli parkının əməkdaşları kütləvi brakonerliklə məşğuldur. Güya rəsmilərin bundan xəbəri yoxdur?
Xahiş edirik ki, Nazirliyin aidiyyatı qurumları təcili olaraq bu məsələyə reaksiya versinlər."

Şikayətci sonda qeyd edir ki, Akif Məmmədov qapalı məclislərdə söz düşəndə hər zaman bildirir ki, bütün dostlarının arasında Hikmət Əlizadə ən yaxınıdır: " Bəli cox etimal ki, Akif müəllim düz deyir. Yoxsa sadaladıqlarım və sadalamadıqlarım  bu qədər faktların qarşılıgında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə tərəfindən hec olmasa bir dəfə də olsa ya töhmət, ya xəbərarlıq alıbmı?  Yoxsa cox hörmətli Hikmət Əlizadə dögurdanmı bütün bu baş verənlərdən xəbərsizdir?

Akif Məmmədov uzun müddət Nazirliyin Dəvəçi, Şabran zonasındada, Şahdağ Milli Qoruğunda rəhbər vəzifədə çalışıb. Akif müəllim əvvəllər də adlarının açıqlanmasını istəmədiyim meşə gözətçilərinə bildirib ki, "hərənin bir day-dayısı var mənim də day-dayım Hikmət Əlizadədir". Cənab nazir, mən bir suala cavab axtarıram, dogurdanmı Ekologiya və təbii sərvətlər Nazirliyi, bizim ekologiyamız day-daylıların əli ilə idarə olunur?"

R.S
İş adamı,şikayətci Adil Əsədovun redaksiyamıza təqdim etdiyi digər faktları dəqiqləşdirdikdən sonra dərc edəcəyik. Bizi izləyin!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay