Müşahidələrimizə görə Ukrayna- Rusiya arasında müharibə başlayandan Qarabağdakı ermənilərin fəallığı artmağa başlayıb. Elə o vaxtdan ölkənin müxtəlif bölgələrində ermənilər atəşkəsi pozurlar. Tərtər, Füzuli, Qazax, Tovuz, Goranboy rayonları atışmaya məruz qalır.

Əslində bunu “atışma” kimi deyil, Azərbaycana qarşı bir mesaj kimi də dəyərləndirmək olar. Mesajın isə məğzi təxminən bu sözlərdən ibarətdi: “Nə edirəm, əcəb edirəm, cəsarətin var hücum et, susdur məni”.

Erməniləri belə fəallaşdıran hansı səbəblərdir bilisiniz!

Adalet.az xəbər verir ki, Rusiyanın Ermənistana əbədi himayədarlığı və Qarabağda erməniyə xidmət göstərən Rusiya sülhməramlılarının mövqeyi, üstəgəl, bir də Rusiyanın səlahiyyət sahibi olan məmurlarının erməni sevgisi hər zaman Ermənistanı saxta “Böyük Ermənistan” uğrunda mübarizəyə yönləndirib.

Rusiya rəsmisi Rusiyanın planını açıqladı

30 il ərzində - Qarabağımız ermənilərin işğalında inləyərkən ermənipərəst siyasətçilərin və Rusiyada yüksək mənsəb sahibi olan məmur və oliqarxların hər iki üzünü tanıdıq.

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bütün açıqlama v hərəkətləri ilə harda durduğunu artıq ortaya qoyub. Onun bu günlərdəki açıqlaması erməniləri atəşkəsi pozmağa ruhlandıran ən mühüm “ümid işığı”dır.

Həmin açıqlamanı Moderator.az-da oxuyuruq:” Erməni mediasının yaydığı məlumata görə, Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Ermənistanın "Birinci kanalı"na müsahibəsində Moskvanın nə üçün "LXR" və "DXR", "Abxaziya" və "Cənubi Osetiya"nın müstəqilliyini tanıdığı, lakin "Artsax"ın "müstəqilliyi"ni tanımadığı sualına cavab verib:“Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bunun yeganə səbəb olduğunu düşünmürəm. Biz bilirik ki, Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə, uzun illərdir ki, üzərində iş aparılıb və davam etdirilməkdə olan mövzudur. Bu məsələdə bizim mövqeyimiz çox yaxşı məlumdur”, - deyə Kopirkin bildirib.

Onun sözlərinə görə, bu məsələ bütün tərəflərin maraqları nəzərə alınmaqla həll edilməlidir: “Biz hər şeyi etmişik və edirik ki, bu həll yolu məhz belə şəraitdə tapılsın. Cənubi Osetiya və Abxaziyaya gəlincə, əvvəllər Rusiya Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıyırdı. Tbilisinin Cənubi Osetiyaya təcavüzü baş verəndən, Rusiya sülhməramlılarına hücum edildikdən sonra müvafiq addımlar atılıb”, - deyə Kopirkin vurğulayıb”.

Deməli, “ruhlandırılmış” ermənilər onlara hücum etməyimiz üçün atəşkəsi tez-tez, həm də müxtəlif istiqamətlərdə pozmağı amaclarına çatmaq üçün “mühüm yol” hesab edirlər.

Qarabağda “Ararat” erməni-rus regional mərkəzi nəyə xidmət edəcək?

Rusiya Sülhməramlılarının isə 44 günlük müharibədən sonra - 16 ay müddətində nələr etdiyini müntəzəm şəkildə sizlərə çatdırmışıq.

Ukrayna- Rusiya müharibəsi dövründə isə ermənilərin Qarabağda fəallaşmasına bir stimul da Rusiya SM gəlib. Beləki, Rusiyanın Ukraynaya yönəlik hücum təşəbbüslərini müdafiə edən ermənilər Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərində artıq həddlərini aşıblar. Erməni mediası yazır ki, Qarabağ separatçılarının “siyasi qüvvələri” Xankəndidə qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın tanınması hüququnun müdafiəsi üçün aksiya keçirəcək. Gələn həftə isə Qarabağda “Ararat” erməni-rus regional mərkəzinin filialı açılacaq, onun rəhbəri Rusiyada yaşayan Manvel Arakelyandır. “QHT”nin missiyası Ermənistan-Rusiya münasibətlərini dərinləşdirməkdir.

Deməli, arxalarında, dünyaya meydan oxuyan Rusiyanın nəfəsini hiss edən ermənilər ara qarışdırmaq üçün məhz rusların özündən istifadə etməyi qərara alıblar. Yəqin ki, Ermənistanın baş prokuroru Artur Davtyan regional səfər çərçivəsində İrəvana gələn Rusiya Federasiyasının baş hərbi prokuroru Valeri Petrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi də “rusdan yararlanma” prosesinə daxildir. Davtyan yarımsaatlıq çıxışının böyük hissəsini “yarınmaq- yaltaqlanmaq” prinsiplərinə uygun olaraq, Rusiya ordusunu tərifləyib. Qeyd edib ki, Ermənistan və Qarabağda yerləşdirilən Rusiya hərbçiləri Ermənistan Silahlı Qüvvələri və “Qarabağ Müdafiə Ordusu” ilə birlikdə erməni əhalisi üçün təhlükəsizlik təminatları yaradır, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrində normal yaşayışı təmin edir.

Sonra Ermənistanın baş prokuroru Azərbaycandan şikayətlənib, erməni hərbi əsirlərin geri qaytarılması məsələsindən danışıb, daha sonra digər məsələlərin də müzakirəsini unutmayıb.

P.S. Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin erməni mediasına dediyi fikirlərinə inansaq, belə çıxır ki, Rusiya Qarabağı bizdən qoparmaq üçün mütləq yeni bir müharibə başlatmalı, Rusiyanın “Gürcüstan gedişi” planı həyata keçməlidir. Buna isə Azərbaycan tərəfinin bir həmləsi yetərmiş...

Gördüyünüz kimi, Qarabağın hazırkı durumu və ətrafındakı rus-erməni fəallığı yaxşı heç nə vəd etmir...

Əntiqə Rəşid

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay