"Son bir neçə gündür davam edən proseslər onu göstərirdi ki, sülhməramlılar onsuz da funksiyalarını doğru-dürüst yerinə yetirmirdilər. Odur ki, onların bir hissəsinin yox, tamamının Qarabağdan çıxarılması daha məqsədə uyğundur. Çünki Azərbaycan tərəfinin sülhməramlı funksiyanı yerinə yetirməkdə kifayət qədər böyük təcrübəsi var".

QAYNAR.MEDİA xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı proseslərlə bağlı şəxsi heyyətə kifayət qədər ciddi ehtiyacı var:

"Öz ərazilərimizdə "Qarabağın dağlı hissəsində - red) təhlükəsizliyimizi özümüz təmin etsək daha doğru olardı. Onsuzda daha əvvəl imzalanan üçtərəfli bəyanatın hər üçü (10 noyabr, 11 yanvar, 26 noyabr 2021-ci il (Soçi)) Rusiya sülhməramlılarının 2025-ci ilin noyabrına qədər Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutur. Ona görə də bu günb Rusiya sülhməramlı kontingentinin bir hissəsinin Qarabağı tərk etdiyi ilə bağlı məlumatlarda qeyri-adi bir şey yoxdur. Nə qədər tez getsələr onlar üçün də, bizim üçün də daha yaxşıdır.

Xüsusilə də belə bir zamanda Rusiyanın özünün Ukraynadakı proseslərlə bağlı şəxsi heyyətə kifayət qədər ciddi ehtiyacı var. Odur ki, gedənə yaxşı yol. Biz heç kimi tutub saxlamayacağıq. Onsuz da fəaliyyətlərinin yerinə yetirilməsindən biz o qədər də məmnun deyilik, bunu da vurğulamaqda fayda var.

Əlbəttə ki, biz öz ərazilərimizlə bağlı qərar verərkən bunu kiminləsə məsləhətləşməli deyilik. Sülhməramlıların Qarabağın dağlıq hissəsinə daxil edilməsi sırf 1994-cü ildə imzalanan atəşkəs razılaşmasının bir tərkib hissəsi idi. Onlara da olan etimadı Andrey Volkov kimi ermənipərəst generallar sui-istifadə etmək qərarına gəldilər. Bu isə təbii ki, Azərbaycanın tərəfindən qəbul ediləcək bir addım deyildi. Odur ki, Azərbaycan bu istiqamətdə atdığı addımları ölçüb, biçib, hesablayıb və kifayət qədər də məqsədə uyğun addımlar atılır. Bundan sonra da Azərbaycanın öz ərazilərində təhlükəsizliyi təmin etmək məqsədilə bənzər addımları atacağı şübhəsizdir".

Qeyd edək ki, Sülhməramlılara məxsus hərbi kalonun Laçın dəhlizindən keçidini əks etdirən kadrlar yayılıb. Sülhməramlıların bir hissəsinin Qarabağdan çıxarıldığı iddiaları dolaşsa da məsələ ilə bağlı hər hansı bir rəsmi açıqlama yoxdur.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda çox ciddi hadisələr baş verir: “Erməni silahlı birləşmələrinin 44 günlük Vətən savaşımızdan sonra ərazilərimizdə qalan tör-töküntüləri son həftələrdə çox azğınlaşıblar. Məhz Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdən bizim ordumuzun mövqelərini davamlı şəkildə atəşə tutması halları baş verir. Azərbaycan Ordusu düşmənin bu hərəkətlərini hər dəfə layiqincə cavablandırır. Və görünən odur ki, yaxın saatlarda hərbi komandanlığımız daha qətiyyətli və sərt addımlar atmağa göstəriş verib”. Polkovnik Cəfərov baş verənlərə görə sülhməramlı kontingenti günahlandırdı: “Baş verənlərə görə ilk növbədə Rusiya qüvvələrinin komandanı, başı biznes və digər yaramaz işlərə qarışan general-mayor Andrey Volkovun məsuliyyətsizliyi və vəzifə borclarına son dərəcə biganə yanaşmasıdır. Məhz onun xeyir-duası ilə erməni silahlı dəstələri bu cür ”cürətə" və həyasızlığa əl atırlar. Biz Azərbaycan tərəfi olaraq ermənilərin nazı ilə həddən çox oynadıq və onlar da buna görə bizə bax belə “təşəkkürlərini” bildirirlər. Artıq bizim də səbr kasamız daşıb və bəzi addımların atılması zərurəti yaranıb. Bunu çoxdan etmək lazım idi. Təəssüf ki, ermənilər onlara verilən vaxtdan və şansdan doğru-düzgün istifadə etmədilər. İnşallah, yaxın günlərdə biz erməni-rus avantürasının onlara necə baha başa gələcəyinin şahidi olacağıq".

Politoloq Zaur Məmmədovun sözlərinə görə, artıq bir neçə gündür ki, ordumuza qarşı təxribatlar baş verməkdədir: “Son 3 gün ərzində erməni separatçılarının ordumuza qarşı atəş açdıqlarının şahidiyik. Sözsüz ki, onlar birilərinin əmrini yerinə yetirirlər. Digər tərəfdən isə bilərəkdən Ermənistandan Xankəndinə gedən maye qaz borusunun partladılması baş verib. Volkov yaxşı olardı ki, mövcud vəziyyəti rasional və soyuqqanlı qiymətləndirsin, tərəflər arasında vəziyyəti gərginləşdirən addımlardan əl çəksin”.

Maraqlısı budur ki, erməni təxribatlarının artması Nikol Paşinyanın Fransaya səfəri ərəfəsində intensiv xarakter alıb. Sanki bununla İrəvan Fransanı inandırmaq istəyir ki, Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunun yenidən rol almasına ehtiyac var. Elə bugünlərdə prezident Makron Azərbaycan liderinə göndərdiyi məktubunda yenə də Minsk Qrupundan bəhs edib və bu da erməni tərəfini məmnun edən məqamdır. Ermənistanın Rusiya və Qərb arasında var-gəl etməsi ermənilərin özlərini də təəccübləndirir. Rusiya Ermənistanın anti-Rusiya mövqeli davranışlarından narahatdır və hesab edir ki, Ermənistan hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la oynamaqda davam edir. Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. “Bizdə olan məlumata görə, Rusiya Federasiyasının güc strukturları hakimiyyətin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hansı fikirləri söylədiyini anlamaq üçün Ermənistan mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da baxılır. Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyətinə göndərilir və Nikol Paşinyana Ermənistanda anti-Rusiya təbliğatının maliyyələşdirildiyi və dövlət rəsmilərinin anti-Rusiya fikirlər səsləndirməsinə sübut kimi təqdim edilir. Hər bir belə halla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi və günahkarların cəzalandırılması təklif edilir. Rusiya artıq Paşinyanın ikili oyunlarına səbr etməyə hazır deyil və sədaqət və müttəfiqlik sübutunu tələb edir”, - erməni qəzeti belə yazır.

Bu arada Rusiya Silahlı Qüvvələrinin hərbi kalonunun Laçın dəhlizi ilə Xankəndindən yola düşməsi ilə bağlı iddia ortaya atılıb. Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, onlar Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin, başqa bir iddiaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər. Əgər xəbər doğrudursa, onda məntiqlə erməni separatçıları özlərini yığışdırmalıdır, ən azı Rusiya hərbçilərinin kölgəsində gizlənmək imkanlarından məhrum olacaqlarına görə. Amma yenə də köhnə vərdişlərindən əl çəkə bilmirlərsə, o halda Azərbaycanın antiterror əməliyyatına başlaması və 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirdiyi kimi, bu dəfə də 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını təkbaşına həyata keçirib, erməni silahlılarını zərərsizləşdirə, həm də elə erməni mülki əhalini də girovluqdan xilas edə bilər. “Yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir”, açıqlaması həm də bu planın konturlarından xəbər verir...
QAYNAR.MEDİA

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay