Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü BAŞLADI - Hansı məsələlər müzakirə olunacaq?
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Musavat.com xəbər verir ki, danışıqlar Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində keçirilir.
Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Görüşdən əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya XİN rəhbəri Sergey Lavrovla müzakirə olunacaq mövzuları açıqlayıb.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
O qeyd edib ki, görüşdə atəşkəs, şəhərlərdə humanitar vəziyyətin yaxşılaşdırılması və Rusiya qoşunlarının çıxarılması məsələsi müzakirə olunacaq.Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya XİN rəhbəri Sergey Lavrovla müzakirə olunacaq mövzuları açıqlayıb.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
O qeyd edib ki, görüşdə atəşkəs, şəhərlərdə humanitar vəziyyətin yaxşılaşdırılması və Rusiya qoşunlarının çıxarılması məsələsi müzakirə olunacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay